Şəmkir

Azərbaycanda şəhər
Bu məqalə Şəmkir şəhəri haqqındadır. Rayon üçün Şəmkir rayonu səhifəsinə baxın.

ŞəmkirAzərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır.[2]

Şəhər
Şəmkir
40°51′23″ şm. e. 46°01′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1944
İlk məlumat V əsr
Mərkəzin hündürlüyü 450 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 40.600 nəf. (2015)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5700
Digər
shamkir-ih.gov.az
Xəritəni göstər/gizlə
Şəmkir xəritədə
Şəmkir
Şəmkir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

redaktə

Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.

İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb.

Coğrafiyası və iqlimi

redaktə

Bakı ilə arasında məsafə 399 km-dir.

Əhalisi

redaktə

2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.

Şəhəri futbol üzrə Azərbaycan Premyer Liqasında 3 dəfə çempionluq qazanmış və 2017-ci ildə fəaliyyətini dayandırmış Şəmkir FK təmsil edib. Hal-hazırda futbol üzrə Azərbaycan İkinci Liqasında şəhəri yeni yaranmış Şəmkir PFK təmsil edir.

Şəkillər

redaktə

İstinadlar

redaktə
  1. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

Mənbə

redaktə

Həmçinin bax

redaktə