Ququ quşu yuvasının üzərindən uçarkən (film)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir.
Ququ quşu yuvasının üzərindən uçarkən | |
---|---|
ing. One Flew Over the Cuckoo's Nest | |
Janr | dram filmi, tibb dramı[d], məhbuslar haqqında film[d], roman ekranlaşdırması[d], komediya filmi |
Rejissor | |
Prodüserlər |
|
İcraçı prodüserlər | Maykl Duqlas, Kirk Duqlas, Saul Zeynts[d] |
Ssenari müəllifləri | |
Baş rollarda |
|
Operator |
|
Bəstəkar |
|
Quruluşçu rəssam | Pol Silbert[d] |
Montajçı | Şeldon Kan[d] |
İstehsalçılar | Fantasy Films Productions[d] |
Distribütor | InterCom[d], MOKEP[d], Netflix |
İlk baxış tarixi | 1975, 18 mart 1976[2], 19 noyabr 1975[3] |
Müddət | 133 dəq., 136 dəq. |
Büdcə | 3.000.000 $[4] |
Gəlir | 109.114.817 $[4], 108.981.275 $[4] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Feyetvill[d] |
IMDb | ID0073486 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur. Birinci dəfə bu uğuru "Bir gecədə baş verdi" filmi qazandı. 1991-ci ildə bu rekordu "Quzuların səssizliyi" filmi təzələdi. Film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Rollarda
redaktə- Cek Nikolson – Rendl Patrik McMurphy
- Luiza Fletçer – Tibb bacısı Mildred Retçed
- Vill Sempson – Şef Bromden
- Vilyam Redfild – Deyl Hardinq
- Bred Durif – Billi Bebbit
- Sidni Lassik – Çarli Çesvik
- Kristofer Lloyd – Meks Teyber
- Denni De Vito – Martini
Mükafatlar və nominasiyalar
redaktəNominasiya və qələbələr:
- Luis Fletçer
- "Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı"