Puerto-RikoKarib dənizində Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil olan ərazi. "Puerto-Riko" sözü ispan dilindən tərcümədə varlı liman mənasını verir. Ada, Dominikan Respublikasının şərqində yerləşir. Puerto-Riko Böyük Antillər ada qrupunun ən kiçik adasıdır. Mona, Viequs, Kulebra kimi kiçik adalarda Puerto Rikoya daxildir. Mona adasında insanlar daimi şəkildə yaşamırlar. Əsasən dağçılıq turizmi məqsədilə turistlərin adaya daxil olmasına icazə verilir.

Puerto Riko
Puerto Riko
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Juan es su nombre, Joannes Est Nomen Ejus, Juan yw ei enw
Rəsmi dilləri
Paytaxt San Xuan-2,6 million sakin (2008-ci il)
İdarəetmə forması asılı ərazi
Qubernator Pedro Pierluisi [02.01.2021 ~]
Sahəsi Dünyada 163-cü
 • Ümumi 9104 km²
 • Su sahəsi (%) 1,6
Əhalisi
 • Əhali 3 880 min nəfər (131-ci)
 • Siyahıyaalma (1.IV.2010) 3 725 789 nəf.
 • Sıxlıq 436 nəf./km²
 • Ümumi 217.800.000 $[1], 113.434.800.000 $[1]
ÜDM (AQP)
 • Ümumi 64,8 milliard dollar  (87-ci)
 • Adambaşına 16 300 dollar  (84-cü)
Valyuta ABŞ dolları
İnternet domeni .pr
ISO kodu PR
BOK kodu PUR
Telefon kodu 1787, 1939
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Puerto Rikonun qədim tarixi haqqında məlumatlar azdır. Eramızdan əvvəl adada yaşayışın olmasını sübut edən bəzi dəlilər tapılmışdır. Avropalıların adaya gəlməsi XVI ərsdən başlamışdır. İspanlar Taino adlanan yerli xalqı özlərinə tabe etmək ücün onlarla silahlı mübarizə aparmışdılar. Puerto Riko XV - XX əsrlər ərzində İngilis, Fransız və Alman silahlı birləşmələrinə qarşı mübarizə aparmışdır. Bu müddət ərzində ada İspanlar tərəfindən idarə edilirdi. 1898-ci ildə baş vermiş İspan-ABŞ müharibəsi nəticəsində Puerto Riko 400 ildən sonra İspaniyanın nəzarətindən çıxmışdır. 1898-ci ildə imzalanan Paris müqaviləsinə əsasən İspaniya adanı ABŞ nəzarətinə verməyə razı olduğunu bildirmişdir.

Müasir vəziyyəti

redaktə

Puerto Riko daxili məsələlərin həllində müstəqil, xarici siyasətdə isə ABŞ-yə tabedir. Ölkə əhalisi ABŞ vətəndaşıdır və bütün amerikalılar kimi sığortadan istifadə etmək hüquqları vardır. Adada ABŞ dolları işlədilir. Son illər Ruben Berrios rəhbərliyində Müstəqil Puerto Riko Partiyası Puerto Rikonun müstəqilliyi uğrunda mübarizəyə başlamışdır. Ancaq, ada əhalisinin böyük bir qismi müstəqillik fikrinə qarşıdır və ABŞ tabeliyində yaşamağın daha üstün olduğunu düşünürlər. ABŞ Federal Torpaqlarından ən iri və əhəmiyyətlisi olan Puerto Rikoya hər il ABŞ tərəfindən maliyyə yardımı ayrılır.

İqtisadiyyatı

redaktə

Pul vahidi

redaktə

Hal-hazırda ölkənin pul vahidi ABŞ dollarıdır.

Həmçinin bax

redaktə
  1. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.