Qlaukonit
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlaukonit - mineral, (K,Ca,Na)<1 (Al, Fe3 , Fe2 , Mg)2 [(OH)2 |Al0,35Si3,65O10]. K→H3O ilə, Si→Al-la əvəz olunur. Vərəqvari silikat. Monoklinik, psevdoheksaqonal. Ayrılma {001} üzrə mükəmməl. Aqreqat: incədənəvər, xırda pulcuqvari. Yaşıl, sarımtıl-yaşıldan rəngsizədək. Sərtliyi 2. Xüsusi çəki 2,4-2,95. Kəskin paramaqnitlidir. Heterogendir - montmorillonit qrupu və hidromika arasında keçid birləşmələrlə təmsil olunub. Bu komponentlərin nisbətindən asılı olaraq kimyəvi və fiziki xassələri dəyişir. Başlıca olaraq dəniz çökmələrində tapılır. Əhəngdaşları, qumdaşları və alevrolitlərdə Fe3 və Fe2 mineralları ilə assosiasiyada olur; allüvial və elüvial çökmələrdə çöl şpatı və başqa mineralları əvəz edir. Kation mübadiləsi qabiliyyətinə görə suyun duzsuzlaşdırılmasında və bəzi maddələrin rəngsizləşdirilməsində, habelə kalium - arqon üsulu ilə çökmələrin mütləq yaşını təyinində istifadə edilir. Növ müxtəlifliyi: seladonit, manqan-qlaukonit, marsyanskit, natrium-qlaukonit (3% Na2O).
Qlaukonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Strunz təsnifatı | VIII/E.05a[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbə
redaktəGeologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.