Rəngli film
Rəngli filmlər — həm rəngli şəkil çəkmək üçün istifadə olunan fotolentlər , həm də rəngli kinofilmlər üçün işlədilən deyimdir.
Tarixi
redaktəRəngli filmlərin yaranmasının ilkin səbəbi rənglərin araşdırılmasıdır ki , bu da İsaak Nyutonla bağlıdır. 1666-cı ildə optik eksperiment aparan Nyuton rənglərin işığın bir funksiyası olması qərarına gəldi.1802-ci ildə Tomas Yanq və 1850-ci illərdə Hermann Vonn Hermholtz rəngləri araşdırmışlar. Yanq-Hermholtz teoriyasına görə insan retinası yalnız üç rəngə-al, sarı və mavi (sonralar gözdən keçirib al, yaşıl və mavi olaraq dəyişdi) rənglərinə cavab verə bilir. Ancaq Yanq-Hermholtz teoriyası öz doğruluğunu eksperimentlə sübut etməmişdi. Teoriya 1850-ci illərdə Ceyms Maksvell tərəfindən inkişaf etdirildi. Baxmayaraq ki , Maksvell rəngli şəkil çəkməyin yollarını 1861-ci ildə artıq göstərmişdi, rənglərin kino bölməsində işlədilə biləcək qədər natural olması çox vaxt apardı. Amma bu rejissorları film rəngləməkdən döndərə bilmədi. Əl ilə boyama film rəngləmədə işlədilən ilk üsul oldu. 1895-ci ildə çəkilmiş "Annabelin serpantin rəqsi" bu üsulla çəkilmiş ilk film oldu.[1] Əl ilə rəngləmə geniş yayılmış film rəngləmə üsulu idi ki, birbaşa lentlərə tətbiq edilirdi. Film biznesi bu dövrdə 10–15 dəqiqəlik filmlərdən ibarət olduğundan bu maddi cəhətdən də əlverişli üsul idi. Jorj Melyes film lentlərini çərçivə-çərçivə rənglətmək üçün 21-qadın işə götürmüşdü. Rəngli filmlərə istək artdıqca Çarlz Pate boyama işini mexanikləşdirdi və onu "Paterəngləmə"[2] adlandırdı.1910-cu ildə onun artıq boyama ilə məşğul olan 400-dən çox qadın işçisi var idi. Film dünya əyləncə biznesini ələ keçirdikcə artıq bu üsul da öz aktuallığını itirməyə başladı. Film buraxılışçıları artıq vanna üsulu ilə boyama və tonlamadan istifadə eləyirdilər. Bu üsulda film lenti boya vannasına salınır hər-hansı bir rəngə boyanır , qaralmış hissələri isə tonlaşdırma ilə gümüşü rəngə çevrilirdi. Devid Uark Griffit kimi bəzi rejissorlar kinonun emosiyasını artırmaq üçün hər iki üsuldan istifadə etsələr də , əksər hallarda laboratoriyalar sadəcə səhnəyə uyğun boyanı işlədirdilər. 1920-ci illərdə çəkilmiş filmlərin 80–90 %-i əl ilə boyama və ya tonlaşdırma üsulu ilə çəkilirdi. Amma 1927-ci ildə kino səs ilə birləşdikdən sonra bu üsul problem yaratmağa başladı.
Modern Rəngli filmlərin yaradılışı
redaktəRəng yaratmağın iki yolu var:Başlıca rənglərin bir-birinə qarışdırılması , hamısı birlikdə eyni dərəcədə qarışdıqda ağ rəng alınan Additiv Rəngləmə Sistemi. Bunu biz hal-hazırda işlədirik. Digəri isə Subtraktiv Rəngləmə Sistemidir ki, yeni rəng yaratmaq üçün başlıca rənglər bir-bir ağ rəngdən çıxarılır, bütün rənglər birgə çıxarıldıqda isə qara rəng alınır. Rəngli şəkil əldə etmək üçün hər iki üsul da işlədilmişdir.
Natural rəngli filmlərin yaradılması üçün ilk girişim 1908-ci ildə Çarlz Urban və Natural Rəngli Kinematoqrafiya kompaniyasından gəldi. Jorj Albert Smit tərəfindən kəşf olunmuş bu Kinemakolor sistem iki rəngin ard-arda qatışdırılması prosesi idi. Kinemakolorun birinci uğuru 1911-ci ildə çəkilmiş "Dehli Durbar" sənədli filmi idi. Vilyam Friz Qrin isə ilk uğurlu rəngləmə sistemini- Biorəngləməni yaratdı.
Texnorəngləmənin populyarlaşması
redaktəTexnorəngləmə kompaniyası 1915-ci ildə ikirəngli additiv rəngləmədən istifadə etmək üçün yaradılmışdı, ancaq ilk filmin uğursuzluğa düçar olmasından sonra , yön dəyişdirib ikirəngli suntraktiv üsulu işlətməyə qərar verirdilər. Bu yeni proses 1922-ci ildə patentləşdirildi. Bu üsulla çəkilmiş ilk film "The Toll of the sea" oldu.1928-ci ildə texnorəngləmə yeni rəng artıraraq təkmilləşdirildi. Ancaq texnorəngləmənin də uğurları çox çəkmədi.1932-ci ildə 3-cizgili texnorəngləmə üsulu işlədilməyə başlandı.
1950-ci illərdə isə üstünlük maddi cəhətdən daha əlverişli olan Eastmanrəngləməyə keçdi. Bu üsul Alman Agfarəngləmə əsas götürülərək yaradılmışdı.
Dijitalrəngləmə- ağ-qara filmlərin sonradan rənglənməsi 1980-ci illərdə başladı.[3]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
- ↑ "Arxivlənmiş surət". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.
- ↑ "Arxivlənmiş surət". 2017-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-07.