Qranj (bəzən Seattle sound olaraq da adlandırılar) — 1980-ci illərin ortalarında alternativ rokun bir alt növü olaraq ABŞın Vaşinqton ştatının Sietl şəhərində yaranan musiqi janrı, mədəniyyət və həyat tərzi. Hardkir pank, həvi metalindi-rokdan təsirlənmişdir. Qranj ümumiyyətlə distorizə edilmiş heavy metalvarı gitara riff'ləriylə qaynaşdırılar. Tərzi ümumiyyətlə aqressiv, depresif, içə dönük, nihilist və vecsizdir. Lüğət mənası "çirkli, dağınıq, qatqısız pox" olan grungenin ad atası isə Mudhoney solisti Mark Armdir.

Qranj
Yarandığı dövr 1985
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci illərin sonu 1990-cı illərin başında məşhur olan bu musiqi axını, 1991 və 1994-cü illər arasında ən yüksək məşhurluğa çatmışdır. Grunge geyim tərzi cırıq yamaqlı cinslər, odunçu köynəkləri və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə pis və dağınıq geyim seçim edilir. Odunçu köynəyi grunge geyiminin təməl daşıdır belə deyiləbilər. Musiqi tərzi olaraq grunge punk'dan daha ağır heavy metaldan daha melodiktir. Grungenin paytaxtı olaraq Seattle qəbul edilir.Soundgarden, Alice in Chains, Nirvana, MudhoneyPearl Jam kimi qrupların doğuş yerləri Seattle'dır. Grungenin yüksəlişi Nirvananın populyarlığıyla olmuş və dağılmasıyla birlikdə sürətli bir enişə keçmişdir. Kurt Cobain `in ölümündən sonra grunge dövrü bitmiş və post grunge dövrü başlamışdır. Grunge dördlüsünə orijinal heyət qalan iki qrup SoundgardenPearl Jam'dır.Alice in Chains yeni bir heyətlə təkrar bir araya gəlmişdir. Ayrıca Nirvananın dağılmasından sonra, Nirvananın barabançısı Dave Grohl'ün qurduğu Foo Fighters qrupu da grunge (əslində post-grunge) musiqinin 2000-ci illərdə icra edildiyi bir gruplardandır.

Əhəmiyyətli qranj qrupları

redaktə

İstinadlar

redaktə