Malavi (ing. Republic of Malawi, Nıyanca: Dziko la Malaŵi) — Afrika qitəsinin cənub-şərqində yerləşən və dənizə çıxışı olmayan quru ölkəsidir. 1964-cü ilədək Nyasalend adını daşımışdır. Keçmiş Britaniya koloniyasıdır. Şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə həmsərhəddir. Tanzaniya və Mozambik sərhəddində Malavi gölü yerləşir. Malavinin sahəsi 118,000 km2, əhalisi isə 16,777,547 nəfərdir. Onun paytaxı və ən böyük şəhəri Lilonqve, ikinci Blantyre, üçüncü isə Mzuzudur. Ölkənin ləqəbi "Afrikanın isti ürəyi"dir.

Malavi
Chalo cha Malawi, Dziko la Malaŵi
Bayraq Gerb
Bayraq Gerb
"Birlik və Azadlıq"
Himn: Ey Tanrı, vətənimiz Malavini qoru[1]
Rəsmi dilləri
Paytaxt Lilonqve
İdarəetmə forması Respublika
Prezident Lazarus Çakvera
Sahəsi Dünyada 100-cü
 • Ümumi 118480 km²
Əhalisi
 • Əhali 17,4 milyon nəfər (65-ci)
 • Siyahıyaalma (8.VI.2008) 13 077 160 nəf.
 • Sıxlıq 142 nəf./km² (147-ci)
 • Ümumi 12.602.334.124 $[2], 13.164.667.627 $[2]
ÜDM (AQP)
 • Ümumi 13,7 milyard dollar  (152-ci)
 • Adambaşına 800 dollar  (227-ci)
İnternet domeni .mw
ISO kodu MW
BOK kodu MAW
Telefon kodu 265
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Malavi
Malavi

İndiki Malavi kimi tanına Afrika sahəsində ovçuluq və yığıcıqlıqla məşğul olan çox kiçik sayda əhali var idi. Bantu dilində danışan tayfalar 10-cu əsrdən etibarən şimaldan bu ərazilərə köç etməyə başlamışdılar. Bantu tayfalarının cənuba doğru köçü dəvam etdirməsinə baxmayaraq, bəziləri daimi olaraq burada məskunlaşıb və etnik qruplar olaraq formalaşıblar.

Aparılan tarixi araşdırmalar nəticəsinə görə bu ölkənin tarixi XIII-XVI əsrilərdə mövcud olan "Malavi İmperiyası" ilə bağlıdır. Buna görədə regionun ilk sakinləri Bantuların bir qolu olan Şiş-valardır. XVII əsirdən etibarən ölkə Portuqaliyanın, İskoçların və İngilizlərin hücumları məruz qalmağa başladı. 1891-1964 illərində İngilis koloniyasının tərkibinə qatılmışdır. 1962-də İngilis Millətlər Birliyi içərisində müstəqil bir ölkə oldu. Bundan ikil sonra, 1964-cü ildə mütəqilliyini elan etdi. Həmin il keçirilən xalq səsverməsi nəticəsində illərdir Malavinin istiqlalı mübarizəsində liderlik etmiş olan Dr. Hasting Kamuzu Banda prezident seçildi. Bandanın başçılıq etdiyi "Milli Konqre Partiyası"nın üzvlərinin təçkil etdiyi Maldiv Məclisi 1971-ci ildə Bandanın ömürlük prezident olduğunu elan etdi. İlk seçkilər 1978-ci ilin iyun ayında keçirildi. Banda hələ də ölkənin prezidentidir.

Coğrafiyası

redaktə

Malavi Afrikanın cənub-şərqində, şimala və cənuba uzanan, uzun və dar torpaqlara malikdir. Ölkə şimal-qərbdən Zambiya ilə, şimal-şərqdən Mozambik ilə, şərq, cənub və qərbdən isə Tanzaniya ilə qonşu mövqeyindədir. Ölkənin şimaldan cənuba 850 km, şərqdən qərbə isə 350 km uzunluğu malikdir. Malavinin sərhəddinin uzunluğu 2.881 km olub, bunun 475 km-i Tanzaniya, 1,569 km-i Mozambik və 837 km-i isə Zambiyayladır. Bundan başqa Malavi ölünün Mozambikin hakimmiyyəti altında olan hissəsində yerləşən Likoma və Çizumulu adaları Malavinin hakimiyyəti altındadır.

Ölkənin sahib olduğu 118,480 km²-lıq torpağın 1-i meşə, %-i bataqlıq sahədədən, -i əkinçilik sahəsindən və -i isə otlaqlardan ibarətdir. Ölkənin şimal bölgəsi digər digər hissələrinə nisbətən daha çox dağlıq olub, dəniz səviyyəsindən 3,000 m-ə qədər yüksəklikdə yerləşir. Ölkənin ən yüksək dağı Saptivadır (3.002 m). Ölkənin ən uzun çayı olan Şire çayı 402 km-lik hövsəyə sahibdir.

Əhalisi

redaktə

Malavi əhalisinin əksəriyyətini Bantu tayfasından olan yerlilər təşkil etməkdədir. Çox az miqdarda Asiyalı və Avropalı da mövcuddur. Təxminən 16,700,00 adam olan əhalinin böyük əksəriyyəti kiçik kəndlərdə yaşar. Əhalinin 10%-lik bir hissəsi isə şəhərlərdədir.

Ölkə əhalisinin təxminən 80 %-i Xristian dini inancına görə yaşayır. Malavidə İslam dini inancına görə yaşayan əhali təxminən 12 % təşkil edir ki, Afrika qitəsinin bu bölgəsi üçün yüksək sayıla biləcək bir rəqəmdir. Digər əhali isə yerli dinlərə inanmaqdadır.

İqtisadiyyatı

redaktə

Malavi dünyanın ən az inkişaf etmiş ölkələrindən bir hesab edilir. Ölkədə adam başına düşən milli gəlir 320 $ səviyyəsindədir. Ölkə iqtisadiyyatı Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatlar üzərindən gələn pullaradan asılı vəziyyətdədir. Əhalinin 85 %-i çöl bölgələrdə yaşayıb, əkinçiliklə məşğuldur. Ümumi daxili hasilatının üçdə biri və ixracat gəlirlərin 90 %-i əkinçilikdən gəlir.

Təhsil

redaktə

Malavidə ibtidai təhsil məcburi deyil, lakin Konstitusiyada bütün insanların ən az 5 il hüquqi təhsil alması tələb edilir. 1994-cü ildə bütün uşaqlar üçün pulsuz ibtidai təhsil imkanı hökumət tərəfindən təsis edilib.

İstinadlar

redaktə
  1. "Malawi National Anthem Lyrics". National Anthem Lyrics. Lyrics on Demand. 10 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2008.
  2. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  3. http://chartsbin.com/view/edr.

Həmçinin bax

redaktə