Cəfər Qiyasi
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). [1][2]
Cəfər Qiyasi | |
---|---|
Cəfər Əli oğlu Qiyasi | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, İran |
Vətəndaşlığı |
İran→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Əli Qiyasi |
Elm sahəsi | Memarlıq |
Elmi dərəcəsi | memarlıq üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutu ("Azərbərpa" ETLİ) |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Həyatı
redaktəCəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universiteti bitirərək memar ixtisasına yiyələnmişdir.[1][2] Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir.
O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır.[1] Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü,[2] 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir.
İş fəaliyyəti
redaktəCəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 il dərs demiş Cəfər Qiyasi 1993-cü ildə Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutunun direktoru vəzifəsini icra etmişdir.[2] Memarın layihələri əsasında 15 bina və abidə inşa edilmişdir. Eyni zamanda Cəfər Qiyasinin elmi rəhbərliyi ilə hazırlanmış “Naxçıvan türbələri”, “Qobustan qoruğu”, “Suraxanı atəşgahı” obyektləri Dünya İrsi Siyahısına salınması üçün YUNESKO-ya təqdim edilmişdir.[1]
Əsərləri
redaktə- “Abşeron boyları”
- “Iğdır soykırım anıtı”. Ankara, 1998
- “Azərbaycan. Qalalar, qəsrlər”. Moskva”, 1994.
- “Qarabağ irsimizin əbədi yaddaşı”. Bakı, 2008,
- “Nizami dövrü memarlıq abidələri”. Bakı, 1991.
- “Azərbaycanın IX–XV əsrlər memarlığı”. Səmərqənd-Daşkənd, 2013.
- “Erməni kültür terroru” (türk və ingilis dillərində). Ankara, 1996.
- “Yaxın-uzaq ellərdə” (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında). Bakı, 1985.[1][2]
Filmoqrafiya
redaktə- "Avtoqraf" (film, 1986)
- Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-filmdə iştirak edən
- Daş yaddaş (film, 1986)
- Daşdan tikilmiş şəhər (film, 2008)
- Girdiman (film, 2003)
- Şirvanda izim qaldı (film, 1994)
- Xudafərin-dərdi dərin (film, 1990)
- Zireh qalalar (film, 1983)
Mükafatları
redaktə- 2009-cu il Türkiyə Cümhuriyyətinin “Şərəf” medalı;
- 2005-ci il Dünya Azərbaycanlıları Konqresi tərəfindən “Bütöv Azərbaycan məfkurəsinə xidmət ödülü”;[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Qiyasi Cəfər Əli oğlu" (Azərbaycan). science.gov.az. 16-5-2015 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 "Cəfər Əli oğlu Qiyasi" (az.). science.gov.az. 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)