Şəki Dövlət Rəsm Qalereyası

Şəki Dövlət Rəsm Qalereyası — 1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş rəsm qalereyasıdır.[1]

Şəki Dövlət Rəsm Qalereyası
Fəaliyyəti Əsərlərin bərpası və qorunması
Yaranma tarixi 1982
Yarandığı yer Şəki, Azərbaycan
Fəaliyyət göstərdiyi yer Şəki, Yuxarı baş qala divarla, Mirzə Fətəli Axundov, AZ5503
Qurucusu İlahə Məmmədova
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina 1895-ci ildə çar Rusiyasının hərbi hissələri üçün kazarma kimi tikilib. Birmərtəbəlidir, dörd zaldan və dörd otaqdan ibarətdir. Divarları yerli çay daşı və kərpicdən hörülüb. Çardağı taxta konstruksiyalıdır, üstü dəmirlə örtülüb. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub. 1982-ci ildən Şəki Dövlət Rəsm Qalereyası kimi fəaliyyət göstərir.[2]

Haqqında

redaktə

1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Şəki Dövlət Rəsm Qalereyası Şəki şəhərinin Yuxarıbaş məhəlləsində, "Dövlət Tarix Memarlıq Qoruğu"nda qala divarları arasında yerləşən keçmiş Çar Rusiyasının kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qalereyası üç zaldan: Emalatxana zalı, Fond Otağı və İdarəetmə (Direktor və digər köməkçi otaqlar) otaqlarından ibarətdir. Rəsm qalereyasının fondunda 327 əsər vardır. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i sulu boya, qrafika, 15-i heykəltaraşlıq işləridir. Fond əsərlərinin əksəriyyəti Azərbaycan SSR-ı tərəfindən 1982, 1984 və 1986-cı illərdə Qalereyaya verilmişdir. Fondun əsərləri içərisində tanınmış heykəltaraş Sapsayın, tannınmış rəssamlardan Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Sakitin və digərlərinin əsərləri vardır.[3]

Xarici keçidlər

redaktə
  • "Şəki Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 10.03.2021.
  • "Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verilib". apa.az. İstifadə tarixi: 10.03.2021.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Şəki Dövlət Rəsm Qalereyasısasa". azgallery.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2021.
  2. "Şəki mədəni irsi". sheki.heritage.org.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2021.
  3. "Şəki Dövlət Rəsm Qalereyası - Şəki Turizm İnformasiya Mərkəzi". 2017-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-05.