Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; 21 oktyabr 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər ƏliyevinAbutalıb Abdullayevin nəvəsidir.

Aydın Əlizadə
Aydın Əliyev
(1989-cu ilə qədər)
Doğum tarixi (61 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri Fəlsəfə tarixi, Fəlsəfə, Dinşünaslıq, Kulturologiya, Tarix, Sosiologiya
Elmi dərəcəsi Fəlsəfə üzrə elmlər doktoru
Elmi adları Baş elmi işçi, dosent
İş yerləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Alma-mater Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Təhsili Ali
Üzvlüyü
alizadeh.narod.ru/index1…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi.

Elmi fəaliyyəti

redaktə

Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.

2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir[1]. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü[2] olmuşdu.

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemikapologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin)[3] məqalələrin[4] və tərcümələrin[5] müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur[6].

Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər[7]. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi[8]. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir[9].

Elmi nailiyyətləri

redaktə
  1. İlk dəfə Azərbaycanın iyirminci əsrin ortalarında qazlaşdırılmasının tarixi-sosioloji aspektlərini araşdırmışdır[10].
  2. İlk dəfə Azərbaycan dilində antik fəlsəfə tarixi dərsliyini[11] , eləcə də erkən Xristianlığın fəlsəfə tarixinə[12] həsr edilmiş monoqrafiyanı dərc etmişdi.
  3. İlk dəfə olaraq gizli Müsavatın təşkilatının[13][14] tarixini və sağ-trotskiçilərin repressiya işini[15] araşdırmışdır.
  4. MDB məkanında tanınan və istinad edilən İslam ensiklopedik lüğətinin[16] və erkən müsəlman dövlətlərinin səlnamələrinin[17] müəllifidir.

Müəllimlik fəaliyyəti

redaktə

2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur[18]. 2008-ci ildə dosent adını almışdır[1].

İctimai fəaliyyəti

redaktə

Sosial şəbəkələrdə apardığı polemikalarla[19], eləcə də ictimai çıxışları[20], müsahibələri[21] və KİV-lərdə məqalələri[22] tanınmışdır. "Wikipedia" virtual ensiklopediyasında 300-dən çox məqalələrin təsisçisi və redaktorudur[23].

İstinadlar

redaktə
  1. 1 2 "Azərbaycan Milli Elmlər Akademiyası". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-19.
  2. "Fəlsəfə və Sosiologiya İnstitutu // Dissertasiya şurası". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
  3. Kitablar Arxivləşdirilib 2021-07-26 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  4. Məqalələr Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  5. Tərcümələr Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  6. Redaktorluq Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  7. https://scholar.google.ru/citations?view_op=list_works&hl=ru&us er=jAI1XSEAAAAJ
  8. Konfranslar Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadcənin səhifələri
  9. Nailiyyətlər Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  10. Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma. Bakı, 2020, − 224 səh. − ISBN 978-9952-475-41-8
  11. Antik fəlsəfə tarixi Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine. — B.: №-li 3 mətbəə, 2016. — 398 s. — ISBN 5-89968-061-X.
  12. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar) Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine. B.: Əbilov, Zeynalov və oğulları, 2007. — 172 с. — ISBN 5-87459-013-7.
  13. Gizli "Müsavat" Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə (1920–1926) Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Strateji təhlil 1–2 (23–24), Bakı, 2018, s. 379–398.
  14. Dadaş Həsənovun Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəsi Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Azərbaycan xalq cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransının materialları. Bakı, 21–23 may 2018, s. 554–560.
  15. Azərbaycanda qırmızı terror:"sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı"nın işi (1938–1956) Arxivləşdirilib 2021-04-19 at the Wayback Machine // Elmi əsərlər. Beynəlxalq elmi-nəzəri jurnal № 1 (30), Bakı, 2018, s. 142–153.
  16. Исламский энциклопедический словарь Arxivləşdirilib 2021-10-24 at the Wayback Machine. — Москва: Ансар, 2007. — 400 с. — 3000 экз. — ISBN 5-98443-025-8.
  17. Хроника мусульманских государств I−VII веков хиджры Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine. — Москва: Умма, 2004. — 445 с. — 3000 экз. — ISBN 5-94824-111-4.
  18. Müəllimlik Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  19. Polemika Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri.
  20. Çıxışlar Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  21. Müsahibələr Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  22. KİV Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri
  23. Vikipediyada fəaliyyəti Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine // Aydın Əlizadənin səhifələri