Suvalkiya
Suvalkiya, Suduva və ya Ujnemune (lit. Suvalkija/Sūduva/Užnemunė) — Litvanın cənub-qərbində ən balaca etnoqrafik bölgə.
Etnoqrafik bölgə | |
Suvalkiya (Sudova) | |
---|---|
lit. Suvalkija (Sūduva) | |
Ölkə | |
İnzibati mərkəz | Suvalki və ya Mariyampole |
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəRus, polyak və alman mənbələrində yerli əhalisinin fərqli adları verilir.[1] Beləliklə, bu bölgənin adı mübahisəlidir. Sudoviya adı bu ərazidə məskənləşən Sudlar tayfasından gəlir.[2] Suvalkiya adı hazırda Polşada yerləşən Suvalki şəhərindən gəlir.[3] Coğrafi olaraq bu bölgəyə həmçinin Ujnemune deyilir. Bu ad mübahisəsinə görə etnik mədəniyyətinin dövlət müdafiəsinin əsasları haqqında qanun bölgənin iki adını çəkir: Suvalkiya (Sudova) (lit. Suvalkija (Sūduva)).[2]
Coğrafiya
redaktəBölgə Neman çaydan cənubda, keçmiş Vilkavişkiş yepiskopluğun ərazisində yerləşir.[4] Bölgənin cənub-qərbi hissəsində Viştitis-Qrajişkiay təpəliyindən Şirvintos və başqa çaylar axır. Viştitis gölü təpələrlə əhatə olunur. Suvalkiya şimaldan və qərbdən Neman çayı ilə əhatə olunur.[2]
Cənubi Sudova və o cümlədən, Suvalkiya şəhəri müasir Polşanın hissəsidir.[5]
Əhali
redaktəSuvalkiyada qərbi Aukşaytiya ləhcəsində danışırlar.[6] XIX əsrdə bu ərazi Rusiyanın yarımuxtar Polşa çarlığının tərkibində olduğuna görə, bölgənin kimliliyi o vaxt formalaşıb və beləliklə, Suvalkiya Litvanın ən yeni etnoqrafik regionudur.[7] Burdakı o dövrdə mövcud olan siyasi vəziyyətində Mariyampole şəhərindəki məktəbləri Litva milli dirçəlişinin tanınmış fəalları böyüdə bilib. Nəticədə məhs burda danışılan qərbi Aukşaytiya ləhcəsi standartlaşmış Litva dilinin əsası olub.[8]
Cənubi Sudovada hələ də litvalılar yaşayır. Məsələn, əhalisi təxminən 1200 nəfər olan Punsk kəndinin 80%-i litvalılardır. Burda litvalılarla bağlı muzeylər yerləşir. Kəndin yanında tarixdən əvvəlki Pruss-Yatvyaq yaşayış məntəqəsi saxlanılır.[5]
İstinadlar
redaktə- ↑ "SŪDUVIŲ PROBLEMA". 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2019-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ "J. Kudirka "THE LITHUANIANS"". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- ↑ "Lietuvos etnogafinių regionų visuomeninės kultūros organizacijos". Žemaičių žemė (litva). 4. 2002. ISSN 1392-2610. 5 March 2011 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Southern Sudovia: Poland's Lithuania". 2020-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
- ↑ Girdenis, Aleksas Stanislovas. "Samogitians: The Development of Inflexional Endings and the Chronology of the Divergence of Dialects". Center of Regional Cultural Initiatives. 12 April 2006. 5 March 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2008.
- ↑ Kudirka, Juozas. The Lithuanians: an ethnic portrait. Lithuanian Folk Culture Centre. 1991. OCLC 27947396. 6 March 2011 tarixində arxivləşdirilib.
- ↑ "Sudovia (Southern Lithuania)". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.