Şamil Fətullayev

Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Dərbənd, Dağıstan MSSR9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014)[1], Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965).

Şamil Fətullayev
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1928(1928-12-24)
Doğum yeri
Vəfat tarixi 9 mart 2015(2015-03-09) (86 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
Mükafatları

Bioqrafiya

redaktə

Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları

redaktə
  • Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün)
  • "Şərəf nişanı" ordeni — 1986
  • "Əmək veteranı" medalı — 25 aprel 1989
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000
  • İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999
  • Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu
  • Polşanın qızıl medalı — 2008

Əsərləri

redaktə
  • "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.",
  • "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст.
  • "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)".
  • "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)".
  • "Azərbaycan məscidləri(1996)".
  • "İran şəhərləri Qacarlar dövründə(Tehran — 2000)".
  • "Bakının Memarlıq ensiklopediyası(1998)".
  • "Abşeron memarlığı(2003)".
  • "Memar-Məşədi Mirzə Qafar İzmaylov (2013)".
  • Abşeron memarlığı, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 476 səh.[2]
  • Bakının Memarlıq Ensiklopediyası, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 528 səh.[2]
  • 19–20-ci əsrin əvəllərində Azərbaycanda şəhərsalma və memarlıq, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 480 səh.[2]
  • Bakıda şəhərsalma – 19-cu əsr və 20-ci əsrin əvəllərində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 340 səh.[2]
  • Bakı memarları 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 356 səh.[2]

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2014-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-04.
  2. 1 2 3 4 5 "Azərbaycan mədəniyyəti kitabxanası: Memarlıq" (az.). 1001kitab.az. 2014. 2014-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-03.

Xarici keçidlər

redaktə