1960 Avroviziya Mahnı Müsabiqəsi

1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.

1960 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 29 mart 1960
Aparıcı(lar) Keyti Boyl
Kanal Böyük Britaniya BBC
Keçirilən yer Royal Festival Hall,
London, Böyük Britaniya
Qalib mahnı Fransa Fransa
"Tom Pillibi"
Seçki sistemi Hər ölkənin 10 münsifi vardı və hər bir münsif bəyəndiyi mahnıya 1 xal verirdi
İştirakçıların sayı 13
İlk dəfə iştirak edən ölkələr Norveç Norveç
Yenidən iştirak edən ölkələr Lüksemburq Lüksemburq
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1959        1961 ►
# Ölkə Dil Müğənni Mahnı Azərbaycanca Yer Xal
1   Böyük Britaniya İngiliscə Brayan Conson Looking high, high, high Yüksəklərə, yüksəklərə, yüksəklərə baxıram 2 25
2   İsveç İsveçcə Siv Malmkvist Alla andra får varann Digərləri isə bir-birini əldə edir 10 4
3   Lüksemburq Lüksemburqca Kamillo Felgen So laang we's du do bast Burada olduğun qədər 13 1
4   Danimarka Danca Keti Bödtqer Det var en yndig tid Çox gözəl bir an idi 10 4
5   Belçika Fransızca Fud Leklerk Mon amour pour toi Mənim sevgim sənin üçün 6 9
6   Norveç Norveçcə Nora Brokstedt Voi Voi Ey, ey 4 11
7   Avstriya Almanca Harri Vinter Du hast mich so fasziniert Sən məni elə valeh etdin ki 7 6
8   Monako Fransızca Fransua Deqel Ce soir-là O gecə 3 15
9   İsveçrə İtalyanca Anita Traversi Cielo e terra Səma və yer 8 5
10   Niderland Niderlandca Rudi Karrell Wat een geluk Nə şans 12 2
11   Almaniya Almanca, Fransızca Vin Hop Bonne Nuit Ma Chérie Gecən xeyirə, eşqim 4 11
12   İtaliya İtalyanca Renato Raşel Romantica Romantika 8 5
13   Fransa Fransızca Jaklin Boye Tom Pillibi Tom Pillibi 1 32

Nəticələr

redaktə
Səsvermə nəticələri
Cəmi                          
Böyül Britaniya 25 1 5 1 2 3 1 4 5 1 2
İsveç 4 1 1 2
Lüksemburq 1 1
Danimarka 4 1 1 2
Belçika 9 4 1 1 3
Norveç 11 1 2 1 1 4 1 1
Avstriya 6 2 2 1 1
Monako 15 1 1 2 1 7 3
İsveçrə 5 1 1 2 1
Niderland 2 1 1
Almaniya 11 1 2 2 2 4
İtaliya 5 1 1 2 1
Fransa 32 5 4 1 4 3 5 1 5 1 2 1

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə