Avarçəkmə — su idmanı növü. Qayıqların tiplərinə görə avarçəkmə idmanı iki növə ayrılır: avar yeni olan və avar yeni olmayan qayıqlar. Birinciyə akademik avarçəkmə, adi gəzinti qayıqlarında avarçəkmə və dəniz yollarında (dörd və altıavarlı sükanlı qayıqlarda) avarçəkmə; ikinciyə baydarka və kanoedə avarçəkmə, haelə su slalolmu daxildir.[1]

Avarçəkmə ABŞ-da. 2004-cü il.

Azərbaycanda avarçəkmə

redaktə

Azərbaycanda avarçəkmə idmanı ilə 1930-cu illərinin axırlarından məşğul olunmağa başlanmışdır. Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini birbaşa dənizkənarı bulvardan müşahidə etmək mümkün idi. 1959-cu ildə akademik avarçəkənlər ilk dəfə keçmiş SSRİ xalqlarının II Spartakiadasında iştirak etmişlər. Bu, Azərbaycan avarçəkənlərinin ümumittifaq yarışlarında ilk çıxışı idi və elə həmin il Mingəçevir şəhərində müxtəlif respublikaların idmançılarının iştirakı ilə avarçəkmə yarışları keçirilmişdir. Bu yarış sonradan ənənəvi hal almışdır.[2]

İstinadlar

redaktə
  1. Аварчәкмә идманы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 33.Аварчәкмә идманы&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000007-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-0000000B-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000000F-QINU`"'С. 33&rft.pub='"`UNIQ--templatestyles-0000000C-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1976&rfr_id=info:sid/az.wikipedia.org:Avarçəkmə" class="Z3988">
  2. "Avarçəkənmiz olimpiadaya gedə bilməyəcək". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-29.