Cövdət Hacıyev
Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002[1], Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), 2 dəfə "Stalin" mükafatı laureatı (1946, 1952).
Cövdət Hacıyev | |
---|---|
1956 – 1969 | |
Əvvəlki | Ə. Abbasov |
Sonrakı | Soltan Hacıbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyun 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 18 yanvar 2002[1] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | Moskva Konservatoriyası, Azərbaycan Dövlət Konservatoriyası |
Fəaliyyəti | bəstəkar |
Həyat yoldaşı | |
Uşaqları | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəCövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.
Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
Fəaliyyəti
redaktəAzərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C. Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C. Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə "Stalin" mükafatına layiq görülmüşdür.
Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.
Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 24 may 1960
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 26 aprel 1958
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1946 ("Vətən" operasına (1945) görə)
- "Stalin" mükafatı (3-cü dərəcə) — 1952 ("Sülh uğrunda" simfonik poemasına (1951) görə)
- "Lenin" ordeni — 20 avqust 1986
- "Oktyabr inqilabı" ordeni — 1977
- "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
- "Şərəf nişanı" ordeni — 1961
- "Şöhrət" ordeni — 17 iyun 1997[2]
Xatirəsi
redaktə7 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır[3].
Filmoqrafiya
redaktəMənbə
redaktə- Rəşid Şəfəq. "Novator bəstəkar" //Odlar yurdu.- 1993,- 30 yanvar.- № 2–3.- səh. 3.
İstinadlar
redaktə- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #140703136 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Ə.-C. İ. Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları.- Bakı, 1997.- № 2.- S. 75.
- ↑ president.az. ""Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 7 fevral 2017-ci il tarixli, 2657 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 07.02.2017. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)