Bibiheybətdə neft fontanı yanğını

(Bibiheybətdə neft fontanı yanğını (film, 1898) səhifəsindən yönləndirilmişdir)

Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon[1] tərəfindən 1898-ci ildə çəkilmişdir.[2] Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.

Bibiheybətdə neft fontanı yanğını
Janr sənədli film, səssiz film
Rejissor Aleksandr Mişon
Prodüser
Ssenari müəllifi
Operator Aleksandr Mişon
İlk baxış tarixi 6 avqust 1898
Filmin digər adı 1898-ci il iyulun 27-də Bibiheybətdə neft fontanı yanğını
Filmin növü qısametrajlı sənədli film
Müddət 49 saniyə
Ölkə Azərbaycan
Dil səssiz
Texniki məlumatlar 1 hissə
Rəng ağ-qara
Çəkiliş yeri Bakı
IMDb ID1440131

Məzmun

redaktə

İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.[3]

Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.[3]

Film haqqında

redaktə

İstinadlar

redaktə
  1. Zümrüd. 117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür //Səs.- 2015.- 1 avqust.- S.12.
  2. Cəvahir. Milli kinomuzun tarixi — "Bibiheybətdə neft fontanı": [Bakılı Aleksandr Mixayloviç Mişonun eyni adlı sənədli filmi] //Mərkəz.- 2008.- 2 avqust.- S. 2.
  3. 1 2 3 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 6
  4. "Bakinski raboçi" qəzeti, 15 avqust 1996-cı il
  5. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 7

Mənbə

redaktə
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  • Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.

Xarici keçidlər

redaktə