Hacı Mirzə Əli Şəbüstəri
Hacı Mirzə Əli Şəbüstəri (1898, Şəbistər, Şərqi Azərbaycan ostanı – bilinmir) — yazıçı, publisist, siyasətçi, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökuməti dövründə Milli Məclisin sədri, Azərbaycan Demokrat Firqəsinin mətbuat orqanı olan "Azərbaycan" qəzetinin ilk redaktoru.
Mirzə Əli Şəbüstəri | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Xiyabani, Lahuti və 21 Azər hərəkatlarında iştirak edib. Siyasi fəaliyyətinə görə təqiblərə məruz qalıb və dəfələrlə həbs olunub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 2 dəfə həbs olunub. Sonrakı həyatı haqqında məlumat yoxdur.
Həyatı
redaktəİlk dövrlər
redaktəHacı Mirzə Əli Şəbüstəri 1898-ci ildə Şəbüstərdə anadan olub.[1] 1916-cı ildə qurulmuş Ədalət Partiyasının üzvü olub.[2] 1920-ci ildə Təbrizdə baş vermiş Xiyabani hərəkatında iştirak edib.[2] Hərəkatda iştirak edən 2 qardaşı Salamulla Cavidlə birlikdə Bakıya köçüblər. Hacı Əli Şəbüstəri isə Təbrizdə qalıb. Burada o daim təqib olunub və ona Təbrizi tərk etmək qadağan edilib.[2]
1921-ci ildə Təbrizdə nəşr olunan "Molla Nəsrəddin" jurnalında çıxış edib.[3][4]
Tudə Partiyasının üzvü olub və Təbriz komitəsinin yaradılmsında iştirak edib.[5] Daha sonra isə partiya üzvlüyündən çıxıb.[6] 1941-ci ildə Təbrizdə, İsmayıl Şəms, Əli Maşınçı, Hilal Nəsiri və digərlərinin təşəbbüsü ilə yaradılmış[7][8] "Azərbaycan" cəmiyyətinin sədri olub.[9][10] 1941-ci il noyabrın 1-də cəmiyyətin mətbu orqanı olan "Azərbaycan" qəzeti çap olunmağa başlayıb.[11][12][13] Bu qəzetə Mirzə Əli Şəbüstəri və İsmayıl Şəms redaktorluq ediblər.[12][14] Sonradan bu qəzet Azərbaycan Demokrat Firqəsinin mətbuat orqanı olub.[11][15] Cəmiyyətin üzvləri kapitalizmi, imperializmi, müstəmləkəçiliyi tənqid edən şeirlər və məqalələr yazıb aktiv fəaliyyət göstərirdilər.[9] Bu fəaliyyətlərinə görə təqib olunduqları üçün 1942-ci ildə Hacı Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Mir Mehdi Etimad və Məhəmməd Biriya Azərbaycan SSR Daxili İşlər Komissarının müavini, general Ağasəlim Atakişiyev tərəfindən Təbrizdən Bakıya gətirilib.[9][16]
Azərbaycan Milli Hökuməti dövründə
redaktə1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Hacı Əli Şəbüstərinin də üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılıb.[17][18] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Milli Məclisinin sədri seçilib.[19][20] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Məclisinin ilk iclası keçirilib. Burada Məclisin çıxartdığı qanun və qərarların icrasını həyata keçirəcək, Mirzə Əli Şəbüstərinin sədrliyi ilə 9 nəfərlik rəyasət heyəti seçildi.[21][22][23] Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Milli Məclisin sədri seçilib.[23][24][25] Bundan başqa yeni yaradılan Dil qurumunun rəhbəri olub. Qurum fəaliyyət göstərdiyi dövrdə Azərbaycan ərazisində fəaliyyət göstərən və adları farsca olan mağaza və yeməkxanaların adları türkcəyə dəyişdirilib. Bundan başqa qurumun hədəfi Azərbaycan türkcəsində bəzi islahatlar keçirmək olub.
1946-cı il avqust ayının 1-də Salamulla Cavidin rəhbərliyi ilə, Hacı Mirzə Əli Şəbüstəri, Sadıq Padiqan, general Mahmud Pənahiyan, polkovnik Murtəzavi, mayor Toğraidən ibarət olan nümayəndə heyəti Tehrana danışıqlara gedib.[26][27]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[28] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[29][30] Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[29][31] Bu komitəyə Hacı Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadiq Padeqan üzv oldular.[29] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, könüllü dəstələr qurmaq oldu.[29][31] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[32] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[29] Lakin bu istəyi cavabsız qaldı.[33] 1946-cı il dekabrın 11-də Seyid Cəfər Pişəvəri və hökumətin digər üzvləri Təbrizi tərk etdikdən sonra, Salamulla Cavid, Məhəmməd Biriya, Mirrəhim Vilayi və Hacı Əli Şəbüstəri Təbrizdə qalıblar.[34][35] 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[36][37] Bununla da Azərbaycan Milli Hökuməti süqut edir.[38]
Milli Hökumət dağıldıqdan sonra Salamulla Cavidlə birlikdə həbs olunaraq Tehrana aparılıb.[39][40][41] 1947-ci ilin iyun ayında azadlığa buraxılıb.[42][43] Həbsdən çıxdıqdan sonra bir müddət Şirazda yaşayıb.[44] 1948-ci ilin fevral ayında Şirazdan Tehrana gətirilib və yenidən həbs olunub.[45][44] 1948-ci ilin aprel ayında Salamulla Cavidlə birlikdə 2 il həbs cəzasına məhkum olunub.[46] 1948-ci ilin iyul ayında həbsdən azad olunub.[47]
Sonrakı həyatı haqda məlumat yoxdur.
İstinadlar
redaktə- ↑ Həsənli, 1998. səh. 247
- ↑ 1 2 3 Badamçı, Meysəm. "تشکیل فرقه دموکرات آذربایجان؛ بررسی یک سند تاریخی". www.radiozamaneh.com (fars). 2023-03-27. İstifadə tarixi: 2024-12-25.
- ↑ Məmmədli, 2009. səh. 97
- ↑ "Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib". Voice of America (az.). 2012-01-16. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-24.
- ↑ Çeşmazər, 1986. səh. 35
- ↑ "دشمنِ آن پنجاه و سه نفر". هفته نامه تجارت فردا (fars). İstifadə tarixi: 2024-12-25.
- ↑ Yenisey, 2009. səh. 135
- ↑ Pişəvəri, 2005. səh. 26
- ↑ 1 2 3 Şamil,Şamil, 2018. səh. 86
- ↑ Niknam, Səməd. "Seyid Cəfər Pişəvəri - O ağır gündə anadan olmuşdu,onu ağır tale gözləyrdi". gunaz.tv (az.). 2021-10-20. İstifadə tarixi: 2024-12-24.
- ↑ 1 2 Bayramova, Şəymən. "Güney Azərbaycan mətbuatı..." sherg.az (az.). 2017-05-16. İstifadə tarixi: 2024-12-24.
- ↑ 1 2 Məmmədli, 2009. səh. 119
- ↑ Mərəndli, 2017. səh. 15
- ↑ "سیاست زبانی و ساختار حکومت ملی آذربایجان- دکتر محمدرضا هیئت". tebarens.com. İstifadə tarixi: 2024-12-25.
- ↑ Məmmədli, 2009. səh. 121
- ↑ Muradi Marağayi, 2006. səh. 13
- ↑ Həsənli, 1998. səh. 229
- ↑ Həsənli, 2006. səh. 116
- ↑ "افتتاح مجلس ملی آذربایجان". adfmk.com. İstifadə tarixi: 2024-12-25.
- ↑ Rəhimli, 2003. səh. 70
- ↑ Çeşmazər, 1986. səh. 65
- ↑ Rəhimli, 2003. səh. 72
- ↑ 1 2 Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 222
- ↑ Ələkbərli, 2021. səh. 121
- ↑ Həsənli, 2023. səh. 398
- ↑ Rəhimli, 2003. səh. 133
- ↑ Cavid, 2005. səh. 59
- ↑ Həsənli, 2006. səh. 437
- ↑ 1 2 3 4 5 Həsənli, 2006. səh. 438
- ↑ Rəhimli, 2009. səh. 100
- ↑ 1 2 Sultanlı, 2010. səh. 83
- ↑ Rəhimli, 2003. səh. 143
- ↑ Həsənli, 2006. səh. 441
- ↑ Həsənli, 2006. səh. 445
- ↑ Rəhimli, 2003. səh. 147
- ↑ Qəribli, 1997. səh. 173
- ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
- ↑ George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49
- ↑ Rəhimli, 2003. səh. 153
- ↑ Həsənli, 2006. səh. 449
- ↑ Mərəndli, 2017. səh. 132
- ↑ Cavid, 2005. səh. 67
- ↑ Zülfqarlı, Məhərrəm. Tarixşünaslıq (1920-1991-ci illər) (PDF) (az.). Bakı. 2017. 210.
- ↑ 1 2 Cavid, 2005. səh. 72
- ↑ Bayramzadə, 2016. səh. 210
- ↑ Cavid, 2005. səh. 74
- ↑ Cavid, 2005. səh. 75
Ədəbiyyat
redaktə- Cavid, Salamulla. O günün həsrəti ilə (PDF) (az.). Bakı: Yurd nəşriyyatı. 2005. səh. 63. 2021-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-24.
- Bayramzadə, Səməd. Южный Азербайджан: от "21 Азер"а до "белой революции" в Иране (az.). Bakı: Tərəqqi nəşriyyatı. 2016. səh. 334. ISBN 978-9952-8299-7-6. 2024-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
- Çeşmazər, Mirqasım. Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti (PDF) (az.). Bakı: Elm nəşriyyatı. 1986. səh. 121. Archived from the original on 2023-05-02. İstifadə tarixi: 2024-12-25.
- Ələkbərli, Faiq. Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi: XIX-XX əsrlər (az.). III. Bakı: Elm və təhsil nəşriyyatı. 2021. səh. 684. ISBN 978-9952-81-76-0-7. 2024-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
- Həsənli, Cəmil. Güney Azərbaycan: Tarixin yol ayrıcında (1939–1945) (az.). Bakı: Qanun nəşriyyatı. 2023. səh. 496. ISBN 9789952385717.
- Həsənli, Cəmil. Güney Azərbaycan:Tehran - Bakı - Moskva arasında (PDF) (az.). Bakı: Diplomat nəşriyyatı. 1998. səh. 324. 2024-12-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-24.
- Həsənli, Cəmil. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг (PDF) (rus). Moskva: Герои Отечества. 2006. səh. 560. ISBN 5910170120. 2024-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-12-25.
- Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
- Mərəndli, Barış. "21 Azər" soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2017. səh. 376. ISBN 978-9952-8312-8-3. 2024-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-25.
- Muradi Marağayi, Əli. زندگى و زمانه محمد بىرىا: به انضمام خاطرات سرلشکر درخشانى از فرقه دموکرات آذرباىجان / Məhəmməd Biriyanın həyatı və dövrü (Demokrat Firqəsi haqqında general Derəxşaninin xatirələri ilə birlikdə (fars). Miçiqan: University of Michigan. 2006. səh. 237. ISBN 9789648234374.
- Məmmədli, Pərvanə. Cənubi Azərbaycan mətbuatı tarixi: XIX-XX-XXI yüzilliklər (az.). Bakı: Elm nəşriyyatı. 2009. səh. 230.
- Pişəvəri, Seyid Cəfər. Xatirələr (1941-1945) (az.). Bakı: Azərbaycan Demokrat Firqəsinin nəşri. 2005. səh. 394.
- Rəhimli, Əkrəm. Güney Azərbaycan milli-demokratik hərəkat (1941-1946) (az.). Bakı: Meqa nəşriyyatı. 2003. səh. 207. 2024-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-12.
- Rəhimli, Əkrəm. Mübarizə burulğanlarında keçən ömür: Seyid Cəfər Pişəvəri (az.). Bakı: Nurlar NPM. 2009. səh. 400. ISBN 9789952450064.
- Qəribli, İslam. Ədəbiyyat sərhəd tanımır (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2014. səh. 262.
- Sultanlı, Vaqif. Güney Azərbaycan tarixi siyasi və kulturoloji müstəvidə (məqalələr toplusu) (az.). Bakı: Azərnəşr. 2010. səh. 172.
- Şamil, Əzizə; Şamil, Əli. Dissident sorağında (1956-1986) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 204. ISBN 978-9952-8305-2-1. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-24.
- Yenisey, Gülara. İranda etnosiyasi hərəkatlar (1922-2004) (az.). Bakı: Qanun nəşriyyatı. 2009. səh. 248.
Xarici keçidlər
redaktə- Vikianbarda Hacı Mirzə Əli Şəbüstəri ilə əlaqəli mediafayllar var.