Ayşad Məmmədov

Azərbaycanlı aktyor

Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; 6 dekabr 1954, Mərdəkan) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).[1]

Ayşad Məmmədov
Ayşad Kamal oğlu Məmmədov
Doğum adı Ayşad Kamal oğlu Məmmədov
Doğum tarixi (70 yaş)
Doğum yeri Mərdəkan, Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı İlqarə Tosova
Uşaqları Harun, Mələksima,
Sonbahar
Atası Kamal Məmmədov
Anası Mələksima Əliyeva
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1982-ci ildən
Təhsili
İstiqamət teatr
kino
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
IMDb ID2948615

Həyatı

redaktə

Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir SadıqzadəVaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.

Akademik Milli Dram Teatrındakı fəaliyyəti

redaktə

Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V.Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M.F.Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C.Cabbarlı "Aydın"), İsgəndər (C.Məmmədquluzadə "Ölülər"), Təlxək (M.F.Axudov "Ox və hədəf"), Kral (Q.Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Mükafatları

redaktə

Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 7 may 2020-ci ildə[5], 7 may 2021-ci ildə[6], 10 may 2022-ci ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[9][10] 7 avqust 2017-ci ildə Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında "İuda" tamaşasındakı İuda roluna görə mükafat və diploma layiq görülüb.[11]

Filmoqrafiya

redaktə
  1. Ailə (film) — qaçqının tanışı
  2. Altı nömrəli palata (film, 1994)
  3. Bəxt üzüyü (film, 1991)
  4. Güllələnmə təxirə salınır!... (film, 2002)
  5. Bir anın həqiqəti (film, 2003)
  6. Həsrətli gözlərin rəsmi (film, 2003)
  7. Oyun (film, 2003)
  8. Yanmış körpülər (film, 2007)
  9. "Moskva-Bakı" qatarı (film, 2005)
  10. Yalan (film, 2005)
  11. Məhkumlar (film, 2007)
  12. Sirat körpüsü (film, 2007)
  13. Günaydın, mələyim! (film, 2008)
  14. Evləri göydələn yar (film, 2010)
  15. İstanbul reysi (film, 2010)
  16. Qayınana (film, 2011)
  17. Qağayı (teleserial, 2012)
  18. Sübhün səfiri (film, 2012)
  19. Tək olanda qorxma... (teleserial, 2013)
  20. Çaqqal nəfəsi (teleserial, 2013)
  21. Qanun naminə (teleserial, 2013)
  22. Xeyirlə şərin rəqsi (film, 2015)
  23. Əbədi ezamiyyət (film, 2016)
  24. Postskriptum (film, 2016)
  25. Cehizsiz gəlinlər (teleserial, 2016)
  26. Pərdə (film, 2016)
  27. Don Marleone (film, 2017)
  28. İmtahan (teleserial, 2017) — Zeynal
  29. Ata ocağı (teleserial, 2017) — Nəsimi
  30. Sənin sevdiyin musiqi (film, 2019) — Arif
  31. Sən demə (film, 2020)
  32. Mən burdayam, İlahi!

İstinadlar

redaktə
  1. Qabiloğlu E. "Biz öz aktyor taleyimizi yaşamalıyıq": Ayşad Məmmədov: "Müasirləşdirməyə meyl Azərbaycan teatr sənətində həmişə olub" [Əməkdar artist] //Xalq cəbhəsi.- 2008.- 1 may.- S. 14.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  6. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  7. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
  8. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2024. İstifadə tarixi: 2024-05-09.
  9. publika.az. ""Cəfər Cabbarlı Mükafatı- 2017" təqdim edildi" (az.). Publika.az. 21.05.2017. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  10. Ülviyyə Həsənqızı. "2017-ci ilin Cəfər Cabbarlı mükafatı təqdim olunub. Akademik Milli Dram Teatrında təqdimat mərasimi keçirilib" (az.). Primetime.az. 21.05.2017. 2017-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-21.
  11. Kulis. "Ayşad Məmmədov festivalda mükafat aldı" (az.). Kulis. 08.08.2017. 2017-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.