Məşədi İsi
Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.
Məşədi İsi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | təq. 1840-cı illər |
Vəfat tarixi | 1905 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Mükafatları |
Həyat və yaradıcılığı
redaktəMəşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur.[1]
Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur.[2]
Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur. İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmış, şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanaraq İran şahı tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdi.[2]
1890-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak etmişdir.[2][3] O, muğam ifaçısı və bilicisi olmaqla yanaşı, təsnifxan kimi də tanınmışdır. Onun bir çox təsnifləri, xüsusilə "Rast" və "Mahur" təsnifləri məşhurluq qazanmışdır. O, əsasən, Molla Pənah Vaqif və Qasım bəy Zakirin bir çox müxəmməs və qoşmasına təsniflər yazmışdır.[4][5]
İstinadlar
redaktə- ↑ 1 2 Мәшәди Иси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 546.Мәшәди Иси&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-0000001B-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-0000001F-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-00000024-QINU`"'С. 546&rft.pub='"`UNIQ--templatestyles-00000020-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1982&rfr_id=info:sid/az.wikipedia.org:Məşədi İsi" class="Z3988">
- ↑ 1 2 3 Фиридун Шушински. Мәшәди Иси // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 69–71.С.-69-71&rft.pub=Јазычы&rft.date=1985&rft.au=Фиридун Шушински&rfr_id=info:sid/az.wikipedia.org:Məşədi İsi" class="Z3988">
- ↑ Мешади Иси // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 159–160.С.-159-160&rft.pub=Шарг-Гарб&rft.date=2012&rfr_id=info:sid/az.wikipedia.org:Məşədi İsi" class="Z3988">
- ↑ Firidun Şuşinski. Məşədi İsi // Azərbaycanın musiqi xəzinəsi. Bakı: Vətənoğlu. 2015. S. 285–288. ISBN 978-9952-8283-8-2.S.-285-288&rft.pub=Vətənoğlu&rft.date=2015&rft.isbn=978-9952-8283-8-2&rft.au=Firidun Şuşinski&rfr_id=info:sid/az.wikipedia.org:Məşədi İsi" class="Z3988">
- ↑ Məşədi İsi // Muğam ensiklopediyası. Bakı. 2008. S. 134.S.-134&rft.date=2008&rfr_id=info:sid/az.wikipedia.org:Məşədi İsi" class="Z3988">
Xarici keçidlər
redaktə- "Məclislər yaraşığı, ustad sənətkar". "Mədəniyyət" qəzeti. 20 sentyabr 2017. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.
- "Təsniflər ustadı: Məşədi İsi". "Mədəniyyət" qəzeti. 18 may 2012. səh. 15. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2022.