Müzakirə:II Azərbaycan hökuməti
Ən son rəy:5 ay öncə, Dr.Wiki54 tərəfindən "Müvəqqəti hökumət" mövzusunda
Bu, II Azərbaycan hökuməti məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Müvəqqəti hökumət
redaktəDr.Wiki54, Ayaz Mütəllibovun istefaya məcbur edilməsindən sonra qurulan müvəqqəti hökumət haqqında məqalə olacaqmı? Yaqub Məmmədovun iştirak etdiyi, Rəhim Qazıyevin müdafiə naziri olduğu hökumətdir, hansı ki, 15 maydakı konstisional çevrilişə qədər davam etmiş, Şuşanın azad olunması ilə əlaqədar əməliyyata hazırlıq etmişdir və s. --► Hörmətlə: SolaVirum 19:08, 24 avqust 2022 (UTC)
- @Solavirum, salam. Bəli, məlumatım var, qərarlar da e-qanunda var. Planımda yox idi. Amma hazırlayaram siyahı formasında genişləndirməkdə kömək edərsiniz. Siyahı Yaqub Məmmədov tərəfindən təşkil olunmuş və təklif edilmişdi. Müvəqqəti Azərbaycan hökuməti (1992) adlana bilər. - Dr.Wiki54 (müzakirə) 19:11, 24 avqust 2022 (UTC)
- @Grenzsoldat, @Dr.Wiki54 salam, həmkarlar. NK 6 mart 1992-ci ildə istefaya göndərilib. 4 apreldə isə üzvlərin öz vəzifələrinə davam etmələri barədə qərar verilib. Sonra isə ayrı-ayrı vaxtlarda təyinatlar olub. Bunu yeni hökumət kimi qəbul etməliyik? Əgər elədirsə, başlanğıcını hansı tarixdən götürməlidir? — Toghrul R (m) 16:14, 28 iyul 2024 (UTC)
- @Toghrul R, Azərbaycan heç vaxt parlamentli respublika olmayıb. Ona görə hökumətləri təşkil edən dövlət başçısı olub=prezident. Fikrimcə, prezidentlərə görə bölgü olmalıdır. Mütəllibov, Elçibəy-Qəmbər, H.Əliyev 2 dəfə, İ. Əliyev 5 dəfə. Bir də iki dəfə müvəqqəti hökumət olub seçkilərsiz. Biri 1998-də, biri də 1992-də Yaqub Məmmədiv ilə. Dr.Wiki54 (müzakirə) 10:13, 29 iyul 2024 (UTC)
- @Dr.Wiki54 sizinlə müəyyən qədər razıyam. Amma bu dediyiniz 1995-ci ildən, yəni konstitusiyanın qəbul edilməsindən sonra belə olub. Həmin vaxtadək dəyişdirilmiş 1978-ci il konstitusiyası qüvvədə olub. Daha dəqiq desək, 18 may 1990-cı il dəyişiklikləri olan.
- Yaqub Məmmədov hökuməti çox qarışıqdır. Hökumət istefaya göndərilib, sonra isə bundan imtina edilib. Mənə görə heç istefa da olmayıb. Niyə? Əgər hökumət istefaya getsəydi, hökumət üzvlərini sərəncamla azad etməzdi, çünki i.e. sayılırdılar. Bundan əlavə, 6 mart tarixində baş nazirdən yeni tərkib tələb edilib, amma siyahı formasında tərtib edilmiş tərkib yoxdur. Buna görə də məsələn, heç cür dəqiq deyə bilmərik ki, Polad Bülbüloğlu yeni hökumətə hansı tarixdən daxil edilib. İstefaya göndərilmiş hökumət üzvü ən azından təklikdə yenidən təyinat almalıdır. Qəsaca, may ayından sonra da vəzifə tutanların yenidən təyinatı olmayıb, yəni hökumət istefası real deyil.
- Ümumiyyətlə, həmin aylarda qarma-qarışıqlıq çox olub, iki gün ərzində eyni adam iki dəfə baş naziri təyin edilib. Bu da qanunda boşluqları aşkara çıxarır.
- Qanunla hökumət ilk dəfə 1998-ci ildə istefaya gedib. Ondan sonrakı dövrü nömrələmək olar. Buna görə də fikrimcə, 1991–1998-ci illəri birləşdirmək lazımdır. Qanunla hansı dövrdə hökumət qurulub hansı dövrdə istefaya gedibsə, o olmalıdır. — Toghrul R (m) 15:18, 29 iyul 2024 (UTC)
- @Toghrul R, faktiki olaraq ölkəni idarə edən prezident olub. Baş nazir yox.Təyinatları da o edib. Məclis təsdiqləyib. O dövr qarışıqdır və məlum səbəblərdən yaxşı işkənməyib, mənbə azlığı var. 1991-1998-ci illəri birləşdirmək isə heç cür düzgün deyil. Xalq arasında belə Elçibəy hökuməti, Cəbhə hökuməti, "Cəbhənin vaxtında", "Mütəllibovun vaxtında" ifadələri geniş istifadə olunur :) Fikrimcə Mütəllibov ayrı, Qəmbər-Elçibəy ayrı olmalıdır. Yaqub Məmmədov isə hələ ki sual işarəsi altında. Dr.Wiki54 (müzakirə) 21:51, 29 iyul 2024 (UTC)