.azAzərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir.

.az
Təqdim olunma tarixi 23 avqust 1993
Növü Yuxarı dərəcəli milli domen
Status fəaliyyət göstərir
Qeydiyyat AZNIC
Sponsor CCTLD
Aktual istifadə Azərbaycanda geniş istifadə olunur
Sənədlər whois.az
Vebsayt nic.az

2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur[1]. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib[2].

Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür. İkinci səviyyəli əsas domenlər bunlardır: .com.az, .net.az, .int.az, .gov.az, .org.az, .edu.az, .info.az, .pp.az, .mil.az, .name.az, .pro.az.biz.az. Domenlərin qeydiyyatını IntraNS şirkəti həyata keçirir.

.gov.az 2005-ci ildə Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.

Ədəbiyyat

redaktə
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  • Rəna Qasımova, "İnternetdə domen problemləri və həlli yolları", 2012, Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 164 s., ISBN 978-9952-434-42-2

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "Statistics" (ingilis). 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.
  2. Top-Level Domain Zone File Information Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Verisign şirkətinin rəsmi saytı