UEFA Çempionlar Liqası 2007/2008

Çempionlar Liqasının 2007/2008 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 53-cü mövsümü və turnirin adı "Çempion Klublar Kubokundan" "UEFA Çempionlar Liqasına" dəyişdirilməsindən sonra 16-cı sezonu idi.

UEFA Çempionlar Liqası 2007/2008
Yarış məlumatları
Tarix 18 sentyabr 2007 — 21 may 2008
Başlama tarixi 17 iyul 2007
Bitmə tarixi 21 may 2008
Komanda sayı 32 (qrup mərhələsi)
76 (ümumi)
Yekun nəticəsi
Çempion Mançester Yunayted (3-cü dəfə)
İkinci Çelsi
Yarış statistikası
Oyun sayı 213
Qol sayı 545 (matç başına: 2.56)
Tamaşaçı sayı 5380947 (matç başına: 25263)
Mükafat sahibləri
Bombardir(lər) Portuqaliya Kriştianu Ronaldu (8 qol)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Final oyunu 21 may 2008 ildə Moskvanın Lujniki stadionunda keçirilmişdir, və bu turinirin final oynunda ilk dəfə idi ki, iki ingilis komandaları qarşılaşırdılar: Mançester YunaytedÇelsi. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır və oyun sonrası penaltilər seriyasında Mançester Unayted 6:5 hesabı ilə udaraq, kuboku başı üzərində qaldırmışdır.

Milan sabiq çempion idi, lakin səkkizdəbir finalda Arsenala uduzduqdan sonra, onlar turniri tərk etməli oldular. Həmçinin, məhz bu mövsümdə Çempionlar Liqası tarixində ən böyük hesablı qalibiyyət olmuşdur: Liverpul Enfilddə Beşiktaşı 8–0 məğlub etti, bundan əvvəlki rekord 7–0 ilə Arsenala aid idi.

Təsnifat

redaktə

2007/08 Çempionlar Liqası turnirində 53 UEFA assosiasiyalarından 76 komanda iştirak edirdi. Hər assosiasiyadan, 2005/06 avrokuboklar mövsümünündən sonra[1] təyin olunan əmsalına uyğun olaraq, müəyyən sayda komandalar yarışlarda iştirak edə bilərdi, lakin heç bir assosiyasiya yarışa 4-dən artıq klub yollaya bilməzdi. Bütün UEFA assosiasiyalara yarışın final mərhələsinə vəsiqə qazanmağa ən azı 1 komandanın mübarizə aparacağı təminat verilmişdir, Lixtenşteyn istisna olmaqla, çünki bu kiçik ölkənin klubları İsveçrə Super Liqasında yarışır, və o ildə həmin liqada Lixtenşteyni təmsil edən klub olmadığından, ölkənin komandaları təsnifat mərhələsinə buraxılmamışdılar. Serbiya və Çernoqoriya dağıldıqdan sonra bu ildən turnirə yeni suveren ölkə qatılmışdır: Çernoqoriya. San Marino və Andorra çempionları da bu ildən etibarən Çempionlar Liqasında iştirak etməyə başladılar. Aşağıda 2007–08 Çempionlar Liqası üçün təsnifat sxemi və hər assosiasiyadan iştirak edən komandalar sayı göstərilmişdir:[2]

  • İlk üçlükdə olan assosiasiyalar (İspaniya, İtaliya, İngiltərə): 4 komanda
  • 4–6-cı yerləri bölüşdürən assosiasiyalar (Fransa, Almaniya, Portuqaliya): 3 komanda
  • 7–15-ci yerləri bölüşdürən assosiasiyalar (Niderland, Yunanıstan, Rusya, Rumıniya, Şotlandiya, Belçika, Ukrayna, Çexiya və Türkiyə): 2 komanda
  • 16–53-cü yerləri bölüşdürən assosiasiyalar: 1 komanda

İlk təsnifat mərhələsi

redaktə
  • 25–53-cü yerləri bölüşdürən 28 assosiasiyaların çempionları

İkinci təsnifat mərhələsi

redaktə
  • İlk təsnifat mərhələsində qalib gələn 14 klub
  • 17–24-cü yerləri bölüşdürən 8 assosiasiyaların çempionları (Bolqarıstan, İsrail, Norveç, Avstriya, Serbiya, Polşa, Danimarka və Macarıstan)
  • 10–15-ci yerləri bölüşdürən 6 assosiasiyaların İkinci yeri tutmuş komandaları

Üçüncü təsnifat mərhələsi

redaktə
  • İkinci təsnifat mərhələsində qalib gələn 14 komanda
  • 10–16-cı yerləri bölüşdürən 7 assosiasiyaların çempionları
  • 7–9-cu yerləri bölüşdürən 3 assosiasiyaların ikinci yeri tutmuş komandaları
  • 1–6-cı yerləri bölüşdürən 6 assosiasiyaların üçüncü yeri tutmuş komandaları
  • 1–3-cü yerləri bölüşdürən 2 assosiasiyaların dördüncü yeri tutmuş komandaları (İtaliya çempionatının 2006——2007 mövsümündə 4-cü yeri tutan Milan, Çempionlar Liqasının sabiq çempionu kimi avtomatik olaraq qrup mərhələsinə daxil olmuşdur)

Qrup mərhələsi

redaktə
  • Çempionlar Liqasının sabiq çempionu
  • Üçüncü təsnifat mərhələsində qalib gələn 16 klub
  • 1–9-cu yerləri bölüşdürən 9 assosiasiyaların çempionları
  • 1–6-cı yerləri bölüşdürən 6 assosiasiyaların ikinci yeri tutmuş komandaları

Pley-off

redaktə
  • Qrup mərhələsində birinci və ikinci yerləri tutan 16 komanda

Klublar

redaktə
Qrup mərhələsi
  Real Madrid   Mançester Yunayted   Ştutqart   PSV Eyndhoven
  Barselona   Çelsi   Şalke 04   Olimpiakos
  İnter Milan   Olimpik Lion   Portu   ÇSKA Moskva
  Roma   Olimpik Marsel   Sportinq Lissabon   Milan
Üçüncü təsnifat mərhələsi
  Sevilya   Tuluza   Spartak Moskva   Dinamo Kiyev
  Valensiya   Verder Bremen  Dinamo Buxarest   Sparta Praqa
  Latsio   Benfika   Seltik   Fənərbaxça
  Liverpul   Ayaks   Anderlext   Sürix
  Arsenal   AEK Afina
İkinci təsnifat mərhələsi
  Styaua Buxarest   Slaviya Praqa   Rusenborq   Zaqlembe Lyubin
  Reyncers   Beşiktaş   Red Bull Zalsburq   Kopenhagen
  Genk   Levski Sofiya   Srvena Zvezda   Debreçen
  Şaxtyor Donetsk   Beytar Yerusəlim
Birinci təsnifat mərhələsi
  Dinamo Zaqreb   Ventspils  Derri Siti   Xəzər-Lənkəran
  Elfsborq   Şerif Tiraspol   Tirana   Dudelanj
  Jilina   Metallurq Rustavi   Pünik   Astana
  APOEL   Kaunas   Levadiya Tallin   Havnar Bóltfelag
  Domjale   Pobeda   Marsaşlokk   Ranjers
  Sarayevo   Fimleikafélag Hafnarfjarðar   Nyu Seynts   Murata
  Tampere Yunayted   BATE Borisov   Linfild   Zeta

Sabiq Çempion: 2006/2007 mövsümün qalibi bir başa qrup mərhələsinə vəsiqə qazanır

Püşkatmanın və oyunların tarixləri

redaktə

Təqvimdə püşkatmanın, seçmə və əsas mərhələnin tarixləri göstərilmişdir

Tarix Olay
29 iyun 2007 Birinci və ikinci təsnifat mərhələsinin püşkatması
17–18 iyul 2007 Birinci təsnifat mərhələsinin ilk oyunu
24–25 iyul 2007 Birinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
31 iyul–1 avqust 2007 İkinci təsnifat mərhələsinin ilk oyunu
3 avqust 2007 Üçüncü təsnifat mərhələsinin püşkatması
7–8 avqust 2007 İkinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
14–15 avqust 2007 Üçüncü təsnifat mərhələsinin ilk oyunu
28–29 avqust 2007 Üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları
30 avqust 2007 Qrup mərhələsinin püşkatması
18–19 sentyabr 2007 Qrup mərhələsi, 1-ci oyun günü
2–3 oktyabr 2007 Qrup mərhələsi, 2-ci oyun günü
23–24 oktyabr 2007 Qrup mərhələsi, 3-cü oyun günü
6–7 noyabr 2007 Qrup mərhələsi, 4-cü oyun günü
27–28 noyabr 2007 Qrup mərhələsi, 5-ci oyun günü
11–12 dekabr 2007 Qrup mərhələsi, 6-cı oyun günü1
21 dekabr 2007 Səkkizdəbir finalın püşkatması
19–20 fevral 2008 Səkkizdəbir finalın ilk oyunları
4–11 mart 2008 Səkkizdəbir finalın cavab qarşılaşmaları2
14 mart 2008 Dörddəbir finalın püşkatması
1–2 aprel 2008 Dörddəbir finalın ilk oyunları
8–9 aprel 2008 Dörddəbir finalın cavab qarşılaşmaları
22–23 aprel 2008 Yarımfinalın ilk oyunları
29–30 aprel 2008 Yarımfinalın cavab qarşılaşmaları
21 may 2008 Moskvada keçirilən final

1 13–16 dekabr arası Milan 2007 FİFA Klublararası Dünya Kubokunda iştirak etdiyi üçün, D qrupun komandaları 6-cı oyun gününü 4 dekabrda keçirməli olmuşdular.

2 San Siro stadionu həm Milanın, həm də İnterin ev stadionu sayıldığından və bu iki komandaların ikisi də 2-ci oyunlarını ev stadionunda keçirlməli olduğundan, İnterin Liverpula qarşı oyunu bir həftə təxirə, 11 mart tarixinə salınmışdı.

Təsnifat mərhələləri

redaktə

Birinci təsnifat mərhələsi

redaktə

Püşkatma cümə günü, 29 iyun 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. Birinci raundun ilk oyunları 2007-ci il iyulun 17/18-də, cavab qarşılaşmalar isə 24/25 iyul 2007-ci ildə keçirilmişdir.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
  Xəzər-Lənkəran 2–4   Dinamo Zaqreb 1:1 1:3 (overtaym)
  APOEL 2–3   BATE Borisov 2–0 0–3 (overtaym)
  Şerif Tiraspol 5–0   Ranjers 2–0 3–0
  Fimleikafélag Hafnarfjarðar 4–1   Havnar Bóltfelag 4–1 0–0
  Nyu Seynts 4–4 (səfərdə vurulan qollar saəsində)   Ventspils 3–2 1–2
  Pobeda 0–1   Levadiya Tallin 0–1 0–0
  Metallurq Rustavi 0–3   Astana 0–0 0–3
  Zeta 5–4   Kaunas 3–1 2–3
  Murata 1–4   Tampere Yunayted 1–2 0–2
  Dudelanj 5–7   Jilina 1–2 4–5
  Linfild 0–1   Elfsborq 0–0 0–1
 Derri Siti[3] 0–2   Pünik 0–0 0–2
  Marsaşlokk 1–9   Sarayevo 0–6 1–3
  Domjale 3–1   Tirana 1–0 2–1

İkinci təsnifat mərhələsi

redaktə

Püşkatma cümə günü, 29 iyun 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. İkinci raundun ilk oyunları 2007-ci il iyulun 31 və avqustun 18-də, cavab qarşılaşmalar isə 7/8 avqust 2007-ci ildə keçirilmişdir.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
  Pünik 1–4   Şaxtyor Donetsk 0–2 1–2
  Srvena Zvezda 2–2 (səfərdə vurulan qollar saəsində)   Levadiya Tallin 1–0 1–2
  Reyncers 3–0   Zeta 2–0 1–0
  Debreçen 0–1   Elfsborq 0–1 0–0
  Zaqlembe Lyubin 1–3   Styaua Buxarest 0–1 1–2
  Genk 2–2 (səfərdə vurulan qollar saəsində)   Sarayevo 1–2 1–0
  Ventspils 0–7   Red Bull Zalsburq 0–3 0–4
  Astana 2–10   Rusenborq 1–3 1–7
  Fimleikafélag Hafnarfjarðar 2–4   BATE Borisov 1–3 1–1
  Kopenhagen 2–1   Beytar Yerusəlim 1–0 1–1 (overtaym)
  Jilina 0–0 (3–4 penalti zərbələri)   Slaviya Praqa 0–0 0–0 (overtaym)
  Tampere Yunayted 2–0   Levski Sofiya 1–0 1–0
  Domjale 2–5   Dinamo Zaqreb 1–2 1–3
  Beşiktaş 4–0   Şerif Tiraspol 1–0 3–0

Üçüncü təsnifat mərhələsi

redaktə

Püşkatma cümə günü, 3 avqust 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın peşəkar futbol direktoru Corcio Marketi tərəfindən aparılıb. Üçüncü raundun ilk oyunları 2007-ci il avqustun 14/15-də, cavab qarşılaşmalar isə 28/29 avqust 2007-ci ildə keçirilmişdir. Bu mərhələnin qalibləri Çempionlar Liqasının qrup mərhələsinə çıxdılar, uduzanlar isə 2007/2008 UEFA kubokunun ilk mərhələsindən öz yollarını davam etməli oldular. AEK — Sevilya cütlüyünün, ispan klubunun oyunçusu Antoni Puertonun vəfatı ilə əlaqədar, cavab oyunu sentyabrın 3-nə təxirə salınmışdı.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
  BATE Borisov 2:4   Styaua Buxarest 2:2 0:2
  Tampere Yunayted 0:5   Rusenborq 0:3 0:2
  Spartak Moskva 2–2 (3–4 penalti zərbələri)   Seltik 1:1 1:1
  Verder Bremen 5:3   Dinamo Zaqreb 2:1 3:2
  Red Bull Zalsburq 2:3   Şaxtyor Donetsk 1:0 1:3
  Ayaks 1:3   Slaviya Praqa 0:1 1:2
  Valensiya 5:1   Elfsborq 3:0 2:1
  Sarayevo 0:4   Dinamo Kiyev 0:1 0:3
  Fənərbaxça 3:0   Anderlext 1:0 2:0
  Reyncers 1:0   Srvena Zvezda 1:0 0:0
  Tuluza 0:5   Liverpul 0:1 0:4
  Benfika 3:1   Kopenhagen 2:1 1:0
  Latsio 4:2  Dinamo Buxarest 1:1 3:1
  Sparta Praqa 0:5   Arsenal 0:2 0:3
  Sürix 1:3   Beşiktaş 1:1 0:2
  Sevilya 6:1   AEK Afina 2:0 4:1

Qrup mərhələsi

redaktə
2007–08 UEFA Çempionlar Liqasınınqrup mərhələsində iştirak edən klubların xəritədəki yerləri.
  qəhvəyi: A qrupu;   Qırmızı: B qrupu ;   Narıncı: C qrupu;   Sarı: D qrupu;
  Yaşıl:E qrupu;   Göy: F qrupu;   Bənövşəyi: G qrupu;   Cəhrayi: H qrupu.

Püşkatma 30 avqust 2007-də Monakodakı Grimaldi Forumda keçirilmişdi. Püşkatma mərasimi Pedro Pinto, UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. Oyunlar 2007-ci ildə 18 sentyabrdan dekabrın 12-dək olan müddətdə keçirilmişdir. Hər qrupda ilk iki yeri tutumuş klublar turnirn 1/8 finalına, üçüncü yeri tutmuş klublar isə UEFA Kuboku turnirinə vəsiqə qazanırdılar. Cari mövsümü üçün, UEFA qaydalarında 6.05-ci bəndinə əsasən, əgər qrup oyunları başa çatdıqdan sonra iki və daha çox komandanın xalları bərabər olarsa, onda kimin növbəti mərhələyə çıxmalı olduğunu aşağdaki məyarlar müəyyən edir:

  1. Sözügedən komandalar arasında qrup mərhələsindəki bir birinə qarşı keçirilən oyunlarda topladıqları xalların sayı
  2. Sözügedən komandalar arasında qrup mərhələsində qazandıqları ən yaxşı top fərqi
  3. Sözügedən komandalar arasında qrup mərhələsində keçirilən oyunlarda səfərdə vurulmuş qol sayısı
  4. Qrup mərhələsində keçirilən bütün oyunlardan sonra qazanılan top fərqi
  5. Qrup mərhələsində keçirilən bütün oyunlarda vurulan qol sayısı
  6. Son beş sezonda klubun və onun mənsub olduğu assosiasiyanın yığdığı əmsal xalları

SevilyaSlaviya Praqa bu mövsümdə qrup mərhələsində debüt etmişdilər.[4]

Aşağdaki cədvəldəki rənglərin anlamı
1/8 finala çıxan klublar
UEFA kubokunun 1/16 finalına vəsiqə qazanan klublar

Cədvəldə meydan sahibləri sol sütunda göstərilib.

A qrupu

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Portu 6 3 2 1 8 7 1 11
  Liverpul 6 3 1 2 18 5 13 10
  Marsel 6 2 1 3 6 9 −3 7
  Beşiktaş 6 2 0 4 4 15 −11 6
  Beşiktaş LİV OM POR
Beşiktaş 2–1 2–1 0–1
Liverpul 8–0 0–1 4–1
Olimpik Marsel 2–0 0–4 1–1
Portu FK 2–0

1–1

2–1

B qrupu

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Çelsi 6 3 3 0 9 2 7 12
  Şalke 04 6 2 2 2 5 4 1 8
  Rusenborq 6 2 1 3 6 10 −4 7
  Valensiya 6 1 2 3 2 6 −4 5
  ÇEL RuUS ŞAAL VAL
Çelsi 1–1 2–0 0–0
Rusenborq 0–4 0–2 2–0
Şalke 04 0–0 3–1 0–1
Valensiya 1–2 0–2 0–0

C qrupu

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Real Madrid 6 3 2 1 13 9 4 11
  Olimpiakos 6 3 2 1 11 7 4 11
  Verder Bremen 6 2 0 4 8 13 −5 6
  Latsio 6 1 2 3 8 11 −3 5
  LAT OLM RM VRD
Latsio 1–2 2–2 2–1
Olimpiakos 1–1 0–0 3–0
Real Madrid 3–1 4–2 2–1
Verder Bremen 2–1 1–3 3–2

D qrupu

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Milan 6 4 1 1 12 5 7 13
  Seltik 6 3 0 3 5 6 −1 9
  Benfika 6 2 1 3 5 6 −1 7
  Şaxtyor Donetsk 6 2 0 4 6 11 −5 6
  BEN SEL MIL ŞAAX
Benfika 1–0 1–1 0–1
Seltik 1–0 2–1 2–1
Milan 2–1 1–0 4–1
Şaxtyor Donetsk 1–2 2–0 0–3

Group E

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Barselona 6 4 2 0 12 3 9 14
  Lion 6 3 1 2 11 10 1 10
  Reyncers 6 2 1 3 7 9 −2 7
  Ştutqart 6 1 0 5 7 15 −8 3
  BAR OL REY ŞTU
Barselona 3–0 2–0 3–1
Lion 2–2 0–3 4–2
Reyncers 0–0 0–3 2–1
Ştutqart 0–2 0–2 3–2

Group F

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Mançester Yunayted 6 5 1 0 13 4 9 16
  Roma 6 3 2 1 11 6 5 11
  Sportinq Lissabon 6 2 1 3 9 8 1 7
  Dinamo Kiyev 6 0 0 6 4 19 −15 0
  DK MY ROM SPT
Dinamo Kiyev 2–4 1–4 1–2
Mançester Yunayted 4–0 1–0 2–1
Roma 2–0 1–1 2–1
Sportinq 3–0 0–1 2–2

Group G

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Inter 6 5 0 1 12 4 8 15
  Fənərbaxça 6 3 2 1 8 6 2 11
  PSV 6 2 1 3 3 6 −3 7
  ÇSKA Moskva 6 0 1 5 7 14 −7 1
  ÇSK FƏN INT PSV
Inter 2–2 1–2 0–1
Fənərbaxça 3–1 1–0 2–0
PSV 4–2 3–0 2–0
ÇSKA Moskva 2–1 0–0 0–1

Group H

redaktə
Klub Oyun sayısı Q H/H M Vurulan qollar Buraxılan qollar Top fərgi Xal
  Sevilya 6 5 0 1 14 7 7 15
  Arsenal 6 4 1 1 14 4 10 13
  Slaviya Praqa 6 1 2 3 5 16 −11 5
  Styaua Buxarest 6 0 1 5 4 10 −6 1
  ARS SEV SLV STE
Arsenal 3–0 7–0 2–1
Sevilla 3–1 4–2 2–1
Slaviya Praqa 0–0 0–3 2–1
Styaua Buxarest 0–1 0–2 1–1

Pley-off

redaktə

Pley-off mərhələsinə çıxan 16 klub ev stadionunda və səfərdə olamaqla iki oyun keçirilər. Qrup qalibləri ikinci yerləri tutan komandalarla qarşılaşırlar, amma qaliblər öz qrupunda ikinci yeri alan və öz ölkəsindən olan klublarla qarşılaşa bilməz.

1/8 final üçün püşkatma cümə günü, 29 dekabr 2007-ci il tarixində İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın peşəkar futbol direktoru Corcio Marketi tərəfindən aparılıb.

1/4 final və yarımfinal üçün püşkatmalar cümə günü, 14 mart 2008-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdilər. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və Moskvada keçiriləcək finalın səfiri Rinat Dasayev tərəfindən aparılıb. Pley-off bu mərhələsində artıq eyni ölkədən olan və eyni qrupda oynamış klublar bir biri ilə qarşılaşa bilərdilər.

  1/8 final 1/4 final 1/2 final Final
                                         
  Şalke 04 (p) 1 0 1(4)  
  Portu 0 1 1(1)  
    Şalke 04 0 0 0  
    Barselona 1 1 2  
  Seltik 2 0 2
  Barselona 3 1 4  
    Barselona 0 0 0  
    Mançester Yunayted 0 1 1  
  Roma 2 2 4  
  Real Madrid 1 1 2  
    Roma 0 0 0
    Mançester Yunayted 2 1 3  
  Lion 1 0 1
  Mançester Yunayted 1 1 2  
    Mançester Yunayted (p) 1(6)
    Çelsi 1(5)
  Arsenal 0 2 2  
  Milan 0 0 0  
    Arsenal 1 2 3
    Liverpul 1 4 5  
  Liverpul 2 1 3
  Inter 0 0 0  
    Liverpul 1 2 3
    Çelsi (ot) 1 3 4  
  Fənərbaxça (p) 3 2 5(3)  
  Sevilya 2 3 5(2)  
    Fənərbaxça 2 0 2
    Çelsi 1 2 3  
  Olimpiakos 0 0 0
  Çelsi 0 3 3  

1/8 final

redaktə

1/8 finalın ilk oyunları 2008-ci il, fevralın 19-u və 20-də, ikinci oyunlar isə martın 4-ü və 5-i oynalındı. İtalyanın Milanİnter komandaları eyni stadionda oyunlarını keçirdiyi üçün, İnterin Liverpulla qarşılaşdığı ikinci oyun martın 11-nə salınmışdır.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
Seltik   2–4   Barselona 2–3 0–1
Lion   1–2   Mançester Yunayted 1–1 0–1
Şalke 04   1–1 (4–1p)  Portu 1–0 0–1 (overtaym)
Liverpul   3–0   Inter 2–0 1–0
Roma   4–2   Real Madrid 2–1 2–1
Arsenal   2–0   Milan 0–0 2–0
Olympiakos   0–3   Çelsi 0–0 0–3
Fənərbaxça   5–5 (3–2p)   Sevilya 3–2 2–3 (overtaym)

1/4 final

redaktə

1/4 finalın ilk oyunları 2008-ci ildə, aprelin 1-i və 2-si, ikinci oyunları isə həmən ayın 8-i və 9-u keçirildi.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
Arsenal   3–5   Liverpul 1–1 2–4
Roma   0–3   Mançester Yunayted 0–2 0–1
Şalke 04   0–2   Barselona 0–1 0–1
Fənərbaxça   2–3   Çelsi 2–1 0–2

Yarımfinal

redaktə

Yarımfinalın ilk oyunları 2008-ci ildə, aprelin 22-si və 23-ündə, cavab qarşılaşmalar isə aprelin 29-u və 30-unda oynalındı.

Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun
  Liverpul 3–4   Çelsi 1–1 2–3 (overtaym)
  Barselona 0–1   Mançester Yunayted 0–0 0–1

2007–08 UEFA Çempionlar Liqası finalı 21 may 2008-ci il tarixində Moskvadakı Lujniki stadionunda oynanılmışdır. Finalda Mançester YunaytedÇelsi qarşılaşmışdılar, və ilk dəfə idiki finalda İngiltərəni təmsil edən komandalar oynuyurdular.

Oyun 1–1 bərabərliklə başa çatmışdı, oyun sonrası penaltilər seriyasında Yunayted oyunu 6–5 qazanmışdır. Hesabı 26-cı dəqiqədə Kriştiano Ronaldo açmışdır, ilk hissənin sonlarında Frenk Lempard hesabı bərabərləşdirdi. İkinci hissədə oyuna daxil olan Rayan Giqqz Mançester formasında 759-cu oyununa çıxaraq, klub tarixində oyun sayısına görə rekordu təzələdi. Əlavə olunmuş vaxtın ikinci hissəsində Didye Droqba Nemanya Vidiçin üzünə vurduğu üçün, qırmızı kart almışdır.

Əsas və əlavə olunmuş vaxtda qalib müəyyənləşmədiyi üçün, oyunun talehi penalti seriyasında həll olundu. Kriştianu Ronaldu sayca üçüncü penalti zərbəsini dəqiq vura bilməmişdi, və Çelsi üstünlük almışdı. Hər şey 5-ci zərbədən sonra Çelsinin xeyrinə bitə bilərdi, amma Con Terinin zərbəsi qapı dirəyinə dəydi. Giqqz 7-ci penalti zərbəsinin öhdəsindən uğurla gəldi, ondan sonra növbəti topa yaxınlaşan Nikolas Anelkanın zərbəsini Edvin Van Der Sar dəf etdi, və Mançester Yunayted 3-cü dəfə Çempionlar Lİqasının kubokunu başı üzərində qaldırdı.

Turnirin qalibi kimi Mançester Yunayted 2008 FİFA Klublararası Dünya Çempionatında Avropanı təmsil etmək hüququnu qazandı.

21 may 2008
Mançester Yunayted   1 : 1
ə.v., 11 m. 6 : 5
Hesabat
Statistika
  Çelsi
Ronaldo   26' Qollar Frenk Lempard   45'
Tevez  
Kerrik  
Ronaldo  
Harqrivz  
Nani  
Anderson  
Giqqz  
11 metrlik cərimə zərbələri   Ballak
  Belleti
  Lempard
  E. Kol
  Teri
  Kalu
  Anelka
Lujniki stadionu, Moskva
Tamaşaçı: 67 310
Hakim:   Lüboş Mixel[5]

Statistika

redaktə

Ən yaxşı bombardirlər

redaktə
Yer Oyunçu Komanda Qol sayısı Oynadığı dəqiqə sayısı
1   Kriştiano Ronaldo   Mançester Yunayted 8 1062
2   Lionel Messi   Barselona 6 755
  Fernando Torres   Liverpul FK 6 905
  Didye Droqba   Çelsi 6 1071
  Stiven Cerrard   Liverpul 6 1144
6   Rayan Babel   Liverpul 5 619
  Zlatan İbrahimoviç   İnter 5 625
  Fredrik Kanute   Sevilya 5 714
  Raul   Real Madrid 5 715
  Deivid   Fənərbaxça 5 844
  Dirk Kuyt   Liverpul 5 892

Mənbə: UEFA Çempionlar Liqasının Mətbuat üçün Məlumatı — Bombardirlər — Final — Çərşənbə günü 21 may 2008 (oyundan sonra)

Ən çox assist edənlər

redaktə
Yer Oyunçu Komanda Məhsuldar ötürmə sayısı Oynadığı dəqiqə sayısı
1   Alex   Fənərbaxça 6 848
2   Robinyo   Real Madrid 4 404
  Predraq Corceviç   Olympiakos 4 583
  Aleksandr Hleb   Arsenal 4 603
  Andrea Pirlo   Milan 4 704
  Stiven Cerrard   Liverpul 4 1093

Mənbə:[6]

İstinadlar

redaktə
  1. "Country coefficients 2005/06". UEFA.com. 2015-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-09.
  2. Bert Kassies. "The access list from UEFA European Cup Football". UEFA European Cup Football. February 2007. 7 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2007.
  3. 2006-cı ildə Şelburn çempion olsa da, UEFA Çempionlar Liqasında iştirak etmək üçün UEFA lisenziyasına ötrü müraciət etmədiyindən, onun yerinə ikinci yeri alan Derri Siti iştirak etdi
  4. "Excitement builds as draw nears". UEFA.com. 30 August 2007. 30 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2016.
  5. "Referee appointed for UEFA Champions League final" (PDF). UEFA. 19 may 2008. 27 May 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 may 2008.
  6. "Statistics — Tournament phase — Assists". UEFA.com. Union of European Football Associations. 19 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2016.

Həmçinin bax

redaktə