Traktor (lat. tractor – "dartıcı") — kənd təsərrüfatında dartıcı kimi tətbiq edilən təkərli nəqliyyat vasitəsidir. Öz kiçik sürəti və yüksək dartma gücü ilə fərqlənir. Əkinçilik işlərinin yerinə yetirilməsində və çətin keçilən yerlərdə geniş tətbiq tapır. Traktorlar arxa hissədə asılmış və ya çarxlar üzərində hərəkət edə bilən kənd təsərrüfatı, tikinti və ya sənaye mexanizmləri ilə təchiz olunurlar. Bu zaman lazım olan aqreqat traktorun arxa hissəsindəki işçi valla və müxtəlif qaldırıcı qollarla birləşdirilir. İş zamanı işçi həmin mexanizmi traktorun içərisindən hidravlik idarəetmə sisteminin köməyi ilə hərəkət etdirir. Traktorlar çətin şəraitdə tərbiq olunduğundan onların təkərlərinin hamısı aparıcıdır. Təkərlərə iri dişli rezin üzlüklərin keçirilməsi ilə çətin yolları qət etmək olur.

Müasir traktor
Lokomobil

Traktorlar müxtəlif sahələrdə tətbiq olunduğundan onların sürətlərinin tənzimlənməsi lazım gəlir. Bundan əlavə traktorlarda geniş tətbiq olunan qabaq yükləmə yeri, bəzi hallarda isə bu üst hissədə yerləşdirilir. Hal-hazırda böyük traktorların kabinasında kondensionerlər yerləşdirilir. Başqa nəqliyyat vasitələrindən fərqli oaraq traktorlar diferensial ötürməyə malik olub ayrı-ayrı təkərlərin əyləncinə imkan verir. Traktorların hərkət sürətinin getdikcə artması (80 km/saat) və təkərlərə düşən təzyiq nəticəsində onların ammortizasiya qabiliyyətinin aşağı olmaıs ücundan əksər traktorların qabaq hissəsində ammortizatorlar yerlıəşdirirlər. Bu çox vaxt qabq oxun yay və ya hidravlik olaraq həyata keçirilir.[1]

Yaranma tarixi

redaktə

Kənd təsərrüfatında ağır işləri görmək üçün tətbiq edilən maşınların tarixi daxili yanacaq mühərriklərinin və tırtıllı ötürmənin yaranması ilə bağlıdır. Bu sahədə aparıcı Avropa dövlətlərində edilən ixtiraların rolu böyük olmuşdur. əsasən rus mühəndisləri SaqryajskiBinov tərəfindən XIX əsrdə ixtira edilmiş tırtıllı ötürmə, traktorların yaranmasının başlanğıcını qoymuşdur. XX əsrin əvvəlində traktorların inkişafında ABŞ mühəndisləri böyük rol oynamağa başlayırlar. İlkin vaxtlarda buxar maşınları ilə hərəkətə gətirilən traktorlar düzəldilir. Buna görə də, ilk traktorların çəkisi böyük idi. 10t çəkisində olan traktorun mühərrikinin gücü cəmi 22….45 a.g. idi. Lokomobil adlanan bu maşınlar 2,5 m böyüklükdə təkərlər üzərində yerləşdirilirdilər. Lokomobillərin aşağı çevikliyə malik olması ücbatından onlar yalnız stasionar olaraq güc ötürücüləri kimi istifadə olunurdu. Məsələn, yer şumlamasında onlardan dartıcı maşın kimi, agacların doğranmasında mişarları hərəkət etdrmək üçün tətbiq edilirdi. Torpağı şumlamaq üçün sahənin hər tərəfində bir lokomobil yerləşdirilərək onlar bir-biri ilə iplə əlaqələndirilirdi. Bu ip torpaq sahəni şumlayn kotanı o başa və bu başa dartmağa xidmət edirdi. Bu maşınların faydalı iş əmsalı yalnız 5%-ə bərabər idi.

Daxili yanma mühərrikinin ixtirasından sonra kənd təsərrüfatında tətbiq olunan maşınların konstruktiv cəhətdən təkmilləşdirilməsi ilə lokomobillər tədricən sıxışdırılmağa başlayır. İlkin yaradılan daxili yanma mühərriki ilə işləyən traktorlar yalnız dartıcı rolunu oynayırdı. Kənd təsərrüfatında işlədilən mexanizmlər isə sadəcə olaraq dartıcı maşınların arxasına qoşulurdu. Dartıcı traktorlar kiçik çəkiyə malik olduqlarından, onlar nisbətən böyük sürətlərdə hərəkət edə bilirdi. Bu, traktorların sürəti 14 km/saata çatırdı. Traktor hazırlayan firmalar arasında 1917-ci ildə yaranmış "Fordson" ("Ford" və "Son" sözlərinin birləşməsindən əmələ gəlmişdir) firması pioner sayılır. Fordson traktorları tezliklə böyük şöhrət qazanır. O, həm Amerikada, həm də Avropada geniş tətbiq olunur. Birinci Dünya müharibəsi ərəfəsində iqtisadi blokadada qalan İngiltərə taxıla olan ehtiyatını ödəmək üçün kənd təsərrüfatında mühüm dəyişiklər etmək məcburiyyətində idi. Atla torpaqların şumlanması ilə bu tələbatı ödəmək mümkün deyildi. Bu problemi həll etmək üçün İngiltərə Fordson firmasında 5000 traktor sifariş edir. Alınan gəlir firmaya traktorları inkişaf etdirmək üçün şərait yaratmışdır. Fordson traktorları başqalarına nisbətən az çəkiyə malik idi və ucuz başa gəlirdi. Fordson yerşumlamada istifadə olunan kotanların inkişafının başlanğıcını qoyur.

İstifadə metodları

redaktə

Birinci Dünya müharibəsi dövründə bu traktorlardan ağır yüklərin, əsasən isə artilleriya qurğularının nəql edilməsində istifadə olunurdu. Daxili yanma mühərrikləri ilə işləyən traktorlar və lokomobillər arasındakı rəqabət uzun müddət çəkir. Amerikada lokomobillərin tətbiqi suya və daş kömürünə böyük ehtiyac yaratdığından təsərrüfatçılar tədricən daxili yanma mühərriki ilə işləyən traktorlara keçirdilər. Birinci Dünya müharibəsinə qədər traktorların Amerikada tam qələbəsi başa çatır. Avropada isə suya və kömürə elə də ehtiyac duyulmadığından bu proses uzun çəkmişdir. Birinci Dünya müharibəsindən sonra alman mühəndisi Fritç Huberin (alm. Fritz Huber) çarxlı traktorun "Buldoq"-un ixtirası ilə Avropada kənd təsərrüfatında hökm sürən tələblərə cavab tapılmış olur. Buldoq aşağı dövrlər sayında işlədiyindən Amerika traktorlarına nisbətən az səs yaradır və az yanacaq işlədirdi. Tezliklə bu traktor Avropa fermerləri tərəfindən geniş istifadə olunur. 20-ci illərdə təkərlərdə rezin üzlüklərin tətbiqi ilə traktorlar yeni mərhələyə qədəm qoyur. Amerikalı mühəndis Ales Kalmersin (ingl. Allis Chalmersin) 1933-cü ildə ixtira etdiyi enli rezin təkərlərin tətbiqi ilə torpağa düşən speçifik yükün qiyməti azalmış olur. Bunun nəticəsində traktorların dartma gücü 30% artırılmış olur. Traktorların çevikliyi artır, onlar şumlamadan avtomobil yoluna və əksinə keçə bilirdilər. Pnevmatik təkərlərin tətbiqi traktorların xarici görünüşündə də dəyişikliyə şərait verir. Traktorların üst tərəfi daha alçaq formada hazırlanır. Traktorlarda 1930-cu ildə tətbiq olunan bu forma indiyə kimi çox az dəyişikliyə məruz qalmışdır. Traktorların getdikcə ixtisaslaşması nəticəsində, onlarla avtomobillər arasında olan konstruktiv fərq də böyüməyə başlayır. Traktorlarda hava təkərlərindən istifadə edilməsinə baxmayaraq, onlar aşağı sürətə, təkərlərdə yüksək momentə və əlavə ötürmə sisteminə malik idilər.

1937-ci ildən etibarən traktorlarda tətbiq olunan hidravlik qaldırıcı sistem qoşulqanlardan imtina etməyə imkan vermişdir. Kənd təsərrüfatında lazım olan mexanizmlər bir başa traktorların arxa hissəsinə bərkidilirdi. Bu konstruksiya 1935-ci ildə amerikalı konstruktor Ferquson (ingl. Ferguson) tərəfindən ixtira edilir. Burada əsas yenilik üçnöqtə prinsipi ilə işləyən hidravlik qaldırma sistemindən ibarət idi. Dartıcı traktorlar bu sistemlə artıq maşının içindən etibarən arxaya qoşulmuş mexanizmləri hərəkət etdirmək imkanı qazanmışdılar. 1939-cu ildən başlayaraq bu sistemlər İngiltərənin kənd təsərrüfatında geniş tətbiq olunur. "Ford" firması da özünün istehsal etdiyi "Fordson" traktorlarını bu sistemlə təchiz edir. Amerikalı traktor istehsalçısı "İnternational Harvester" firmasının ixtira etdiyi çəngəl başlıqlı valın tətbiqi də az əhəmiyyətli deyildi. Bu mexanizm tezliklə traktorqayırmada mühərriklə işçi mexanizm arasında, qüvvə ötürməsində geniş tətbiq olunur. Sonralar üşnöqtə sistemi, hidravlik və çəngəl başlıqlı val, hazırlanan traktorların konstruksiyalarının tərkib hissəsinə çevrilmişdir. Asılqan mexanizmlər daimi traktorun arxa hissəsində daşındığından və onun işçi vəziyyətə gətirilməsi hidravlik ötürmə ilə yerinə yetirildiyindən traktorun çəkisinin azaldılmasına imkan yaranmışdır. Bu yeni konstruksiya traktorların sinifləşdirilməsinə gətirib çıxarmışdır.

Mənbə

redaktə
  • Zworykin, A.А. Geschichte der Technik. 2. Aufl. Leipzig: VEB Fachbuchverlag, 1974
  • Brentjes, B., Richter, S., Sonnemann, R. Geschichte der Technik. 1. Aufl. Verlag Ed. Leipzig , 1978, 501 S.
  • Troitzsch, U. Technik – von den Anfängen bis zur Gegenwart. Braunschweig: Westermann, 1982, 640 S.

İstinadlar

redaktə
  1. "Kova ilə qar təmizlənməsi üçün köməkçi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.

Xarici keçidlər

redaktə