Manmohan Sinqh
Manmohan Sinqh (pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह; 26 sentyabr 1932[1][2][…], Qah[d], Britaniya Hindistanı – 26 dekabr 2024[3], Yeni Dehli) — Hindistan dövlət və siyasi xadimi, 22 may 2004-cü ildən 26 may 2014-cü ilədək Hindistanın Hindistan Milli Konqresi (HMK) partiyasından olan 15-ci Baş naziri. İnancına görə, Hindistanın ilk qeyri-hinduist baş naziri olmuşdur.
Manmohan Sinqh | |
---|---|
pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind. मनमोहन सिंह | |
22 may 2004 – 26 may 2014 | |
Əvvəlki | Atal Bihari Vacpai |
Sonrakı | Narendra Modi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1932[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 dekabr 2024[3] (92 yaşında) |
Vəfat yeri |
|
Partiya | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, bankir[d], dövlət qulluqçusu, universitet müəllimi[d] |
Uşaqları | 3 |
Dini | siqhizm |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1982–1985-ci illərdə Hindistan Ehtiyat Bankının meneceri, 1991–1996-cı illərdə Hindistanın maliyyə naziri olub. 2005–2006-cı illərdə eyni zamanda Baş nazir olaraq Hindistanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 2008-ci ilin dekabrı və 2009-cu ilin yanvar aylarında Baş nazir vəzifəsindən ayrılmadan yenidən maliyyə naziri olmuşdur (maraqlıdır ki, 2006-cı ildə də Xarici İşlər Naziri olaraq çalışmışdır və 2009-cu ildə Maliyyə Naziri olaraq, Sinqhi Pranab Mukerci əvəz etmişdi).
İqtisadiyyat sahəsində bir sıra mükafatlar laureatı, elmlər doktoru, iqtisad üzrə elmi işlərin müəllifidir. 1993-cü ildə Euromoney jurnalı onu ilin ən yaxşı maliyyə naziri, Asiamoney jurnalı isə onu iki dəfə (1993 və 1994) bu ad ilə tanımışdır.
İstinadlar
redaktə- ↑ 1 2 Manmohan Singh // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Manmohan Singh // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 India's former PM Manmohan Singh dies aged 92 (ing.).