Müqəddəs Polikarp kilsəsi

Müqəddəs Polikarp kilsəsi (türk. Aziz Polikarp Kilisesi) — Türkiyənin İzmir şəhərində yerləşən katolik kilsəsi. Onun müqəddəs havadarı Polikarpdır.[1]

Katolisizm
Müqəddəs Polikarp kilsəsi
Aziz Polikarp Kilisesi
Xəritə
Din
Yeparxiya Polikarp
Həsr olunub Smirnalı Polikarp
Yerləşməsi
Ölkə  Türkiyə
Yeri Konak, İzmir
Memarlıq
İnşa tarixi ? – 1625
Materialı daş[d], kərpic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Polikarp Kilsəsi 1625-ci ildə Osmanlı sultanı I Süleymanın icazəsi və Fransa kralı XIII Luinin xahişi ilə inşa edilmişdir.[1][2] 1688-ci il İzmir zəlzələsi və sonrakı aylarda başlayan yanğınlar nəticəsində kilsə binası zədələnmişdir.[2] 1690-1691-ci illər arasında təmir edilmişdir.[2] Kilsə monastırı 1763-cü ildə baş verən yanğında zərər gördü.[2] Kilsə 1775-ci ildə Fransa Kralı XVI Luinin iştirakı ilə bərpa edildi və üç nefli bazilikaya çevrildi.[1][3] 1820-ci ildə XIII Luisnin şərəfinə kilsədə mərmər xatirə lövhəsi asıldı.[2] 1892-1989-cu illər arasında aparılan bərpa zamanı yeni kapellaların əlavə olunduğu kilsə, fransız memarı Raymond Şarl Pere tərəfindən hazırlanan Polikarpın həyatını əks etdirən freskalarla bəzədilmişdir.[1] İzmirdə baş verən böyük yanğınında dağıldı və 1929-cu ildə yenidən quruldu.[2]

Memarlığı

redaktə

Daş və kərpicdən tikilmiş kilsə hazırda düzbucaqlı üç nefli bazilikadan ibarətdir.[1][3] Şərq-qərb istiqamətində yerləşir.[1][3] Kilsənin cənub-qərbində səkkizguşəli zəng qülləsi var.[1][3]

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 "Saint Polycarpe Kilisesi". İzmir İl Kültür ve Turizm Müdürlüğü. 14 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2018.
  2. 1 2 3 4 5 6 "İzmir'in Koruyucu Aziz'i: Sen Polikarp". İzmir Kültür ve Turizm Dergisi. 29 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2018.
  3. 1 2 3 4 Gültekin, Eser. "Antik Smyrna Kenti'nin Koruyucusu St. Polycarp Adına Yapılan Bir Kilise: 'St. Polycarp'". DergiPark. 29 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2018.