Teymur bəy Novruzov
Teymur bəy Novruzov (20 aprel 1880, Qovlar – 30 iyun 1961, Nitsa) — Rusiya İmperator Ordusunun zabiti, Azərbaycan Demokratik Respublikasının general-mayoru. Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur.
Teymur bəy Novruzov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1880 |
Doğum yeri | Qovlar, Qazax qəzası |
Vəfat tarixi | 30 iyun 1961 (81 yaşında) |
Vəfat yeri | |
Atası | Mirzə Hacı bəy Novruzov |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəTeymur bəy Mirzə Hacı bəy oğlu 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu.
1898-ci ildə hərbi xidmətə başlamışdı. siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə ordudakı əla xidmətlərinə görə I tatar atlı alayının komandiri polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilmişdir.[1]
1920-ci ildə bolşeviklərin təzyiqindən Almaniyaya mühacirətə getmişdir.
O, 1961-ci ildə Nitsada vəfat edib.
Mükafatları
redaktəTeymur bəy 6 dekabr 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 1913-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni, 2 noyabr 1914-cü ildə 2-ci dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.
Mənbə
redaktəƏdəbiyyat
redaktə- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
İstinadlar
redaktə- ↑ Qanunverici aktlar, 1998. səh. 624