Süd — qida məhsulu.

Süd dolu stəkan

İnsan orqanizmi üçün südün əhəmiyyəti

redaktə

Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib.

Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.

Keçi südü

redaktə

Çiy keçi südü ən təmiz, faydalı ərzaqlardan biridir.İnək südü haqqında onu demək olmaz, çünki o çoxlu selik əmələ gətirir. Keçi ən təmiz ev heyvanıdır. Onun ifraz edən orqanları ideallığa daha çox yaxındır. Ona görə də keçi südü inək südündən daha çox yaxşıdır.İçki qəbul edən və siqaret çəkən ananın südündən çox üstündür. Keçi vərəm, bruselyoz və başqa xəstəliklərlə xəstələnmə ehtimala bəzi mənbələrə görə mümkündür yaxşı olar ki bunu həkiminiz ilə və ya bu barədə daha məlumatlı səhiyyə işçisi ilə məsləhətləşin.(qeyd Yeri gəlmişkən qeyd olunmalıdır ki, keçilər xüsusilə bruselyoz xəstəliyinə çox həssasdır. Fransada keçiləri bruselyozun "anası" adlandırırlar. Odur ki, keçilərdən vaxtaşırı qan alıb bruselyoza qarşı yoxlanması, təsərrüfatda sağlamlaşdırma tədbirlərinin aparılması bu xəstəliyin kökünü kəsə bilər.) Keçi südünün keyfiyyəti inək südündən çox keyfiyyətlidir. Başqa qidalardan fərqli olaraq keçi südü həmcinsdir.Çox miqdarda niatin və tiamindən ibarətdir. Körpələrdə ishal olan zaman keçi südünün çox böyük faydası var.Bu onunla

izah olunur ki, onun tərkibində çoxlu tiamin var. Keçi südünün tərkibində olan tiamin "B" qruppasından olan vitaminlərdən biridir.Bütün hamının həyatında doğulandan ölənədək baş verən əsas proseslərdə o çox böyük fəaliyyət göstərir. Keçi südü tərkib və qida elementlərinin zənginliyi baxımından ana südünə ən yaxın süd olduğu məlumdur. Keçi südü proteinlərinin 75%-i kazeindən yaranır və buna görə də kazein südlər qrupuna aiddir. Karoten nisbəti aşağı olduğu üçün inək südünən daha ağdır. Karoten südə Vitamin A olaraq keçir. Keçi südündə Ka miqdarı inək südünən daha artıqdır. Bu halda keçi südünün körpə inkişafı üçün yaxşı kalsium mənbəyi olduğunu söyləmək mümkündür. Ancaq dəmir, vitamin B12 və fol turşusu baxımından kasıb olan keçi südünü zənginləşdirmək lazımdır. Keçi südü tərkibindəki A vitamininin çoxluğuna görə inək və ana südünən 2 qat zəngindir. Keçi südü yağının təqribi 99%-i trigliserinlərdən təşkil olunub. Keçi südünün qısa zəncirli yağ turşuları ilə zəngin olması, xüsusən həzm qabiliyyəti hələ inkişaf etməmiş uşaqların qidalanması üçün süddən istifadə edilməsinə və ya bu süddən hazırlanmış körpə qidalarınan istifadə etmək məsləhət görülür. Nukleinlər, sərbəst amin turşuları və poliaminlər kimi bir çox bioaktiv birləşmə keçi südündə təbii olaraq yüksək səviyyədə mövcuddur. Keçi təbiətdə dağlıq, əyri-üyrü və yaşıl, yəni oksigeni bol olan yüksək yerlərdə yaşamağı sevdiyi üçün südündə şox nadir olan vərəm mikroblarına (Mycobacterium tuberculosis) rast gəlinir. Inək südündə olan patogen və saprofit mikroorqanizmlərin sayı keçi südündə çox azdır. Keçi südü bir birinə bağlanmış Linoleik turşu dediyimiz bir yağ turşusu ilə zəngindir. Bu turşu bədənimiz tərəfindən istehsal edilməyən, kənardan alınması vacib olan yağ turşularından biridir. Bu turşu yağların bədəndə toplanmasına kömək edən LPL fermentinin işinə mane olur və orqanizmdə toplanan yağ miqdarının azalmasına yardımçı olur. Eyni zamanda toplanmış yağların əzələlərdə enerji mənbəyi kimi istifadə edilməsində, bədəndəki yağ miqdarının azaldılmasında, əzələ kütləsinin artmasına yardım edir. Keçinin südü inək, qoyun kimi digər heyvanların südünə görə daha asan və tez qatılaşdığı üçün burada həzm daha tez və asan olur. Keçi südünün faydaları bəlkədə çox bilinmədiyi üçün çox istehlak edilməyən süd məhsulları arasında yerləşir. Bu südün çox az yan təsirləri var və geniş səpkidə insan sağlamlığına fayda verir. Keçi südünün faydalarından maksimum dərəcədə istifadə etmək üçün onu çiy olaraq istehlak edilməsi tövsiyə edilir. Iltihablara qarşı çox təsirlidir. Həzm sistemi üçün çox faydalıdır. Kalsium baxımından zəngin olduğu üçün uşaqlarda, yeniyetmə və qocalarda sümük sağlamlığı və ya skelet sağlamlığı üçün əhəmiyyətlidir. Sümük xəstəliklərinə yaxalanma riskini azaldır. Immun sistemini gücləndirən mineral və vitaminlərlə zəngindir. Keçi südü uşaqlar üçün ideal bir qida olmaqla yanaşı bundan əlavə astma, migren, mədə yarası, xroniki katarakt, qusma və ekzema müalicəsində yardımçı vasitə olaraq istifadə edilir. Bu baxımdan keçi südünün sağlıq baxımıpndan əhəmiyyətindən çox danışmaq olar. [1]

Mənbə

redaktə
  • "Bitki tərəvəzlərinin şirəsinin müalicəvi əhəmiyyəti" M . V. Uoker. 1991.
  • Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2018-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə