Konqo Respublikası

Afrikanın qərbində ölkə

Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo – Brazzaville olaraq da adlandırılan və 1969–1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Kabinda bölgəsi, QabonAtlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir.

Konqo
République du Congo  (fr.)
Repubilika ya Kongo (Kituba)
Republiki ya Kongó (Lingala)
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Unité, Travail, Progrès (fr.)
"Birlik, İş, İrəliləmə"
Himn: Konqolu
Tarixi
 • Müstəqillik 15 Avqust 1960
Rəsmi dilləri
Paytaxt Brazzavil
İdarəetmə forması Parlamentli respublika
Prezident Deni Sassu-Nqesso[25.X.1997 ~]
Başnazir Anatol Kolline Makosso
Sahəsi Dünyada 64-cü
 • Ümumi 342000 km²
Əhalisi
 • Əhali 4.580 min nəfər (123-cü)
 • Siyahıyaalma (28.IV.2007) 3 697 490 nəf.
 • Sıxlıq 13 nəf./km² (204-cü)
 • Ümumi 13.366.230.821 $[1], 14.615.532.210 $[1]
ÜDM (AQP)
 • Ümumi 20,26 milyard dollar  (134-cü)
 • Adambaşına 4 800 dollar  (162-ci)
ÜDM (nominal)
 • Ümumi (2007) 10,774 milyard ABŞ dolları dollar  (136-cı)
İnternet domeni .cg
ISO kodu CG
BOK kodu CGO
Telefon kodu 242
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Konqo
Konqo Respublikası
Konqo Respublikasının Vilayətləri

Coğrafiyası

redaktə

Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayıUbangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzavil, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır.

Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504 km-lik quru sərhəddən 201 km-i Anqola (Cabinda bölgəsi), 523 km-i Kamerun, 467 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Demokratik Konqo Respublikası, 1.903 km-i Gabon ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 169 km-lik çıxışı var.

Əhalisi

redaktə

2013-cü ilin məlumatlarına görə ölkədə əhali təxmini sayı 4,492,689 nəfərdir. Ölkədə əhalinin orta yaş həddi 19,2 səviyyəsində olub , əhali sıxlığı 11 nəfər/km² ilə aşağı sıxlıqdadır. Paytaxt Brazzavilin əhalisi 2015-ci ilin məlumatlarına görə 1 820 min nəfərdir.

Etnik qruplar

redaktə

Kongoluların 98% -i özünü Bantu etnik qrupuna mənsub oluqlarını bildirlər. Əhalinin 40%-i Bantu qrupunun bir qolu olan Baskongo və Vil Konqo etnik qruplarına mənsub olub, 25%-i Bateke, 12%-i Mbosçi , 11%-i Quyu və 6%-i Bavili etnik qrupuna daxildir. Ölkənin şimal-şərqindəki meşəlik və bataqlıq sahələrində yaşayan pigme isə əhalinin yalnız 1%-ini təşkil edir. Ölkədə az sayda Avropalı da yaşayır.

Konqo Respublikasında Fransanın müstəmləkəsi olması səbəbi ilə müstəqillikdən sonra müstəmləkə dövlətinin miras olaraq buraxdığı Fransız dili ölkənin rəsmi dili olmuşdur. Fransız xaricində Konqo Respublikası konstitusiyasında LingalaKituba dilləri ölkə içərisində milli ünsiyyət dilləri olaraq ifadə edilmişdir. Lingala dili ölkənin şimal bölgələrində yaşayana əhalinin yarısı tərəfindən danışılan bir dildir, Kituba dili isə ölkənin cənub bölgələrində yaşayan əhalinin böyük bir əksəriyyəti tərəfindən danışılır. Bu dillər xaricində kiçik xalq birlikləri tərəfindən danışılan ənənəvi KiKongo, Mbosi, KoyoTeke dilləri mövcuddur.

Ölkə daxilində əhalinin 50%-i Xristian dininə mənsubdur. Fransa müstəmləkəsi olduğu dövrlərdə həyata keçirilən sıx missionerlik fəaliyyətləri nəticəsində yerli dinlərdən Xristian dininə keçən Kongoluların bir çoxu da katolik məzhəbinə bağlı olaraq dinini yaşamaqdadır. Ölkə əhalisinin xristian dininə mənsub icmaların 40%-i katolik məzhəbinə, 10%-i protestant, 2%-i isə XIX əsrdə Almaniyada meydana çıxan xristianlığın bir forması olan Yeni Apostol kilsəsinə mənsubdur. İslam Konqo Respublikasında geniş yayılmayıb, ölkə əhalisinin yalnız 2%-i islami dəyərlərə uyğun həyatını yaşayırlar. Ölkə əhalisinin 48%-lik hissəsi isə Animizm və digər Afrika yerli dinlərinə inanır.

İqtisadiyyat

redaktə

Ölkə ərazisində olan zəngin yeraltı mədənləri və neft yataqları olmasına baxmayaraq, ölkə daxilində yüksək işsizlik nisbəti yaşanır, idarəetmə, inzibati və nəqliyyat şəbəkəsi sahələrində böyük nöqsanlar müşahidə edilməkdədir. Bu cür zənginliklərə baxmayaraq ölkənin xarici borcu yüksək səviyyədə olub, bir çox qida maddəsi ölkə xaricindən idxal edilir.

Kənd təsərrüfatı fəaliyyəti yox deyiləcək qədər az olan ölkədə, əkilən bir çox məhsul şəxsi istehlak üçündür. Şəxsi istehlak üçün ümumiyyətlə manyok, yam, qarğıdalı, fındıqplantains əkilir. Ölkədə neftdən başqa qəhvə, kakaoşəkər qamışı kimi kənd təsərrüfatı məhsulları da da az da olsa ixrac edə bilmək üçün becərilir.

Bir çox yeraltı sərvətlərə sahib olan ölkədə yüksək miqdarda kalium, dəmirmis yataqları, qızıl, fosfat, maqneziumboksit var. Ölkənin ixrac və idxal məlumatları bu şəkildədir:

İxracat: $ 12.14 milyard (2012 təxmini)

İxrac məhsulları: Neft, qəhvə, kakao, şəkər qamışı

İxracat edilən ölkələr: Çin Xalq Respublikası 38,9 %, Amerika Birləşmiş Ştatları 12,9 % , Fransa 9,5 % , Avstraliya 8,8 % , Hollandiya 6,8 % , İspaniya 5,3 % , Hindistan 5,3 % (2012)

İdxalat: $ 5.835 milyard (2012 təxmini)

İdxalat məhsulları: Sənaye avadanlıqları, tikinti materialları, qida maddələri

İdxal edilən ölkələr: Fransa 19,2 %, Çin Xalq Respublikası 13,3 %, Braziliya 9,0 %, Amerika Birləşmiş Ştatları 6,1 %, Hindistan 5,7 %, İtaliya 4,8 %, Belçika 4,3 % (2012).

İstinadlar

redaktə