İstifadəçi müzakirəsi:Sultan11/Arxiv 2

Ən son rəy:13 il öncə, Sultan11 tərəfindən "Salam" mövzusunda

İdarəçiliyə namizəd

redaktə

Salam. Sizin fəaliyyətinizi maraqla izləyirəm. Bu templə davam edib, fəaliyyətinizi bir qədər də təkmilləşdirsəniz, 3 ay sonra idarəçiliyə Sizin namizədliyinizi irəli sürəcəyəm. Siz real namizədlərdən birisiniz. Uğurlar olsun! --Cek Li Taran 09:47, 10 yanvar 2011 (UTC)Cavabla

Salam. Sizi bir daha idarəçi seçilməyiniz münasibəti ilə təbrik edirəm! Diqqətinizə görə sizə minnətdarlığımı bildirirəm. Fəaliyyətinizdə müvəffəqiyyətlər! --Sultan11 18:10, 11 yanvar 2011 (UTC)Cavabla

Təbrikinizə görə təşəkkür edirəm! --Cek Li Taran 05:38, 12 yanvar 2011 (UTC)Cavabla

Letopisi.ru

redaktə

Sultan11, salam. Vikigörüşdəki söhbətimizin davamı olaraq sizə bu layihəni göstərmək istəyirəm: [1], sırf pedaqoqlar üçündür, hərdən girib baxıram. Oradakı idarəçilərdən biri Azərbaycanlıdır : [2]. Həmkar, inanıram ki, mənim kimi bu layihə sizə də maraqlı gələcək. Hörmətlə, --Irada 13:09, 17 yanvar 2011 (UTC)Cavabla

Salam, Irada xanım. Siz məsləhət bilirsinizsə, deməli pis olmaz. Diqqətinizə görə sizə təşəkkür edirəm. Səmimiyyətlə: --Sultan11 16:01, 17 yanvar 2011 (UTC)Cavabla

Orada iştirak etməniz vacib deyil. Hər halda bizim Viki daha vacibdir :) Amma orada tədrislə əlaqədar gözəl fikirlər var. Hörmətlə,--Irada 16:36, 17 yanvar 2011 (UTC)Cavabla

Orada iştirak etməyim mümkün deyil. İlk baxışdan heçdə pis deyil. Ancaq Vikilər cənnətə dönsə, Yenə yaddan çıxmaz AzViki :) Səmimiyyətlə: --Sultan11 18:31, 17 yanvar 2011 (UTC)Cavabla

Sizinlə tam razıyam :)--Irada 18:37, 17 yanvar 2011 (UTC)Cavabla

İdarəçi namizədi

redaktə

Salam Sultan11. Mən Sizin namizədliyinizi Azərbaycan dilində olan Vikipediyanın idarəçi seçkilərində irəli sürmək istəyirəm. Sizdən xahiş edirəm ki, bu təşəbbüsümlə bağlı fikirlərinizi yaxın 1-2 gün ərzində müzakirə səhifəmdə mənə bildirəsiniz. Hörmətlə:--Sortilegus 20:36, 17 yanvar 2011 (UTC)Cavabla

Salam, Sortilegus. Sizin bu təşəbbüsünüzə müsbət cavab verir, gələcək fəaliyyətim zamanı bu etimadı doğrultmağa çalışacağam. Etimad göstərdiyiniz üçün sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 21:47, 17 yanvar 2011 (UTC)Cavabla

Rəqəmlər

redaktə

Salam Sultan müəllim. Mümkünsə, vaxtınız olanda rəqəmlərlə bağlı məqalələri yaratmağa davam edin. Gələcək idarəçilik fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm! --Cek Li Taran 05:40, 18 yanvar 2011 (UTC)Cavabla

Salam . Rəqəmlərlə bağlı məqalələri tezliklə davam etdirəcəm. Diqqət və arzunuza görə sizə təşəkkür edirəm. --Sultan11 11:48, 18 yanvar 2011 (UTC)Cavabla

Təbrik edirəm

redaktə

Dostumuz Sultan11. Sizi namizədliyinizin idarəçiliyə irəli sürülməsi münasibətilə təbrik edirəm. Sizi bu ada layiq bilir və seçiləcəyiniz təqdirdə etmadı doğruldacağınızı düşünürəm. Seçkinizə və işlıərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 09:14, 18 yanvar 2011 (UTC)Cavabla

Əziz Acategory mən də sizi namizədliyinizin idarəçiliyə irəli sürülməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizin seçiləcəyinizə əminəm. Sizin kimi dəyərli və əvəzolunmaz istifadəçilərə hər zaman ehtiyac duyulur. Seçkinizdə və işlıərinizdə sizə yeni-yeni zəfərlər arzu edirəm.--Sultan11 11:48, 18 yanvar 2011 (UTC)Cavabla

Salam. Hal-hazırda davam edən səsvermədə mənə etimad göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Ehtiramla:--Sultan11 20:10, 19 yanvar 2011 (UTC)Cavabla

Salam. Siz və səsvermədə iştirak edən istifadəçilər buna layiq idi! sizə bundan sonrakı fəaliyyətinizdə uğurlar.--Robert Langdon 20:20, 19 yanvar 2011 (UTC)Cavabla

Çox sağolun! Yeni-yeni müvəffəqiyyətlər arzulayıram. --Sultan11 20:52, 19 yanvar 2011 (UTC)Cavabla

Salam.Məndə sizin bundan sonrakı fəaliyyətlərinizdə uğurlar arzulayıram.--Rzalı 20:42, 19 yanvar 2011 (UTC)Cavabla

Çox sağolun! --Sultan11 20:54, 19 yanvar 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Salam. Hal-hazırda davam edən səsvermədə mənə etimad göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Ehtiramla:--Sultan11 20:10, 19 yanvar 2011 (UTC)Cavabla

Salam, Sultan11. Şübhə etmirəm ki, idarəçi məsuliyyətinin fərqindəsiniz və idarəçi seçiləcəyiniz təqdirdə Sizə etimad göstərən istifadəçilərin öz səsləri ilə üzərinizə qoyacağı öhdəçiliyə layiqincə əməl edəcəksiniz. Hörmətlə, --Vago 07:42, 20 yanvar 2011 (UTC)Cavabla

Mən Sizə tam güvənirəm. Elə ona görə də hazırki səsvermədə Sizə etimad göstərmişəm. Sizə səsverən istifadəçilərin etimadını doğruldacağınıza qətiyyən şübhə etmirəm. Uğurlar! --Cek Li Taran 08:45, 20 yanvar 2011 (UTC)Cavabla

Deyməz, Eləcə-də Rusiya şəhərləri haqqında yaratdığım məqalələri təkmilləşdirdiyinizə görə sizə minnətdaram. --JameS RamireZ 21:34, 20 yanvar 2011 (UTC)Cavabla

Təşəkkürə ehtiyac yoxdur hörmətli Sultan11. Sizin yaxşı idarəçi olacağınızı düşünürəm. --N KOzi 07:02, 25 yanvar 2011 (UTC)Cavabla

İdarəçi

redaktə

Hörmətli Sultan11, İdarəçi seçilməyiniz münasibətilə təbrik edirəm. Şübhə etmirəm ki, istifadəçilərin bu etimadını layiqincə doğruldacaqsınız. Müvəffəqiyyətlər arzusu ilə --Vago 08:01, 26 yanvar 2011 (UTC)Cavabla

Mən də qoşuluram--MrArifnajafov 08:08, 26 yanvar 2011 (UTC)Cavabla

Ən xoş arzularla bu təbrikə mən də qoşuluram! --Cek Li Taran 08:04, 26 yanvar 2011 (UTC) --Sortilegus 10:30, 26 yanvar 2011 (UTC)Cavabla

Mən də Sizi idarəçi seçilməyiniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzu edirəm.--Acategory 13:36, 26 yanvar 2011 (UTC)Cavabla

Hörmətli Sultan11! Təbrik edirəm! Səsvermədə müəyyən səbəblərə görə iştirak etməsəm də inanıram ki, Sizin idarəçi seçilməniz Vikipediyanın inkişafında mühüm rol oynayacaq. Hörmətlə, --Irada 17:17, 26 yanvar 2011 (UTC)Cavabla

Təbrik edirəm sizi.Uğurlar arzu edirəm.--Rzalı 19:08, 26 yanvar 2011 (UTC)Cavabla

Təşəkkür edirəm Sultan bəy! Yuxarıdakılara mən də qatılıram. --Proger danış 21:12, 26 yanvar 2011 (UTC)Cavabla

Təşəkkürlər. Sizə uğurlar arzu edirəm. -- Pərviz  21:35, 26 yanvar 2011 (UTC)Cavabla

Salam Sultan. İdarəçi fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Hörmətlə --E-citizen 06:59, 27 yanvar 2011 (UTC)Cavabla

Salam, yeni idarəçimiz Sultan! Sizi idarəçi seçilməyiniz münasibətilə təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram. Hörmətlə -- Babək Akifoğlu 14:23, 27 yanvar 2011 (UTC)Cavabla

Hörmətli həmkarlarım, təbrik və dəyərli fikirlərinizə görə sizlərin hər birinə təşəkkür edirəm. göstərdiyiniz etimadı doğrultmağa çalışmaqla yanaşı, Vikipediyanın inkişafında əlimdən gələni əsirgəməyəcəym. Məncə bu hər birimizin amalıdır. Sizlərə işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram. --Sultan11 23:17, 27 yanvar 2011 (UTC)Cavabla

Alqışlar

redaktə
Salam A_M_D m-f. Mən də sizin bu qaydışınızı alqışllayıram! Hörmətlə: --Sultan11 20:48, 31 yanvar 2011 (UTC)Cavabla
Salamlar. Sözlərinizə görə minnətdaram. Mən də Vikipediyadakı dəyişiklikləri görür və bu müddət ərzində Azvikinin təkmilləşməsində iştirakı olanları alqışlayır. İnkişaf var. Birlikdə fəaliyyət arzusu ilə--A_M_D m-f 20:55, 31 yanvar 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. Sizə fəaliyyətinzdə yeni-yeni zirvələr fəth etməyi arzu edirəm. Hörmətlə: --Sultan11 21:21, 31 yanvar 2011 (UTC)Cavabla

Dəyərli qiymət

redaktə

Hörmətli həmkarım Vago. Fəaliyyətimə verdiyiniz dəyərli qiymət üçün sizə çox-çox təşəkkür edirəm. Sizin fəaliyyətiniz bizim üçün hər an önəmli və nümunəvidir. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Səsiniz daha uca zirvələrdən gəlsin. Səmimiyyətlə: --Sultan11 22:54, 31 yanvar 2011 (UTC)Cavabla

Bu, gördüyünüz işlərin qarşılığında kiçik bir diqqətdir. Təşəkkür edirəm və Sizə müvəffəqiyyətlərinizin davamlı olmasını diləyirəm. Hörmətlə, --Vago 05:42, 1 Fevral 2011 (UTC)
Təşəkkür edirəm. Hörmətlə: --Sultan11 16:41, 1 Fevral 2011 (UTC)

Şablon

redaktə

Salam, Vago. bu şablonun istifadəsi zamanı 1-ci təsvir (gerb) görsənsədə, 2-ci təsvir (bayraq) görsənmir. Vaxtınız olarsa , düzəliş etmənizi xahiş edirəm. --Sultan11 09:19, 3 fevral 2011 (UTC)Cavabla

Salam, Sultan11. Çox maraqlıdır ki, bayaq şablona baxdım, Bayraq əlavə etmək istədim, gördüm içərisində bayraq sözü var, fikirləşdim, sonra diqqət yetirərəm... :) --Vago 08:19, 3 fevral 2011 (UTC)Cavabla
Təşəkkürrlər. Fəaliyyətinizdə uğurlar. --Sultan11 09:19, 3 fevral 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Sizi 10000-dən çox töhfəniz müqabilində AzVikinin bürünc medalına sahib olmanız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Fəaliyyətiniz alqışa layiqdir. Sizə yeni-yeni nailiyyətlər arzulayıram. Səsiniz daha uca zirvələrdən gəlsin. Səmimiyyətlə: --Sultan11 12:33, 5 fevral 2011 (UTC)Cavabla

Təşəkkürrlər. Fəaliyyətinizdə uğurlar.--Enver62 12:45, 5 fevral 2011 (UTC)Enver62Cavabla

Minnətdaram. --Sultan11 12:48, 5 fevral 2011 (UTC)Cavabla

Tarixlər

redaktə

Çox yaxşı ki, bir istifadəçi artıq tarixlər üzərində işləməyə başladı. Mən sizə indidən öz minnətdarlğını bildirirəm. Yəqin ki, bütün tarixlər üzərində işləyəxəksiniz. Sizə indidən uğurlar arzu edirəm. Hörmətlə--Robert Langdon 20:34, 6 fevral 2011 (UTC)Cavabla

Salam Robert Langdon. Minnətdarlıq üçün çox sağolun. Dəyməz. Hər birimiz AzVikinin mənafeyini qoruyuruq. Vaxt tapdıqca bu işdə köməklik göstərəcəm. İşlərinizdə sizə də uğurlar arzu edirəm. --Sultan11 20:56, 6 fevral 2011 (UTC)Cavabla

Vikipediya qaydaları

redaktə

Salam. Yaratdığınız {{Vikipediya qaydaları}} şablonunu çox bəyəndim. İnanıram ki, qaydalar tam təkmilləşdikdən sonra AzVikidə fəaliyyət göstərmək daha rahat və daha uğurlu olacaq. Yeri gəlmişkən, səsvermədə məni dəstəklədiyiniz üçün də Sizə təşəkkür edirəm! --Cek Li Taran 10:16, 8 fevral 2011 (UTC)Cavabla

AzViki inkişaf etdikcə fəaliyyət göstərmək daha da asn olacağına mən də inanıram. Sizə isə fəaliyyətinizdə və səsvermədə uğurlar arzu edirəm. Hörmətlə --Sultan11 10:29, 8 fevral 2011 (UTC)Cavabla

Salam

redaktə

Salam Sultan 11.Xahiş edirəm şəkilin necə yükləndiyini ətraflı mənə yazasınız.(Alətlər sandığındakı Fayl yükləmələrinə girirəm amma nəsə başqa şeylər tələb olunduğu üçün başa düşə bilmirəm).Çox sağ olun minnətdaram. — Bu imzasız yazı Elvin Bağışov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam, Elvin Bağışov. Fayıl yükləmək üçün ən yaxşı üsul yükləmək istədiyiniz fayılı kompyuterinizin "iş stolu"na (raboçiy stola) yerləşdirin (faylı düzgün adlandırmağa çalışın). Sonra Alətlər sandığındakı Fayl yükləmələrinə daxil olduqdan sonra sizdən faylın harada yerləşdiyi tələb olunur. Bu zaman Faylın başlanğıc adı sətrinin sonundakı Обзор düyməsinə daxil olmalısınız. Bundan sonra sizə yeni pəncərə açılacaq. Açılmış yeni pəncərənin sol tərəfindəki bölmələr qrafasından "iş stolu"na daxil olduqdan sonra daxil etmək istədiyiniz faylın üzərinə çıqqıldadın. Sonra pəncərənin aşağısında Открыть düyməsinə daxil olun. Sonda səhifənin sonundakı Faylı yüklə düyməsinə daxil olun. Fayl yüklənəcək. Fəaliyyətinizdə uğurlar. --Sultan11 12:32, 9 fevral 2011 (UTC)Cavabla

Təlim tərbiyə

redaktə

Salam, Sultan11. Bilmirsiniz, mükafat üzrə mütəxəssis həmkarlarımız təlim-tərbiyə ilə bağlı orden-medal yaratmayıblar? )) Hörmətlə, →VagoMüzakirə 16:32, 10 fevral 2011 (UTC)Cavabla

Salam, Vago. Yəqin mükafat üzrə mütəxəssis həmkarlarımız bu işdən xəbərdar deyillər, yoxsa çoxdan bir əncam çəkərdilər ::)))). İnşaalah, yaradarlar. Səmimiyyətlə: --Sultan11 16:47, 10 fevral 2011 (UTC)Cavabla

Qeyri-obyektivlik və dini nifaq

redaktə

Hörmətli Sultan11. Bu, bubu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı--N KOzi 06:20, 16 fevral 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Salam bəy, Horadiz əməliyyatı və Çaykənd əməliyyatı səhifələrinə etdiyiniz düzəlişlər üçün təşəkkürlərimi qəbul edin. — Bu imzasız yazı Cəbrayıllı (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam, Cəbrayıllı. Təşəkkürə görə çox sağ olun. Sizin fəaliyyətiniz bizlər üçün qiymətlidir. Yuxarıda həmkarımız Ebrahimi-amirin söylədiyi kimi müzakirə səhifələrində redaktələr edərkən imza etmənizi xahiş edirəm. Ancaq məqalələrdə redaktələr zamanı imza etmək olmaz. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 17:52, 17 fevral 2011 (UTC)Cavabla

16 mart saat 12:00

redaktə

Salam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:13, 3 mart 2011 (UTC)Cavabla


Salam Cek Li Taran. Mart ayında Xəzər Universitetində keçirilməsi nəzərdə tutulan Vikigörüşün keçrilməsinə mənim münasibətimdə müsbətdir. --Sultan11 12:43, 4 mart 2011 (UTC)Cavabla

Əla! Mümkünsə kənd meydanında da tarixin dəqiqləşdirilməsində kömək edin. Təşəkkür! --Cek Li Taran 12:51, 4 mart 2011 (UTC)Cavabla

Təbrikə cavab

redaktə

Salam Irada xanım. VikiKitabın idarəçisi seçilməniz münasibətilə məndə sizi təbrik edirəm. Sizə uğurlu fəaliyyətlər arzulayıram. İnanıram ki, sizin uğurlu fəaliyyətinizlə VikiKitab inkişaf edəcək. Sizi daha uca zirvələrdə görmək arzusu ilə: --Sultan11 12:52, 4 mart 2011 (UTC).Cavabla

Təbrikə və xoş sözlərə görə təşəkkürümü bildirirəm. Onu a qeyd edim ki, mənim Vikipediyada uğurlarım yalnız Sizin kimi ziyalıların dəstəyi ilə mümkündür. Hörmətlə, --Irada 16:55, 5 mart 2011 (UTC)Cavabla

109.127.25.96

redaktə

Salam Sultan müəllim.Mən 1 gün öncə "Aksum Padşahlığı" adlı məqalə yaratmışam.Amma,məqaləni axtarışa verməyimə baxmayaraq həmin məqaləni tapa bilmirəm.Nə ilə əlaqədar olduğunu zəhmət olmasa yazardın.Elvin Bağışov — Bu imzasız yazı 109.127.25.96 (m) tərəfindən əlavə edilib;

Sultan müəllim,Bu gün dünən yaratdığım bir məqalənidə("Appalaç platosu")axtarışa verdim bu məqaləni yarat cavabı gəldi.Niyə belə cavab gəldiyini zəhmət olmasa yazın.Elvin Bağışov — Bu imzasız yazı 109.127.25.96 (m) tərəfindən əlavə edilib;

Salam Elvin Bağışov. Yaratdığınız Aksum padşalığı (Aksum Padşalığı) adlı məqalənin adındakı qramatik səhv düzəldilmiş, ona görə də axtarış zamanı həmin məqaləni tapa bilməmişsiniz.

"Appalaç platosu" məqaləsi isə Appalaç dağları adlı mövcud məqalənin surəti olduğundan silinmişdir. Əlavə məlumatları həmin məqalədə yerləşdirə bilərsiniz.

Onuda qeyd edim ki, redaktələrə başlamazdan əvvəl sayıta pəncərənin yuxarı sol küncündə ki, "Daxil ol və ya hesab aç" linkindən öz adınızla daxil olduğunuzu dəqiqləşdirin.

Müzakirə səhifələrində ismarıc yazarkən səhifənin əvvəlinə yox, sonuna yazmaq lazımdır. Müzakirə səhifələrində etdiyiniz dəyişikliklərin sonunda imza atın. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 06:03, 7 mart 2011 (UTC)Cavabla

Şəkillər

redaktə

Salam Sultan 11. Son vaxtlar şəkil fayllarının adlarını qaydaya saldığınıza görə sizə təşəkkür edirəm. Bu mənim də nə vaxtdan bəri yerinə yetirmək istədiyim və arasıra yerinə yetirdiyim işlərdən biridir. Azviki həddən artıq lazımsız şəkillərlə yüklənib, heç olmasa onların 20-30%-ni bu il qaydaya sala bilsək əla olar.

P.S.Bir də mümkünsə mənə email ünvanınızı yollayın. Hörmətlə:--Sortilegus 20:05, 12 mart 2011 (UTC)Cavabla

Salam Sortilegus. Diqqətinizə görə sizə minnətdaram.İmkan olduqca bu işin ohdəsindən gəlməyə çalışacağam.

P.S. Email ünvanımı yolladım. Hörmətlə: --Sultan11 21:12, 12 mart 2011 (UTC)Cavabla

Şəkil etiketləri

redaktə

Salam Bakuemil. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız çoxsaylı dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Lakin bu şəkillərə heç bir şəkil etiketi əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər əlavə edəsiniz. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 18:55, 17 mart 2011 (UTC)Cavabla

Bəli əsasən ilk yüklədiyim şəkillərin çoxu etiketsizdir. Qarşıma çıxdıqca əlavə eləməyə çalışacam. Hal-hazırda internet sürətim zəifdir. Siz də imkanınız olsa əlavə edə bilərsiz. Bir çoxunun etiketi olmasa da mənbəsi var. Mənbəsi olanların çoxu "müəllif hüququ" ilə qorunanlardır, əlavə oluna biləcək etiket "Promo"dur. İşlərinizdə uğurlar.--Bakuemil 19:20, 17 mart 2011 (UTC)Cavabla

" Vikipediya qarşısında xidmətlərə görə " mükafatınız mübarək

redaktə

Hörmətli Sultan11. Siz Azərbaycan Vikipediyasında yaradıcı fəaliyyətinizə, tematika üzrə zəngin məzmunlu məqalər yaratmağınıza və kollektivdə səmimiyyətinizə görə " Vikipediya qarşısında xidmətlərə görə " mükafatı ilə təltif edilmisiniz. Təbtik edirəm. Hörmətlə --Acategory 17:37, 22 mart 2011 (UTC)Cavabla

Hörmətli Acategory. Əməyimə verdiyiniz dəyərli qiymətə, diqqətinizə və qayğıkeşliyinizə görə sizə səmimi təşəkkür edirəm. Bu mükafat məni daha da məhsuldar və məsuliyyətli çalışmağa sövq etdirdi. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Səmimiyyətlə: --Sultan11 18:04, 22 mart 2011 (UTC)Cavabla

Düzgünlük

redaktə

Salamlar, Füzulidəki kəndin adı Divanlılar yox, Divanalılardır. Hörmətlə:--Enver62 10:47, 23 mart 2011 (UTC)Enver62Cavabla

Salam Enver62. Səhvləri düzəltdim. Diqqətinizə görə sizə təşəkkür edirəm. --Sultan11 11:11, 23 mart 2011 (UTC)Cavabla

Sultan salam

redaktə

Bilirəm sənə əziyyət verirəm. Lakin mənə kömək elə. Deməli sən bir nümunə yaz mənə, daha sonra mən həmişə belə edəcəm.

Hormətlə, Günel — Bu imzasız yazı Gunel Mustafayeva (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Gunel xanım yüklədiyiniz bu şəkilə nümunə üçün mənbə və uyğun etiket əlavə etmişəm. Baxıb nümunə kimi istifadə edə bilərsiniz. Fəaliyyətinizdə sizə uğurlar. --Sultan11 16:57, 30 mart 2011 (UTC)Cavabla

Türk kalimesini neden büyük harf ile başlatmıyosun?

redaktə

Buradan açıklama yaz, herkes okusun.. — Bu imzasız yazı 88.247.141.83 (m) tərəfindən əlavə edilib;

Salam. Azərbaycan dilinin qrammatikasına görə xalq və millət kalimesi cümlə başlanğıcında yazıldıqda böyük, qalan hallarda kiçik hərflə yazılır. Siz əvvəlcə nədən bəhs olunuğunu dəqiqləşdirib sonra dəyişiklik yapın. Azərbaycan türkləri söyləyəndə azərbaycanlılar nəzərdə tutulur türklər yox. Ona görədə yazım hatalarını düzelt. --Sultan11 17:48, 30 mart 2011 (UTC)Cavabla


Salam Sultan

redaktə

Yaxşı sultan dediklərinə əməl edirəm.

Gunel Mustafayeva 04:34, 31 mart 2011 (UTC)Cavabla

Şəkil etiketləri

redaktə

Salam Vugar 1981. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız çoxsaylı dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Lakin bu şəkillərə heç bir şəkil etiketi və mənbə əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər və mənbə əlavə edəsiniz. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 17:31, 1 aprel 2011 (UTC)Cavabla

Əleyküm-salam Sultan11. Mən deyəsən cəmi bir neçə şəkil əlavə etmişəm AzVikiyə. İmakan olan kimi onları etiketləyərəm. Sizə də fəaliyyətinizdə uğurlar. Hörmətlə. ----N KOziMüzakirə 05:36, 2 aprel 2011 (UTC)Cavabla

یاشاسین اذربایجان

redaktə

سلام یولداش من بیر ازربایجان خالقی .ایران اولکسیندن. من ویکی پدیا فارسی دا بیر کاربرم.فارسی ویکی پدیادا چوخلی ازربایجانین ویکیسندن پیس دیلیر .من بونین اوچون ناراحت اولورام.مینون اوچون ایستدیم دامینان سونرا فارسی ویکپدیادامقاله یارادمیام.و ازربایجان ویکی سینه یاردیم یلیم. منی باقشلیاسیز چوخلی ضعیف گورسنیرم ازربایجان ویکسینده. خواهش یدیرم منه یاردیم یدین. من چوخلی ایسترم که ازربایجان ویکی سی گاباقا گده.سیزی یاشا من یارادان مقاللری سیز یدیت یدین تا منیم ضعفیم گورسنمسین.--E THP 13:27, 2 aprel 2011 (UTC)Cavabla

Mümkünsə

redaktə

Bir daha salam. Əgər mümkünsə həmkarımızın nə söylədiyini izah edəsiniz. Bidiyim qədər ərəb əlifbasını bilirsiniz. Əvvəlcədən təşəkkür edirəm. --Sultan11 13:43, 2 aprel 2011 (UTC)Cavabla

Salam. O qədər də yox ) Salam-kəlamdan sonra belə dediyi anlaşılır ki, o fars vikipediyasında çalışırmış və indən belə Azərbaycanca Vikipediyaya töhfə vermək istəyir. Az-az görünməsi üçün də üzrxahlıq edir. Azərbaycanca vikipediyanın irəli getməsi üçün ona yardım etmənizi istəyir, yəni deyir ki, əgər yaradacağı məqalələri (Ola bilsin Azərbaycanlılarla bağlı) çox da yaxşı şəkildə olmasa, onun zəif cəhətlərinə əl gəzdirməklə ona yardım edəsiniz.→VagoMüzakirə 13:52, 2 aprel 2011 (UTC)Cavabla
Minnətdaram. --Sultan11 14:00, 2 aprel 2011 (UTC)Cavabla

Seçilmiş şəkil

redaktə
Xoş gördük həmkar. Nə deyirəm ki? İnkar etmirəm. Boşluqlarımız var. Sonuncu yazımda da bildirdim. Hesab edirəm ki, konsensusa gəldik. İndi məsləhətləşərək bir ortaq bir şey qurarıq. Tezliklə bununla məşğul olacam. --Proger danış 22:53, 2 aprel 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Növbəti yalan ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Melikov Memmedemail 05:33, 8 aprel 2011 (UTC)Cavabla

Mənbə haqqında sual

redaktə

Bir daha salam Araz Yaquboglu. Zəhmət olmasa yüklədiyiniz şəkillərə mənbə də əlavə edin. Nümunə üçün budigər şəkilə baxa bilərsiniz. İşlərinizdə uğurlar arzu edirəm. Səmimiyyətlə: --Sultan11 10:29, 13 aprel 2011 (UTC)Cavabla

Salam Sultan11. Öncədən sizə minnətdaram. Mən əsasən şəkilləri özüm əldə edirəm və yükləyirəm. O zaman mən mənbəni necə göstərim. Axı istifadəçi kimi mən özüm mənbə deyiləmmi? Araz Yaquboglu — Bu imzasız yazı Araz Yaquboglu (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Şəkillərin müəllifi o zaman siz hesab edilə bilərsiniz ki, həmin şəkil yükləndiyi ana qədər heç bir yerdə (qəzet, jurnal, kitab, sayt və sairə) çap edilməmiş və yaxud yayımlanmamışdır. Əgər şəkili sizin tərəfinizdən çəkilmişsə bu zaman yenə müəllif sizsiniz. Bütün qalan hallarda mənbə göstərməniz vacibdir. Yüklədiyiniz şəkillərin bir çoxu müxtəlif vasitələrlə çox əvvəllər yayımlanmışdır. Məsələn bu şəkil üçün yerləşdirilmiş etiket səhv olduğundan mən onu dəyişdirdim. Eyni zamanda qeyd edim ki, sizdən əvvəl şəkil burada yayımlanmışdır.

P.S.Müzakirə səhifələrində yazınızın sonuna imza atın. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. --Sultan11 16:24, 13 aprel 2011 (UTC)Cavabla

Müəllif hüququ şübhəli şəkillər

redaktə

Salam Sultan müəllim. Sizə şəkillərlə əlaqədar bir məsələdə məsləhət vermək istərdim. Məsələn bu şəkil kimi bəzi şəkillər commonsa yüklənmiş ola bilər. Amma tez-gec o şəkillərin lisenziyasının səhv olduğunu görsələr onlar ordan silinəcək. Bu səfər yenə eyni şəkli Azviki-yə yükləməli olacıq. Belə şəkillərin müəllif hüquqlarının həmin istifadəçilərə aid olduğuna mən şübhə ilə yanaşıram. Vaxtilə Səfər commonsa bəzi şəkilləri özününki kimi yükləmişdi. Lakin nəticəsi məlumdur. Çoxunu sildilər və səhv eləmirəmsə Səfəri də blokladılar. Mən hələ müəllif hüququ itirilmiş şəkilləri Commonsa tərəddütlə yükləyirəm. Həm də burdan hələ silmirik. Biz əvvəlllər bəzi istifadəçilərlə belə məsləhətləşmişdik ki, bu şəkilləri burdan silmədən commonsa yükləyək. Əgər 1-2 il problemsiz şəkildə qalsa, sonra burdan silək. Müəllif hüququ itirilməmiş şəkilləri commonsda var deyə burdan silməsəniz daha yaxşıdır.--Bakuemil 06:31, 16 aprel 2011 (UTC)Cavabla

Salam Bakuemil. Doğru məsləhətdir. Söylədiklərinizin əyani sübutu bir neçə gün əvvəl commonsdakı hadisələrdir. Gələcək fəaliyyətim zamanı bu məsləhətinizi nəzərə alaram. İşlərinizdə uğurlar.

P.S.Ancaq qeyd edim ki, heç biz özümüz də AzViki-yə şəkil yükləyərkən sadə qaydalara belə əməl etmirik. Hörmətlə: --Sultan11 18:38, 17 aprel 2011 (UTC)Cavabla

Niyə sildiniz?

redaktə

Qardaş mən Capay, mənim hazırladığım Hüseyniyə məscid məqaləmi niyə sildiz? Bu mənə çox pis təsir etdi, həvəsimi bir qədər qırdı. Düzdü Şah abbas məqaləsinə baxaraq hazırladım, bunda nə var? Bilmədiyimi yavaş yavaş öyrəncəyəm. Bir də şəkil necə əlavə olunur. — Bu imzasız yazı Capay (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam Capay. Fəaliyyətinizi maraqla izləyirəm. Fəaliyyətiniz bizim üçün dəyərli və qiymətlidir. Yaratdığınız yeni məqalələrə və məqalələrdə dəyərli redaktələrə, eləcə də məlumatlarla zənginləşdirdiyinizə görə Sizə təşəkkür edirəm. Azərbaycan Vikipediyasında fəal istifadəçilərə hələ də ehtiyac duyulur. Ancaq bu əsas vermir ki, siz qaydaları kobud surətdə pozasınız. Mövcud məqalələrin surətini yaradasınız. Qeyd edim ki, siz vikipediya qaydaları ilə yaxından tanış olsanız daha yaxşı olar.

Şəkil yükləmək üçün ən yaxşı üsul yükləmək istədiyiniz şəkili kompyuterinizin "iş stolu"na (raboçiy stola) yerləşdirin (şəkili düzgün adlandırmağa çalışın). Sonra Alətlər sandığındakı şəkil yükləmələrinə daxil olduqdan sonra sizdən şəkilin harada yerləşdiyi tələb olunur. Bu zaman Faylın başlanğıc adı sətrinin sonundakı Обзор düyməsinə daxil olmalısınız. Bundan sonra sizə yeni pəncərə açılacaq. Açılmış yeni pəncərənin sol tərəfindəki bölmələr qrafasından "iş stolu"na daxil olduqdan sonra daxil etmək istədiyiniz şəkilin üzərinə çıqqıldadın. Sonra pəncərənin aşağısında Открыть düyməsinə daxil olun. Sonda səhifənin sonundakı Faylı yüklə düyməsinə daxil olun. Fayl yüklənəcək. Ən asanı isə bu səhifədən başlayın. Şəkil yükləyərkən nəzərə alın ki, şəkilin müəllifi özünüz deyilsinizsə bu zaman şəkili əldə etdiyiniz mənbəni (şəkilin çap edildiyi qəzet, jurnal, kitab, sayt və sairə yerlər) göstərməlisiniz. Fəaliyyətinizdə uğurlar. Hörmətlə: --Sultan11 19:30, 17 aprel 2011 (UTC)Cavabla

Kateqoriya

redaktə

Salam Ebrahimi-amir. Son dövrlər Azərbaycan vikipediyasında ərəb əlifbası ilə yaratdığınız məqalələr və kateqoriyalara görə sizə çoxlu təşəkkürlərimi bildirirəm. Əgər asudə vaxtınız olarsa bu səhifədə kateqoriyasız qalmış mətnlərə kateqoriyalar əlavə etməklə ümumi işimizə xeyli yardım etmiş olarsınız. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 18:51, 17 aprel 2011 (UTC)Cavabla

Salamlar. Məndə sizin çəkdiyiniz zəhmətlərdən təşəkkür edirəm, əlləriniz var olsun.

Buyurduğuz səhifələrin bəzisin curladım, qalanında yavaş-yavaş curlaram. Hörmətlə --Ebrahimi-amir 04:28, 18 aprel 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, ----N KOziMüzakirə 07:20, 19 aprel 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Dəvət

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Azərbaycan dilində VikiXəbər ilə əlaqədar [[3]] səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, ----N KOziMüzakirə 05:03, 28 aprel 2011 (UTC)Cavabla

Mənbə

redaktə

Salam sefer. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün olduqca çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız çoxsaylı dəyərli və sanballı tarixi məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz tarixi fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərli və əvəzsizdir. Lakin bu şəkillərə bir çoxuna mənbə əlavə olunmamışdır. Ona görə də sizdən xahiş edirəm ki, vaxtınız olduqca şəkillərə uyğun etiketlər əlavə etməklə yanaşı onlara mənbələr də əlavə edəsiniz. Bununla siz ümumi işimizə xeyli kömək etmiş olarsınız. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Səmimiyyətlə: --Sultan11 06:57, 30 aprel 2011 (UTC)Cavabla

Salam hörmətli həmkar. Xoş sözlərə görə təşəkkür edirəm. Yüklədiyim şəkilləri müvafiq olaraq PD-old, promo və ya PD-art şəklində sertifikatlaşdırıram. Şəkilləri əldə etdiyim mənbələri nəzərdə tutursuz? --sefer 12:06, 30 aprel 2011 (UTC)Cavabla
Bəli, şəkil etiketlərini əsaslandırmaq üçün şəkilləri əldə etdiyiniz mənbələri əlavə etsəniz çox yaxşı olardı. Yeni-yeni uğurlararzusu ilə: --Sultan11 07:27, 30 aprel 2011 (UTC)Cavabla

Şəkil:Karimi elimiz.jpg"

redaktə

Nə üçün bu resmi Silb sez.azarbayca wiki sinin yuz dan Qırxi Müəllifi yox.Fotoqraf yaridane özümə. --  E thp 19:08, 3 may 2011 (UTC)Cavabla

Salam E THP. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Yaratdığınız ərəb qrafikalı, çoxsaylı dəyərli məqalələrə görə sizə təşəkkür edirəm. Məqalələrlə yanaşı Azərbaycan Vikipediyasına daxil etdiyiniz fayıllarda (şəkillərdə) olduqca maraqlı və dəyərlidir. Onların bəzilərinə əlavə etdiyiniz şəkil etiketi və mənbələrə nəzər salıb düzəlişlər etmənizi xahiş edirəm.

Şəkil:Karimi elimiz.jpg faylının üzərində reklam xarakterli yazı (sayıtın ünvanı) olduğundan silinmişdir. Əgər siz bu şəkilin fotoqrafı yaridane sizsinizsə, bu zaman şəkilin əslini (üzərində yazı olmayanını) yükləsəniz çox yaxşı olar.

Üzərində reklam xarakterli yazılar, sayt ünvanları yazılmış şəkilləri bir daha yükləməmənizi xahiş edirəm. Sizə əvvəlcədən təşəkkür edirəm. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 20:56, 3 may 2011 (UTC)Cavabla

Comərd Qəssab türbəsi.png

redaktə
 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Qardaş mən comərdi qəssab türbəsinin bu şəklini muzeydən çəkmişəm İstifadəçi:Capay — Bu imzasız yazı Capay (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; Sultan 11 mən istifadəçi capay comərdi qəssab türbəsini muzeydən çəkmişəm — Bu imzasız yazı Capay (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam Capay. Əgər şəkili muzeydən çəkmisənsə bu zaman hansı muzeydən çəkdiyinizi qeyd edin. Məsələn, Müəllif İstifadəçi özüdür (şəkil filan muzeydə saxlanan şəkildən çəkilmişdir). kimi qeyd edin. Şəkil səhifəsinə yerləşdirdiyim şablonu bu cür dəyişmək qaydaları pozmaqdır. Bir daha belə etməməyi xahiş edirəm. Şablondakı yazıları diqqətlə oxuyub, əməl etsəniz daha yaxşı olar.

P.S.İstifadəçilərə müraciət edərkən onların İstifadəçi müzakirəsi səhifəsinə yazın. Yazının sonuna imza atmaq lazımdır. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. Hörmətlə:--Sultan11 15:29, 6 may 2011 (UTC)Cavabla

Məllimn mən comərdi qəssab türbəsinə əlavə edə bilmirəm siz etsəniz yaxşı olar birrdə istifadəçi müzakərəsini tapa bilmədim bura yazdım.

Müəllif İstifadəçi özüdür (şəkil Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanan şəkildən çəkilmişdir)

Fayl statusu

redaktə

Salam. Fayl statusu ilə bağlı bundan sonra göndərəcəyiniz ismarıcların son cümləsində kiçik bir düzəliş edin: "O üzdən fatlın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin." əvəzinə "O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin." --►Cek Li Taranmesaj 08:43, 7 may 2011 (UTC)Cavabla

Şablonda müvafiq düzəliş etdim. Diqqətinizə görə təşəkkür edirəm. Hörmətlə: --Sultan11 08:57, 7 may 2011 (UTC)Cavabla

Düşüncələrinizi köçürə bilərsinizmi?

redaktə

Buraya Esc2003 14:32, 7 may 2011 (UTC)Cavabla

Mənbə haqqında

redaktə

salam Sultan11 adlı istifadəçi. mənə yazdığınız mesaja görə minnətdaram. Sözü gedən şəkili mən qəzetin redaksiyasından alıb skan edib yükləmişəm. xaiş edirəm məni daha sadə yolla başa salın. və bir nümunə də göstərin. mən əsasən şəkilləri özüm əldə edirəm. hörmətlə Araz Yaquboglu

Şəkil yüklənməsi barədə

redaktə

Salam. Sultan11. Sizin bu barədə dediklərinizi qəbul edirəm. Ancaq təssüf ki, bu texnologiyanı bilmirəm. Mümkünsə mənim yüklədiyim axırıncı şəkillə bağlı əməliyyatı Siz edin. Mən ona baxıb sonrakıları edərdim. Hörmətlə --Acategory 18:07, 7 may 2011 (UTC)Cavabla

Bir daha xoş gördük. Şəkillə bağlı əməliyyatı yerinə yetirmək üçün əvvəlcə həmin şəkili haradan əldə etdiyiniz mənbəni (sayt, qəzet, jurnal, kitab və s.) söyləmənizi xahiş edirəm. Sonra lisenziya əlavə edərik. Hörmətlə:--Sultan11 07:38, 8 may 2011 (UTC)Cavabla

Həmin səhifə Vikipediyadadır [4]--Acategory 11:07, 8 may 2011 (UTC)Cavabla

Göründüyü kimi bu fayl Vikimedia Commonsdandır. Həmin şəkili Azərbaycan Vikipediyasına yükləməyə ehtiyac yoxdur. Bu zaman Faylın şəkil adını mətndə yerləşdirmək kifayət edər. Ona görə də bu şəkil dublikat fayl kimi silinəcəkdir.

Yüklədiyiniz bu şəkili nümunə üçün redaktə etdim. Bunun üçün sadəcə şəkilin yerləşdiyi səhifənin yuxarısındakı "Redaktə et" bölməsinə daxil olmaqla icra olunur. Sizə yeni-yeni uğurlar. Hörmətlə: --Sultan11 13:19, 8 may 2011 (UTC)Cavabla

Çəkdiyiniz zəhmət üçün Sizə təşəkkür edirəm. Hörmətlə --Acategory 13:40, 8 may 2011 (UTC)Cavabla

Şablon:Şəkil məlumatı

redaktə

Salam Sultan. Son vaxtlar şəkillərlə bağlı redaktələriniz çox sevindiricidir. Redaktə etdiyiniz şəkillərdə Şəkil məlumatı şablonundan da istifadə etməyinizi tövsiyyə edirəm. Hörmətlə,-- Pərviz   20:06, 8 may 2011 (UTC)Cavabla

Salam PPerviz. Diqqətinizə görə sizə təşəkkür edirəm. Bu şablondan da yeri gəldikcə istifadə ediləcək. Hələlik isə sadə üsullara üstünlük verilir. Hörmətlə: --Sultan11 12:32, 10 may 2011 (UTC)Cavabla

Salam

redaktə

Sultan müəllim haçan qayıdacaqsız? ----N KOziMüzakirə 14:07, 10 may 2011 (UTC)Cavabla

Canavar-adam

redaktə

Salam, bu məğələdə hüsusi nəyi təmizləmək lazimdir?--Hüseynli Zeynalabdin Cavanşir oğlu 12:55, 28 may 2011 (UTC)Cavabla

Salam, Hüseynli Zeynalabdin Cavanşir oğlu. Azərbaycan dilində olan Vikipediyada olan fəaliyyətiniz bizim üçün qiymətli və dəyərlidir. Yuxarıda adı qeyd edilən məqalədə olduqca çox qramatik səhvlər var. Bəzi cümlələrin mənası tam aydın deyil. Odur ki, düzəlişlər etmənizi xahiş edirəm. Fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə:--Sultan11 13:10, 28 may 2011 (UTC)Cavabla

Şəkil mənbələri

redaktə

Salam Xanbudaqov Eyyub şəklini bu saytdabn götürmüşəm : www.mns.gov.az/ az/pages/57-36.html İstifadəçi:Capay. — Bu imzasız yazı Capay (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam, Capay. Yüklədiyiniz hər bir şəkilə mənbə və lisenziya əlavə etmənizi xahiş edirəm. Əks halda şəkil (fayl) silinəcəkdir.Fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 16:47, 28 may 2011 (UTC)Cavabla

Niyə sildiz

redaktə

Salam sultan müəllim mən Yeddi gözəl şəlaləsi haqqında məqalə yazmışdım. Düzdür bu mənim vikipediyada ilk məqaləmdir. Heç məqalədə sayılmaz. Bir iki cümləlik şeydir. Mən onu yazdım və yaddaşa verdim. Ancaq bütün məqalələrdə məqalənin üzərində "redaktə" işarəsi gəlir. Bunda isə gəlmədi.İstəyirsinizsə siz özünüz də girib baxa bilərsiniz. Sadəzə "Yeddi gözəl (Şəlalə) yazmağınız kifayətdir. Bundan başqa mən məqalənin altına məqalənin mənbəyini belə qoya bilmirəm. Mən vikipediyada təzəyəm. Və onun haqqında heç nə bilmirəm. Sultan müəllim xahiş edirəm ki, mənə deyəsiniz vikipediyada məqalənin yaradılması haqqında ətraflı məlumatı haradan əldə edə bilərəm. Birdə məqalə haqqında heç bir mənbə olmasa olmaz. Yəni ki, məqaləni özümüzdən yazmışıqsa bu vikipediya qaydalarına uyğun olmaz? Xahiş edirəm mənə kömək edəsiniz. — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam Leyla xanım. Sizi AzVikidə bir daha xoş gördük. Yaratdığınız məqalə ilk məqalə olduğundan heçdə pis deyil. Yaranan problem isə texniki cəhətdən olmuşdur. Hal-hazırda mən məqaləyə baxdım. Hər şey qaydasındadır. Redaktələri davam edə bilərsiniz.

Vikipediya açıq ensiklopediyadır. Onu hər kəs redaktə edə bilər. Ancaq burada müvafiq qaydalara əməl etmək kifayətdir. Bu qaydalardan biridə məqalələrin mənbə və istinadlara əsasən yaradılmasıdır. Bütün qaydalarla ətraflı tanış olmaq üçün bu səhifədə yerləşən mətnlərlə tanış olmanızı məsləhət görərdim. Daha sonra fəaliyyətiniz zamanı sizə yaxından köməklik göstərəcəyəm. Fəaliyyətinizdə sizə uğurlar arzusu ilə: --Sultan11 16:23, 29 may 2011 (UTC)Cavabla

Vikipediya idarəçisi

redaktə

Salam Sultan müəllim.Sizdən bir şey soruşmaq istəyirəm. Siz Vikipediyanın idarəçisisiniz. Sizi bura seçirlər ya necə? Yəni hər bir Vikipediya istifadəçisi Vikipediya idarəçisi ola bilər? — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Qeyd edim ki, Vikipediyada idarəçilər seçki yolu ilə seçilir. Hər bir Vikipediya istifadəçisi Vikipediya idarəçisi ola bilər. Bunun üçün sizə bir az öncə tövsiyə etdiyim qaydalarla tanış olduqca sizə hər şey aydın olacaq. Mən ümid edirəm ki, gələcəyin bir idarəçisi də siz olacaqsınız. Belə bir vəzifəyə seçilmək üçün qarşınıza məqsəd qoymalı, qaydaları öyrənməli, kollektivin müsbət rəyini qazanmalı və bir azda çalışmalısınız. Sizə uğurlar. Hörmətlə: --Sultan11 16:35, 29 may 2011 (UTC)Cavabla

Qəyyumlar şurası

redaktə
 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Sultan müəllim Qəyyumlar şurası nədir? Vikipediyaya girdikdə belə bir yazı gördüm."Vikipedia Qəyyumlar Şurası şeçkiləri başlamışdır.Səs verin" Bu nə deməkdir və ora necə səs verirlər? — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Bu səs vermə Qlobal səsvermədir. Bunun üçün siz ən azı vikipediyada bir xeyli fəaliyyət göstərməli, 600 redaktə (dəyişiklik) etməlisiniz. Sizsə cəmi 24 redaktə (dəyişiklik) etmisiniz. İnşallah tezliklə bu sıraya yüksələrsiniz. Azərbaycan dilində olan Vikipediyada səsvermə qaydaları ilə burada tanış ola bilərsiniz.

P.S.Müzakirə səhifələrində yazınızın sonuna imza atın. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. Ancaq Məqalələrin sonluğunda bunu etmək olmaz. Sizə fəaliyyətinizdə və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 16:57, 29 may 2011 (UTC)Cavabla

Çox sağ olun

redaktə

Sultam müəllim suallarımı cavablandırdığınıza görə təşəkkür edirəm. Çox sağ olun. Rızayeva Leyla. — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Qeyd edim ki, təşəkkür etməyə dəyməz. Yeni istifadəçilərə köməklik göstərmək hər birimizin borcudur. AzVikinin fəal istifadəçilərə hər zaman ehtiyacı var. Və bu fəal istifadəçilər sırasında sizidə görmək heç də pis olmazdı. Sizə bütün idarəçilər, eləcə də təcrübəli istifadəçilər hər zaman yardımçı olacaqlar. Hörmətlə: --Sultan11 17:05, 29 may 2011 (UTC)Cavabla

Şəkil

redaktə

Sultan müəllim siz deyən kimi şəkilləri fayl yüklədən yüklədim amma o şəkil ayrıca düşdü. Mən isə istəyirdim ki, mənim məqaləmin daxilinə düşsün. Hətta redaktə səhifəsində "şəkil əlavə etməyə belə basdım amma olmadı. Xahiş edirəm mənə bu haqda ətraflı məlumat verəsiniz. Allah razı olsun. Çox sağ olun. — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Yüklədiyiniz şəkilə mütləq mənbə əlavə edin (şəkili əldə etdiyiniz sayıtın, kitabın, jurnal, qəzet və sairə mənbələrin ünvanını). Şəkilləri düzgün adlandırın. Şəkili yüklədikdən sonra mətnə əlavə etmək üçün [[Şəkil:Girls Generation musiqi qrupu.jpg|thumb]] şəkilində yazmağınız kifayətdir. Mən bunu nümunə üçün məqaləyə yerləşdirdim. Hörmətlə:--Sultan11 18:49, 29 may 2011 (UTC)Cavabla

İmza

redaktə

Bir də Sultan müəllim imzanı dediz və hətta şəklini də verdiz ki, mavi rəngli qələmə basmaqla atmaq olar. Amma bu mavi rəngli qələm bəzi redaktə səhifələrində olur, bəzilərində isə olmur. Bu nə ilə əlaqədardır? Olmayan səhifələrdə biz nə edə bilərik? — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Mən yuxarıda qeyd etdim ki, "bu qələm" yalnız müzakirə səhifələrində,eləcə də səsvermə və buna bənzər səhifələrdə sizə lazımdır. Olmayan səhifələrdə isə deməli imzaya ehtiyac yoxdur. Hörmətlə:--Sultan11 18:53, 29 may 2011 (UTC)Cavabla

Mənbə göstərmək

redaktə

Salam, Capay. Fəaliyyətinizi bir daha alqışlayıram. Sizdən xahiş edirəm ki, şəkil (fayl) yükləyərkən, eləcədə məqalə yaradarkən mənbə və istinadları vaxtında və düzgün yerləşdirəsiniz. Bununla ümumi işimizə daha çox kömək etmiş olarsınız. Sizə yeni-yeni uğurlar arzulayıram. Səmimiyyətlə: --Sultan11 06:34, 30 may 2011 (UTC)Cavabla

 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Aleykuma salam bağışlayın şəkillərə mənbə göstərmək lazım olduğunu bilmirdim şəkillər köhnə yüklədiklərimdi inşallah yeni şəkillər yükləyəndə mənbə göstərəcəyəm capay — Bu imzasız yazı Capay (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Təşəkkür edirəm!

P.S.Müzakirə səhifələrində yazınızın sonuna imza atın. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. Hörmətlə: --Sultan11 06:49, 30 may 2011 (UTC)Cavabla

Köməyinizə görə çox sağolun bu gündən imza qoyaram --Capay 06:59, 30 may 2011 (UTC)Cavabla

Məllim mən bu şəkili imamzadaya gedəndə plakatdan çəkmişəm təmir işləri davam edir nokia markalı cib telefonuyla çəkmişəm indi mən onu necə mənbə göstərim --Capay 07:31, 30 may 2011 (UTC)Cavabla

Olduğu kimi "Müəllif istifadəçi (Capay) özüdür. Şəkil təmir zamanı lövhədən çəkilmişdir." Hörmətlə:--Sultan11 07:43, 30 may 2011 (UTC)Cavabla

Salam Sultan

redaktə

Sultan bu dəfə bağışlayın, gələn dəfədən daha sizi icitməyəcəm və daha səhv etməyəcəm. Gunel Mustafayeva 07:39, 30 may 2011 (UTC)Cavabla

 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.
Salam Gunel xanım. Allah bağışlasın. Fəaliyyətinizi bir daha alqışlayıram. Sizdən xahiş edirəm ki, şəkil (fayl) yükləyərkən, eləcədə məqalə yaradarkən mənbə və istinadları vaxtında və düzgün yerləşdirəsiniz. Bununla ümumi işimizə daha çox kömək etmiş olarsınız. Göstərilən şəkillərə mənbə əlavə etsəniz daha yaxşı olar. Sizə yeni-yeni uğurlar arzulayıram.

P.S.İstifadəçilərə müraciət edərkən onların İstifadəçi müzakirəsi səhifəsinə yazın. Yazının sonuna imza atmaq lazımdır. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar.Səmimiyyətlə:--Sultan11 08:08, 30 may 2011 (UTC)Cavabla

Vikipediya

redaktə

Sultan müəllim bilirəm çox sual verirəm. Amma Vikipediyada yeni olduğum üçün qarşıma çoxlu suallar çıxır. Sultan müəllim bir neçə həftə əvvəl kənd meydanına girəndə orada yazmışdı ki,-"Yunan Vikipediyasını keçdik, 46-cı pillədəyik, yeni hədəf Türk vikipediyasını keçməkdir." Bu məlumatı vikipediya istifadəçiləri haradan öyrənir? Məndə öyrənmək istərdim. --Rızayeva Leyla 12:24, 30 may 2011 (UTC)LeylaCavabla

Fəallığı dayandır " yumor nişanı

redaktə

Dostumuz Sultan 11. Siz vikipediyada lisenziyasız şəkillərə qarşı mübarizə ilə "ciidi narahatçılıq döğurduğunuza" və " vikisəhifəni daima məşğul edərək başqalarına işləməyə imkan vermədiyinizə" görə " Fəallığı dayandır " yumor nişanı ilə təltif edilirsiniz. Təbrik edirəm. Hörmətlə --Acategory 12:48, 30 may 2011 (UTC)Cavabla

Dəyərli həmkarımız Acategory salam. Qayğıkeşliyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Yerində və düzgün atılmış addımdır. Üzürlü səbəbdən bir müddət vikipediyada olmadığım üçün qalmış işləri yerinə yetirməyə çalışırdım. Təbrikə üçünsə sizə minnətdaram. Fəaliyyətinizdə və işlərinizdə sizə uğurlar arzusu ilə: --Sultan11 18:07, 31 may 2011 (UTC)Cavabla

Vikipediya mükafatları

redaktə

Sultan müəllim siziz çoxlu mükafatlarınız var.Mən də bu mükafatları qazqnmaq üçün nə etməliyəm?--Rızayeva Leyla 13:26, 30 may 2011 (UTC)LeylaCavabla

Leyla xanım salam. Mükafat almaq üçün bir az çalışmaq və təcrübəli istifadəçilərdən öyrənmək və onların fəaliyyətlərinə baxmaq kifayət edər. Bu cədvələ baxsanız sizə hər şey aydın olar. Sizdən fəaliyyət, bizdən mükafat :). Fəaliyyətinizdə uğurlar arzusu ilə: --Sultan11 17:10, 31 may 2011 (UTC)Cavabla

Viki səhifə

redaktə

Sultan müəllim sizin viki səhifənizdə özünüz haqqında məlumatlar var. Məndə özüm haqqında olan bu məlumatları viki istifadəçi səhifəmə necə yerləşdirim? — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Sizdə öz viki səhifənizi yarada bilərsiniz. Bunun üçün müxtəlif hazır şablonlar var ([5], [6] və digərləri). Onlardan bir neçəsini nümunə üçün sizin istifadəçi səhifənizə əlavə edəcəm. Sonra öz zövqünüzə uyğun davam edərsiniz. Hörmətlə: --Sultan11 17:27, 31 may 2011 (UTC)Cavabla

Fəallığı dayandır

redaktə

"Fəallığı dayandır" yumor nişanı nədir? Bu nişan səhvə görə verilir yoxsa yaxşı işlərə görə? — Bu imzasız yazı Rızayeva Leyla (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Bu sualınızı hörmətli həmkarımız Acategory artıq yuxarıda cavablandırmışdır. Qeyd edim ki, Vikipediya hal-hazırda 281 dildə mövcuddur. Onlar arasındakı fərqi isə bu cədvəldən aydınlaşdıra bilərsiniz. Sizə yeni-yeni zirvələri fəth etməyi arzulayıram. Hörmətlə: --Sultan11 17:43, 31 may 2011 (UTC)Cavabla

Şablon

redaktə

Sultan müəllim siz dediz ki, mənim istifadəçi səhifəmə bir iki şablon atacaqsınız. Qalanını özüm edim.Axı mən bunu edə bilmirəm. Xahiş edirəm mənə bunu öyrədin. Çox sağ olun--Rızayeva Leyla 18:32, 31 may 2011 (UTC)LeylaCavabla

Bunun üçün göstərilən səhifələrdə olan istədiyiniz şablon adını, məsələn {{İstifadəçi Azər Musiqi}} bu şəkildə öz istifadəçi səhifənizə əlavə edin. Məsləhət görərdim ki, əvvəlcə Qaralama dəftərində işləyib öyrənəsiniz. Hörmətlə: --Sultan11 18:54, 31 may 2011 (UTC)Cavabla

Cekli

redaktə

Salam. Amma haqqım olan tələblər üçün sizə müraciət edirəm. İki əsassız ve xəbərdarlıqsız blok qoyuldu. Haqqı olmadan digər istifadəçilərin müzakirə səhifələrində dəyişiklikləri geri qaytardı. Mənim olduğum yeri bardaqxana adlandırdı. Öz sözünü də deyib məni blok etdi. İzah verməyimə imkan vermədi. Bu yazdıqlarım sizin çox təcrübəli idarəçiniz Cekliyə aiddir. Və haqqım olaraq tələb edirəm ki, Ceklinin idarəçiliyi səsverməyə çıxarılsın. Və Mənə qarşı etdiklərinə qarşı mütləq blok edilsin. Əgər mən admin olsaydım və Cekli də həmçinin. Mən Cekliyə blok qoysaydım bu səbəblərlə hamınız məni haqlı hesab edərdiniz, amma indi admin deyiləm və yenə də haqlıyam ona Blok qoyulmasını tələb edirəm. Və səsverməyə çıxarılmasını.

P.S: Saqqalım yoxdur deyə sözüm keçmir, amma hamı da yaxşı bilir ki, bütün istifadəçilərimiz Təcrübəli idarəçidən artıq yığıblar! --Robert Langdon 19:21, 2 iyun 2011 (UTC)Cavabla

Girls Generation

redaktə

Hörmətli Sultan müəllim "Girls Generation" məqaləsində bəzi şeylərə görə mənə kömək etdiyinizə görə sizə təşəkkür edirəm. Onu da deyim ki, axşam şəkil atmağın qaydasını öyrəndim. Sizdən xahiş edirəm "Girls Generation" səhifəsinə girib baxasınız. Çünki bəzi dəyişikliklər etmişəm. Fikrinizi bilmək istərdim.Hörmətlə--Rızayeva Leyla 06:43, 3 iyun 2011 (UTC)Rızayeva LeylaCavabla

Təşəkkür

redaktə

Diqqətinizə və zəhmətinizə görə təşəkkür edirəm. Hörmətlə--Acategory 18:41, 5 iyun 2011 (UTC)Cavabla

Çox sağolun. Mən də sizə təşəkkür edirəm. Hörmətlə: --Sultan11 18:52, 5 iyun 2011 (UTC)Cavabla

Anlamadım

redaktə

Salam, Vago. Sizin idarəçilikdən istefa qərarınızı nə qədər araşdırsam da, bu işdən heç cür bir şey anlamadım. Ancaq təssüflənməkdən başqa əlimdən heç nə gəlmədi. Çox təssüf. Fəaliyyətinizdə sizə ən səmimi arzularımı bildirirəm. Səmimiyyətlə: --Sultan11 18:52, 5 iyun 2011 (UTC)Cavabla

Salam, Sultan müəllim, diqqətinizə görə təşəkkür edirəm. Amma təəssüflməyə gərək yoxdur. İnşanllah sonsuz bloklanmasam, yenə də Sizinləyəm. ) Hörmətlə, 06:16, 6 iyun 2011 (UTC)→VagoMüzakirə

Vagobot

redaktə

Vagobotun redaktələrindən (Şablon:Şəxsləri Şablon:Kino sənətçisi ilə əvəz etdikdən) sonra faylların bir çoxu mətndə görsənmir və istifadəsiz fayıllar səhifəsinə düşür. Vaxtınız olanda exniki düzəliş etmənizi xahiş edirəm. Hörmətlə: --Sultan11 19:10, 5 iyun 2011 (UTC)Cavabla

Problem şablonda idi, düzəldi...→VagoMüzakirə 06:21, 6 iyun 2011 (UTC)Cavabla

Vago@azwikipedia

redaktə

Çox istərdim ki, bürokratımıza ünvanladığım bu ismarıcıma Siz də imzanızı qoyardınız. --►Cek Li Taranmesaj 10:44, 6 iyun 2011 (UTC)Cavabla

Təşəkkürlər

redaktə

Salam Sultan 11. Son bir neçə ayda AzVikiyə yüklənən şəkillərə tam nəzarət etdiyinizə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Bundan əvvəl faylların adlarında apardığınız düzəlişlər, lazımsız faylların silinməsi, dublikat faylların commonsdakılarla əvəz olunması da çox dəyərli və lazımlı iş idi. Şəxsən mən artıq AzVikidə çox vacib bir sahə olan şəkil fayllarına nəzarət məsələsindən sizin sayənizdə çox arxayınam. Yorulmayasız. Hörmətlə:--Sortilegus 21:00, 11 iyun 2011 (UTC)Cavabla

Salam Sortilegus. Təşəkkür üçün sizə əvvəlcədən minnətdarlığımı bildirirəm. Qeyd etdiyiniz kimi AzVikidə olan şəkil fayllarına nəzarət məsələsi çox vacib bir sahədir. Hələ adi istifadəçi olanda belə bu məsələ məni narahat edirdi. Bu gün də bu məsələ öz aktuallığını itirməyib. Sizin və digər təcürbəli istifadəçilərin köməyi sayəsində bu işlər müəyyən qədər qaydasına düşüb. Ümidvaram ki, yaxın aylar ərzində yüklənən yeni fayıllar tam qaydasında olacaq. Köhnə fayıllar üzərində isə işləri davam etdirəcəyik. Sizə fəaliyyətinizdə və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Səmimiyyətlə: --Sultan11 17:00, 12 iyun 2011 (UTC)Cavabla

Azvikiyə yüklənən fayllarla (ogg fayllar azdır, əsasən şəkil fayllarıdır) bağlı bəzi statistik məlumatları təxminən bir ay əvvəl özüm üçün bu səhifədə qaralamışam. Keçən aya olan məlumatlara görə bura 15 350 fayl yüklənib (hazırda 15 681-dir). Keçən ay 11 idarəçi 1 934 fayl, 4 istifadəçi 10 263 fayl yükləmişdi. Ümumilikdə 12 197 fayl edirdi. Qalan bütün istifadəçilər 3 153 fayl yükləmiş olurlar. 11 4=15 - 15 istifadəçinin fayl problemini həll etsək deməli indinin statistik göstəricilərə görə 30 630 istifadəçinin payına cəmi 3 200- 3 300 fayl düşür. 15 istifadəçinin yüklədiyi 10 163 fayldan da 7 798-ini ancaq 1 istifadəçi yükləyib. --Sortilegus 21:42, 14 iyun 2011 (UTC)Cavabla

Salam. Şəkillərlə bağlı bir texniki məsələni də yazım. Əgər hansısa istifadəçi çox sayda şəkil yükləyirsə, sizin lisenziyalaşdırma, kateqoriyalaşdırma ilə bağlı qeydləri nəzərə almırsa və onun bu fəaliyyətinə nəzarət müəyyən problem yaradırsa (adətən yeni və təcrübəsiz istifadəçilərdə bu hal tez-tez olur) - onun fəaliyyətini hər gün təftiş etməmək və ona hər gün xəbərdarlıq mesajı göndərməmək də olar (təbii ki, əgər bu kütləvi hal almayıbsa - gündə 50-100-300 şəkil deyil, 3-4 şəkil yükləyirsə). Çünki adətən təcrübəsiz istifadəçilər bu cür xəbərdarlıqlardan çəkinirlər və bu onların vikipediyaya marağını azaldır. Sadəcə fəaliyyətini nəzarətə götürün. Bu mənim şəkil yükləmə statistikamdı → [7]. Fayl yükləmə fəaliyyətini nəzarətə götürdüyünüz istifadəçinin burdakı ssılkada name=sortilegus&lang bölməsində istifadəçi adını mənim istifadəçi adımın yerinə yazın, məsələn, sizin öz istifadəçi adınız name=Sultan11&lang, yəni ki bu formada [8] Və həftədə 1 dəfə istifadəçinin yüklədiyi 10-15, 20 şəklin lisenziya problemi olduğunu ona cəmi 1 xəbərdarlıq mesajında bildirin. Amma fəaliyyətə başlayan və lisenziyasız elə ilk şəkli yükləyən kimi xəbərdarlıq ismarıcı göndərmək pis fikir deyil. Son vaxtlar görürəm ki, sizin bu xəbərdarlıqlardan sonra təcrübəsiz istifadəçilər kənd meydanında, ya elə sizin özünüzün istifadəçi müzakirəsi səhifənizdə dərhal şəkil yükləmə qaydaları ilə maraqlanırlar və səhvlərini düzəldirlər. Hörmətlə:--Sortilegus 19:08, 18 iyun 2011 (UTC)Cavabla

Sortilegus bir daha salam. Tövsiyyə üçün sizə təşəkkür edirəm. Doğurdan da sizin sonda söylədiyiniz üsul daha effektlidir. Çünki bu zaman təcrübəsiz istifadəçilər şəkil yükləmə qaydaları ilə maraqlanırlar və səhvlərini düzəltməyə çalışırlar. Belə etməsək yəqin ki, bir müddət sonra qaydalar yenidən pozulacaq. Səmiiyyətlə: --Sultan11 19:47, 18 iyun 2011 (UTC)Cavabla

Tövsiyə verməm də bəlkə bir az yersiz göründü:) AzVikiyə yüklənən faylların təftişi ilə bağlı bütün qərarlarınızı dəstəkləyirəm. Yuxarıda da qeyd etdiyim kimi sizin sayənizdə bu sahədən tam arxayınam. Hörmətlə:--Sortilegus 20:00, 18 iyun 2011 (UTC)Cavabla

Bir daha minnətdaram. Səmiiyyətlə:--Sultan11 20:08, 18 iyun 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə
 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.
  • Çox sağ olun, məlumatlandırdığınız üçün sizə də təşəkkürlər. Fuad Sultan.
Dəyməz, mükafat almanız münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, sizin kimi dəyərli istifadəçilərin sayəsində AzViki inkişaf edəcək.

P.S.Müzakirə səhifələrində yazınızın sonuna imza atın. Bunun üçün səhifənin yuxarısına diqqət etsəniz oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar. Sizə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 17:17, 12 iyun 2011 (UTC)Cavabla

Şablon:Mahnı Albomları

redaktə

Salam Sultan11! Sizin Mahnı Albomları şablonda bu redaktələr sonra bütün albomlar haqqında məqalələrimdən şəkillər yox olub. Bu problemi həll edə bilərsizmi? --Мурад 97 22:47, 12 iyun 2011 (UTC) Cavabla

Salam Мурад 97. Problem həll olundu. Sizə uğurlar. --Sultan11 17:51, 12 iyun 2011 (UTC)Cavabla
Gördüyüm kimi artıq həll etdiniz. Təşəkkürlər. --Мурад 97 22:54, 12 iyun 2011 (UTC)Cavabla

Adlar

redaktə

Mən yazıdakı tək xalça xüsusiyyətlərini sildim, mümkündürsə, keçmiş adlara qaytarın. Azərbaycan xalçaçılıq veb-səhifəsində bu xalçaçılıq məktəbinin xüsusiyyətləri kimi göstərilib. --Fuad Sultan.

Adlar düzgün olaraq dəyişdirilmişdir. Məsələn; Mənbədən də göründüyü kimi söhbət bir xalçadan gedir. Zəncan xalçası Ərdəbil qrupunun Təbriz məktəbinə aid xalça növüdür. Adlandırmazdan öncə mövzu ilə yaxından tanış olsanız daha yaxşı olar. Uğurlar. Hörmətlə: --Sultan11 18:38, 12 iyun 2011 (UTC)Cavabla

Niyə sildiniz??

redaktə

Salam! Mən yaratdığım mövzunu niyə sildiniz? Mən əlavələrimi etmək istədim bu gün amma baxıram ki movzu silinib. Niyə? — Bu imzasız yazı Kaan920 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 22:18, 15 iyun 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC) Cavabla

Niyə SİLDİNİZ?

redaktə

Salam! Mən yaratdığım mövzunu niyə sildiniz? Mən əlavələrimi etmək istədim bu gün amma baxıram ki movzu silinib. Niyə? Hörmətlə, Kaan920 (yeni istifadəçi) — Bu imzasız yazı Kaan920 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Qlobal vandalizm

redaktə

Salam Sultan11. Vikipediyada qlobal vandalizm deyilən bir məfhum da var. Saxta istifadəçi hesablarından bu cür vandalizm aparılır. Adətən ilk mərhələdə IP ünvanlarından istifadə olunur, sonra qeydiyyatdan keçmiş istifadəçi vandalizmi davam etdirir. Lokal idarəçi bir qayda olaraq bu 2-ci vandalizm halını ləğv edir, 1-ci isə qalır. Təxminən indiki halda Şarlottanın Toru 2: Uilburın böyük sərgüzəştləri məqaləsi bu dediklərimə misal ola bilər. "Şarlotta". "Xanım və avara", "Tülkü və ov iti" və s. bu kimi bəzi təxminən 10-ya yaxın Disney cizgi filmi bu cür qlobal vandalizmin "qurbanları"dır. Elə bizdə də elədir. Vaxt tapıb o məqalələri təftiş etmək lazımdır. Çox böyük ehtimal ki, ordakı bir çox məlumatlar saxtadır. Hörmətlə:--Sortilegus 19:15, 17 iyun 2011 (UTC)Cavabla

Şəkil

redaktə

Salam.Şəkillərə müəllif,mənbə və lisenziya əlavə etdim.Xahiş edirəm əgər düzdürsəmənə deyin.Sağ olun. — Bu imzasız yazı Corcinya (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam Corcinya. Şəkillərə mənbə və lisenziyanı düzgün yerləşdirməmisiniz. Siz öz şəxsi fotoaparatınız, telefonunuz və s. vasitəslə çəkdiyiniz şəkilin (faylın) müəllifi ola bilərsiniz. Qalan hallarda bütün şəkillər müəllif hüququ ilə qorunur. İnternetdən əldə etdiyiniz şəkillər məhz ikincilərə aiddir.

 
İmzanı bu düyməni çıqqıldatmaqla atmaq olar.

Qeyd edim ki, şəkilə mənbə və lisenziya əlavə etmək üçün onu heç də yenidən yükləməyə ehtiyac yoxdur. Bunun üçün şəkil yerləşən səhifənin yuxarısındakı redaktə düyməsinə çıqqıldatmaqla başlamaq olar.

Bu şəkilə (fayla) nümunə üçün mənbə və lisenziyanı əlavə edirəm. Siz də bu qayda üzrə bütün yüklədiyiniz şəkilləri redaktə edə bilərsiniz. Sualınız olarsa tərəddüd etmədən bir daha yaza bilərsiniz. Mən və digər təcrübəli istifadəçilər hər an sizə köməklik edərlər.

P.S.Müzakirə səhifələrində yazınızın sonuna imza atın. Bunun üçün redaktə üçün açılan səhifənin yuxarısına diqqət etsəniz, oradan yan tərəfdə ki, şəkildə ğöstərildiyi qaydada imza atmaq olar.Sizə uğurlar. Hörmətlə: --Sultan11 19:35, 18 iyun 2011 (UTC)Cavabla

Həftənin seçilmiş məqaləsi

redaktə

Salamlar. Həftənin seçilmiş məqaləsi boşdur. Lütfən nöbəti məqaləni yerləşdirin.--Ebrahimi-amir 04:18, 20 iyun 2011 (UTC)Cavabla

Salam Ebrahimi-amir. Bu işi artıq Vago yerinə yetirmişdir. Təəssüf ki, siz ismarıc yazanda mən artıq burada olmamışam. Sizə uğurlar arzusu ilə: --Sultan11 08:30, 20 iyun 2011 (UTC)Cavabla

Nümunə

redaktə

Nümunədəki kimi düzəltdim.Əgər indi düz oldusa zəhmət olasa deyin.--coci 08:57, 20 iyun 2011 (UTC)

Yenə düzgün olmadı. Axı mən sizə nümunə göstərdim. Sizsə eyni mənbələri şəkilə əlavə edirsiniz. Onlara eyni mənbəni yox, hər birinə əldə etdiyiniz mənbələri ayrı-ayrı əlavə edin. belə ki, şəkilləri əldə etdiyiniz səhifənin sayt ünvanını, qəzet, jurnal, kitab adlarını (nəşriyyat, il, səhifə) dəqiq göstərmək lazımdır. Sizə uğurlar arzusu ilə: --Sultan11 20:19, 21 iyun 2011 (UTC)Cavabla

Silinəcək

redaktə

Salam sefer azeri. Bu şəkili azad şəkillə əvəz etmənizi xahiş edirəm. Şəkil reklam xarakterli oduğu üçün bir müddət sonra silinəcək. Hörmətlə: --Sultan11 19:23, 22 iyun 2011 (UTC)Cavabla

Salam. Hansı reklam xarakterini nəzərdə tutursuz. Şəkil album coverdir. Üzərində hansısa saytın və ya blogun reklam yazısı da yoxdur. Düzü nəyi nəzərdə tutduğunuzu anlamadım. Bizdə lazımlı şablonlar olmadığından bu cür faylları düzgün sertifikatlaşdırmaq olmur sadəcə. Məsələn bu cür [9]--sefer 11:34, 23 iyun 2011 (UTC)Cavabla
Deyəsən diqqətlə yanaşmadığım üçün bu dəfə mən səhvə yol vermişəm. Deməli, silinməyəcək. Sizə uğurlar. --Sultan11 05:46, 25 iyun 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Manna məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --sefer 13:47, 25 iyun 2011 (UTC) Cavabla

Məqalə silmək

redaktə

Salam Sultan! Əvvəlcədən təşəkkür edirəm. Sual vermək istəyirəm! Hər hansı bir məqaləni necə silmək olar? Söhbət mənim yaratdığım məqalələrdən gedir. — Bu imzasız yazı Ekspert 1982 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Nə məsələdi?

redaktə

Salam Sultan! Bu nə məsələdi? Mənim məqalələrim niyə silinib? Xahiş edirəm izah verəsiniz! — Bu imzasız yazı Ekspert 1982 (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam http://toolserver.org sayıtı nə üçündü bu sayıt haqqında mənə məlumat verərsəniz çox sevinərdim--Capay 06:27, 30 iyun 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
İdarəçi seçkisi ilə əlaqədar burada (Vikipediya:İdarəçilər) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə --Ebrahimi-amir 06:20, 4 iyul 2011 (UTC) Cavabla

Qiymət

redaktə

Salam, Cek Li Taran. Əməyimə verdiyiniz bu yüksək qiymətə görə sizə təşəkkür edirəm. Sizə fəaliyyətinizdə yeni-yeni uğurlar qazanmağı arzulayıram. Səmimiyyətlə:--Sultan11 05:57, 7 iyul 2011 (UTC)Cavabla

Əslində bu qiyməti çoxdan verməli idim:) Siz çox dəyərli idarəçisiniz! --►Cek Li Taranmesaj 10:52, 7 iyul 2011 (UTC)Cavabla

Səfərdən salamat

redaktə

Xoş gördük Sultan bəy :). Çox sağ olun! Ancaq mən hələ də səfərdəyəm belə demək olarsa :). Sadəcə bir neçə vaxt idi ki, girib yazıları oxusam da birbaşa yazmağa imkan olmurdu. İndi çalışacam bu boşluğu aradan qaldırım. Bir daha təşəkkür edirəm! :) --Proger danış 12:00, 10 iyul 2011 (UTC)Cavabla


Taleyin açarı

redaktə

Əgər xarakterini və hansı tip insanlara aid olduğunu bilmək istəyirsənsə, Numerologiya məqaləsini oxu!!!--Tar 88 06:59, 17 iyul 2011 (UTC)Cavabla

Salam, Tar 88. Sizi bir daha öz sıralarımızda görməyimə çox şad oldum. Hərbi xidməti uğurla başa vurmanız münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bütün işləri beləcə uğurla başa vurasınız. Azvikidə fəaliyyətiniz zamanı sizə yeni-yeni zirvələri fəth etmənizi arzu edirəm. Hörmətlə: --Sultan11 07:41, 17 iyul 2011 (UTC)Cavabla

Blok

redaktə

Salam. Zəhmət deyilsə bu [10] səhifənin blokunu açardız bir neçə dəqiqəlik. --sefer 14:41, 17 iyul 2011 (UTC)Cavabla

Salam Sefer. bu [11] səhifə hal hazırda mühafizə olunmayıb. --Sultan11 09:48, 17 iyul 2011 (UTC)Cavabla

Redaktəyə bağlıdır yazılır axı [12]--sefer 14:41, 17 iyul 2011 (UTC)Cavabla

Zəhmət olmasa işini bitirdikdən sonra mənə xəbər et. --Sultan11 10:20, 17 iyul 2011 (UTC)Cavabla

Təşəkkür edirəm, əvvəlki blok səviyyəsinə qaytara bilərsiz. --sefer 14:41, 17 iyul 2011 (UTC)Cavabla

Təşəkkürə dəyməz, çox sağolun. Doğrudan da dəyişikliyə ciddi ehtiyac varmış. Hörmətlə: --Sultan11 10:35, 17 iyul 2011 (UTC)Cavabla

Şəkil

redaktə

Salam. Zəhmət olmasa, Uilyam Uayler səhifəsinə nəzər salın. Bu səhifəyə şəkil yerləşdirmək mümkün olmur. Şəkil:Uilyam Uayler (rejissor).jpg Yüklədiyim bu şəkli əgər mümkün olsa səhifəyə yerləşdirin. Təşəkkür edirəm. Hörmətlə: --Babək Akifoğlu 11:25, 17 iyul 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. --Babək Akifoğlu 11:34, 17 iyul 2011 (UTC)Cavabla

Salam. Təşəkkürə dəyməz. Sizə uğurlar arzusu ilə: --Sultan11 11:47, 17 iyul 2011 (UTC)Cavabla

Mənbə

redaktə

Salam.Mən elə şəkillərə mənbə ni elə əlavə edirdim.Düzdü bəzi şəkillərə məsələn,elə sizin düzəltdiyiniz şəkildə mənbədə Call Of Duty 7:Black Ops yazmaq yerinə Sims 2 yazısı qalmışdı.Mən hamısına eyni mənbəni(lisenziya və s. yazılanı) kopyalıyırdım və şəkili götürdüyüm saytın adını dəyişirdim.Bəzilərində o birisi yadımdan çıxırdı.Sizdən üzür istəyirəm və birdə təkrarlamamağa çalışacam.Bir də mən "İnsan Fəaliyyəti və Ekoloji Problemlər" məqaləsini yaratmaq istəyirəm.Burada buna oxşar bir məqalə yoxdursa düzəltmək istəyirəm.Var?--Corcinya 16:22, 17 iyul 2011 (UTC)Cavabla

Bu vikidə "Ekoloji problemlər" adında səhifə mövcutdur. Nə istəsəniz ora əlavə edə bilərsiniz. Maraq üçün Ekologiya mövzusunada baxa bilərsiniz. Qeyd edim ki, üzr istəniləsi bir şey yoxdur. Sadəcə mənbələri hələdə düzgün əlavə etmirsiniz. Mənbə hər hansı sayıtdan olduqda (kitab, qəzet, jurnal və s. oxşar mənbələr istisna olmaqla) keçid verməlidir. Yuxarıdakı nümunədə göstərildiyi kimi. Hörmətlə: --Sultan11 12:44, 17 iyul 2011 (UTC)Cavabla

Dayandırın

redaktə

Salam.Mən şəkillərin mənbələrini şəkili götürdüyüm səhifənin adını yazıram.Səhvdisə necə düzəldim?--Corcinya 16:22, 18 iyul 2011 (UTC)Cavabla

Zəhmət olmasa hansı şəkilin mənbəsinin səhv olduğunu mənə deyin.Çünki mən şəkili haradan götürmüşəm o saytın adını yazıram.--Corcinya 16:22, 18 iyul 2011 (UTC)Cavabla

Siz şəkili götürdüyünüz səhifənin adını yox, yüklədiyiniz şəkil səhifəsinin ünvanı göstərilən (hal-hazırda səhifənin yuxarısında, ox işarələrinin sol tərəfində, "W" işarəsinin qarşısındakı "http://az.wikipedia.org/..." yazısının yerində) sahəni üzərində siçanı bir dəfə çıqqıldadın. Yazılar qaraldıqdan sonra həmin yazıları "kopiyalayıb" (ingilis dilində "Copy", rus dilində isə "Копировать") mənbə yerinə əlavə edin. --Sultan11 18:48, 18 iyul 2011 (UTC)Cavabla

Düzəltdim

redaktə

Salam.Sizin dediyiniz kimi düzəltdim,indi yəgin ki, 100% düz olacaq. Düzdü? --Corcinya 16:22, 19 iyul 2011 (UTC)Cavabla

Bir daha salam. Yox, Corcinya, xarici görnüşünü 100% düzəltsənizdə, əslində düzəltməmisiniz. Şəkillərdə ki, mənbələrdə keçidlər düz deyil. Həmin keçidləri yoxlayın. Mənbələrin heç biri keçidi düz açmır. Nümunə üçün bu şəkilə baxın. Digər şəkili isə mən nümunə üçün düzəltdim. Hörmətlə: --Sultan11 16:36, 19 iyul 2011 (UTC)Cavabla

Salam.Düz açan şəkilləri google/şəkillərdə indidə tapıb mənbəni düzəldə bilmişdim.Bəziləri əvvəldən elə üstən düzüydü ,ona görə dəyişmədim.İndi tapmadıqlarıma başqa mənbə yazdım.İndi səhvlər silinəcək?Düzəltməsəm olmaz?--Corcinya 16:22, 19 iyul 2011 (UTC)Cavabla

Shəkil etikletleri

redaktə

Informatsiyaya gore cox sagolun. --NovaSkola 04:31, 21 iyul 2011 (UTC)Cavabla

Pol Qogen

redaktə
Salam Baskervill. Bəli, şəkillər mənim tərəfimdən silinmişdir. Çünki yüklənən şəkillər müəllif hüquqları ilə qorunur. Zəhmət olmasa şəkillərin aşağıdan sağ küncünə diqqət edəsiniz.

P.S.Tövsiyə üçün qeyd eüdim ki, Azərbaycanca vikipediyaya bir mövzuya aid çox (kütləvi şəkildə)şəkil yükləmək heç də düzgün deyil. Əgər commonsda şəkil yoxdursa lokal vikiyə 2 və ya 3 şəkil yükləmək kifayət edər. Tanışlıq məqsədi ilə (rəssamın ən məşhur əsərlərindən). Sizə uğurlar. Hörmətlə: --Sultan11 17:51, 31 iyul 2011 (UTC)Cavabla

Qızıl qələm nişanı

redaktə

Salam, Sültan müəllim. "Qızıl qələm nişanı"nı tərəfinizdən təqdim olunması sevindiricidir. Gec görməyimi üzürlü hesab edin. Müvəffəqiyyətlər arzusu ilə təşəkkür edirəm. Hörmətlə,→VagoMüzakirə 08:14, 1 avqust 2011 (UTC)Cavabla

Vikipediya:Qaralama dəftəri

redaktə

Salamlar bəy. Vikipediya:Qaralama dəftəri silinib. Lütfən bərpa edin. Hörmətlə --Əmir İbrahimi *danışıq* 15:31, 3 avqust 2011 (UTC)Cavabla

 YSalamlarEbrahimi-amir bəy. Bərpa edildi. Hörmətlə: --Sultan11 15:37, 3 avqust 2011 (UTC)Cavabla

Nero (proqram)

redaktə

Salam Sultan müəllim.Xahiş edirəm Nero (proqram) məqaləsinə etdiyiniz dəyişikliyi geri qaytarasınız.Çünki qardaşım Oruclu Yusuf ora yeni dəyişikliklər edəcək.Yəni məqaləni zənginləşdirəcək.Mən özüm etmək istədim amma alınmadı.Xahiş edirəm dəyişikliyi geri qaytarasınız. Hörmətlə.Rızayeva Leyla 17:02, 3 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla

Salam Leyla xanım. Mən orada elə ciddi dəyişikliklə etməmişəm. Sadəcə şəkilləri bir yerə toplamışam. Diqqətlə baxsanız şəkilin yuxarı hissəsində başlığın altında oxlarla şəkillərə bir-bir baxa bilərsiniz. Hörmətlə: --Sultan11 17:09, 3 avqust 2011 (UTC)Cavabla

Bilirsiz qardaşım istəyir ki, şəkillər açıq sıra ilə düşsün.Əgər bir problem törətmirsə və Vikipediya qayda-qanunlarına zidd deyilsə xahiş edirəm dəyişəsiniz.Dedim axı mən dəyişə bilmirəm.Hörmətlə.Rızayeva Leyla 17:14, 3 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla

Yaxşı, mən düzəlişi geri qaytarıram. Çalışmaq lazımdır ki, şəkildən çox məqalə geniş olsun. Hörmətlə: --Sultan11 17:28, 3 avqust 2011 (UTC)Cavabla

Çox sağ olun.Məqaləni genişləndirəcəyik.Hörmətlə.Rızayeva Leyla 17:30, 3 avqust 2011 (UTC)Rızayeva LeylaCavabla

Dəyməz, siz də sağ olun. --Sultan11 17:33, 3 avqust 2011 (UTC)Cavabla

What does The Rescuers mean in Azeri?

redaktə

Shouldn't this article be renamed into Azeri? 70.146.254.9 18:03, 3 avqust 2011 (UTC)Cavabla

This article means "Xilasedicilər" in Azeri. I think it are trademarks. They must be the original name. But the azeri language can be found in the redirect. --Sultan11 18:27, 3 avqust 2011 (UTC)Cavabla

Then why are all other Disney/animated movie articles titled in Azeri? I'm talking about "Tülkü və ov iti (cizgi filmi)", "Şarlottanın toru (film, 1973)", "Bembi", "Dambo", "Xanım və Avara", "Xanım və Avara 2: Yaramazın sərgüzəştləri", and "Notrdam kilsəsinin qozbeli (cizgi filmi, 1996)". 70.146.254.9 18:33, 3 avqust 2011 (UTC)Cavabla

In this case you redirect in the original name articles. You turned Vusal1981. He will answer your question better than I do. --Sultan11 19:01, 3 avqust 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Çox sağ olun, təşəkkür edirəm. Dərin hörmətlə:--Enver62 20:16, 3 avqust 2011 (UTC)Cavabla

Təşəkkürə dəyməz. Bu sizin əməyinizə verilən kiçicik bir qiymətdir. Səmimiyyətlə: --Sultan11 20:29, 3 avqust 2011 (UTC)Cavabla

Şəki ilə bağlı məqalələr

redaktə

Onların Sizin tərəfinizdən silinməsini görmədim, sonradan diqqət yetirdim ki, Siz silmisiniz. Hesab edirəm ki, əgər "Şirvan (tarixi ərazi)" məqaləsi varsa, eləcə belə bir məqalə həm də Şəki üçün yaradılmalıdır, düzdür bunun üçün çox iş lazımdır. Həm də nəzərinizə çatdırmaq istəyirəm ki, Şəki xanlığı, Şəki rayonu, Şəki şəhəri məqalələri Şəki ölkəsi məqaləsinmi heç gürə əvəz edə bilməz. Hörmətlə: --Aydın Məmmədov 03:55, 7 avqust 2011 (UTC)Cavabla

Salam Aydın müəllim. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Şəki xanları, knyazları, hakimləri, məlikləri ... ilə bağlı yaratdığınız və yaradacağınız məqalələr AzViki ilə yanaşı gənc nəsil üçün çox dəyərlidir. Yaratdığınız çoxsaylı dəyərli məqalələrə, etdiyiniz yüksək səviyyəli redaktələrə görə sizə təşəkkür edirəm.

Qeyd etdiyiniz məqalələr Ay Pi-lər tərəfindən qeyri enklopedik məqalə şəkilində yaradılmışdır. Ona görədə mənim tərəfimdən silinmişdir. Şəki ölkəsi yönləndirmə səhifəsinə isə sil şablonu yerləşdirildiyi üçün silinmişdir. Mən belə məqalələrin Azərbaycanın digər bölgələri üçün də yaradılmasının tərəfdarıyam. Ancaq ensklopedik məqalələr. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Səmimiyyətlə: --Sultan11 20:36, 8 avqust 2011 (UTC)Cavabla

Biologiya Ulduzu

redaktə

Thanks! :) Remedios44 (müzakirəsi) 21:29, 8 avqust 2011 (UTC)Cavabla

Witam Remedios44. Cieszę się, że tu jesteś. Dzięki za interesujące zmiany. Powodzenia: --Sultan11 21:40, 8 avqust 2011 (UTC)Cavabla

Təşəkkür

redaktə

Gec də olsa mənə verdiyiniz Ləyaqət və nəciblik nişanına və ünvanıma yazdığınız xoş sözlərə görə Sizə təşəkürümü bildirirəm . Eyni zamanda bilidirim ki, Sizin azərbaycan vikipediyasında fəaliyyətiniz dəyərlidir. Daima bunu izləyir və çox məmnun oluram. Gələcək işlərinizdə uğurlar arzulayıram. Hörmətlə --Acategory 04:50, 10 avqust 2011 (UTC)Cavabla

Şəkillər

redaktə

Salam. Mən də istərdim ki, yüklədiyim şəkilləri igər vikilərdəki kimi normal sertifikatlaşdırım, amma bizdə bütün şablonlar yoxdu axı?! Ona görə də məcburən çoxunu promo şablonlasertifikatlaşdırıram. O ki qaldı kateqoriyalara düzü şəkillər üçün hansı kateqoriyalar olmasından xəbərim yoxdu, amma çalışaram kateqoiya əlavə edim. Diqqətinizə görə təşəkkürlər.Hörmətlə --sefer 17:236, 14 avqust 2011 (UTC)

Mən əsasən son zamanlar yüklədiyiniz şəkillərdə mənbələrin olmamasını nəzərdə tuturam. Mən də sizinlə razıyam. Şəkillər bölməsi bizim bəlkə də deyərdim ki, ən ağrılı sahələrimizdən biridir. Kateqoriyalar üçün isə budiğər səhifələrə nəzər salın. Bəlkə köməyinizə yaradı.

Qeyd edim ki, təcrübəli və bacarıqlı istifadəçilərimizdə biri olduğunuz üçün inanıram ki, bu işdə öz köməkliyinizi əsirgəməyəcəksiniz. Hörmətlə: --Sultan11 07:40, 15 avqust 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
VP:TYV qaydalarına əməl olunması ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı#VP:TYV_2011) Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Melikov Memmedemail 06:28, 17 avqust 2011 (UTC) Cavabla

Şəkil:Mugam.jpg

redaktə

Xahiş edirəm, bu şəkilin adı dəyişin. --Мурад 97 18:47, 25 avqust 2011 (UTC)Cavabla

 Y Dəyişdirildi. Hörmətlə: --Sultan11 19:09, 25 avqust 2011 (UTC)Cavabla

Mənbə

redaktə

Salam, Baskervill. Xahiş edirəm son zamanlar yüklədiyiniz şəkillərə ən azından mənbə əlavə edin. Əks halda həmin şəkillər bir müddət sonra silinəcək. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 08:22, 28 avqust 2011 (UTC)Cavabla

Əleykümə Salam.Hörmətli Sultan11 bəy, axı mən etiket əlavə edirəm, məyər əsas olan bu deyil?--Baskervill 08:50, 28 avqust 2011 (UTC)Cavabla

Mənbə olmadığı halda etiket əsassızdır. Məqalələrdə ki, kimi - mənbə və istinadsız necə etiket (lisenziya) əlavə edə bilərik. Əgər bu gün mənbə əlavə edilmirsə AzViki inkişaf etdikcə mənbəsiz şəkillər onsuzda silinəcək. Hal-hazırda şəkillər (fayllar) üzərində müxtəlif işlər görülür. Qısa vaxt ərzində minlərlə şəkillər lisenziyalaşdırılıb və kateqoriyalara ayrılıb. Şəkillərə mənbə, lisenziyakateqoriya əlavə etmək mütləq lazımdır. Bununla ümumi işimizə kömək etmiş olarsınız. Hətta yeni, təcrübəsiz istifadəçilərə kömək etməklə xeyli iş görmüş olarıq. Sizə uğurlar arzusu ilə: --Sultan11 09:12, 28 avqust 2011 (UTC)Cavabla

Sizdən bir söz soruşum.Bu mənbəni etiket olan yerə əlavə edilir?--Baskervill 20:48, 29 avqust 2011 (UTC)Cavabla

Bir daha salam. Bağışlayın bir az gec cavab yazdım. Qeyd edim ki, şəkilə mənbə və lisenziya əlavə etmək heç də elə çətin deyil. Bunun üçün şəkil yerləşən səhifənin yuxarısındakı redaktə düyməsinə çıqqıldatmaqla başlamaq olar.

Bu şəkilin (faylın) nümunə üçün mənbə və lisenziyasını redaktə edirəm. Siz də bu qayda üzrə bütün yüklədiyiniz şəkilləri redaktə edə bilərsiniz. Sualınız olarsa tərəddüd etmədən bir daha yaza bilərsiniz. Sizə uğurlar. Hörmətlə: --Sultan11 20:03, 31 avqust 2011 (UTC)Cavabla

Bu mənə çox lazım idi.Siz hər şeyi ətraflı izah etmisiniz.Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Hörmətlə--Baskervill 08:40, 4 sentyabr 2011 (UTC)Cavabla

Təşəkkürə dəyməz. Bu səhifəyədə diqqət yetirsəniz yaxşı olar. Gələcəkdə lazım olar. Fəaliyyətinizdə sizə yeni-yeni zirvələr fəth etmənizi arzulayıram. Səmimiyyətlə: --Sultan11 08:54, 4 sentyabr 2011 (UTC)Cavabla

Şəki xanlığının gerbi

redaktə

Salam, bilmək istəyirəm həmin şəkli niyə sildiniz? Hörmətlə: --Aydın Məmmədov 21:27, 28 avqust 2011 (UTC)Cavabla

Salam Aydın müəllim. Sadəcə olaraq mexaniki səhv etmişəm. Şəkilin "Shekiningerbi" adını dəyişib "Şəkinin gerbi" etsəmdə məqalədə bu dəyişikliyi mexaniki olaraq nəzərə almamışam. Üzürlü hesab edin. Bunu indi etdim. Diqqətinizə görə təşəkkür edirəm.

P.S. Yeri gəlmişkən əgər mümkünsə bayraq şəkillərinə mənbə əlavə edərdiniz. Şəkilləri məqalə adlarına daha yaxın adlandırın. Bu gələcək işlərimiz üçün vacibdir. Səmimiyyətlə: --Sultan11 19:08, 29 avqust 2011 (UTC)Cavabla

Melikov Memmed

redaktə

Salam. Zəhmət olmasa bu məsələyə münasibətinizı bildirin: [13] --Irada 11:18, 11 sentyabr 2011 (UTC)Cavabla

Şəkil:Sultan-sayid-qabri.JPG

redaktə

Səlam çox çox bəğişliyin mən AzVikinin yeni istifadəçilərindənəm . baxın görün indi müşkül həll olup ya yox Şəkil:Sultan-sayid-qabri.JPG .--Arslanteginghazi 07:44, 14 sentyabr 2011 (UTC)Cavabla

Salam Arslanteginghazi. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Etdiyiniz çoxsaylı dəyərli redaktələrə görə sizə təşəkkür edirəm. Hər bir yeni istifadəçiyə kömək əlini uzatmaq bizlərin borcudur. Ona görə də hər zaman hər hansı sualınız olarsa çəkinmədən müraciət edə bilərsiniz. Bəli, indi müşkül həll olub. Şəkil (görüntü, fayl) yükləyərkən şəkillərə mənbə, lisenziyakateqoriya əlavə etmək mütləq lazımdır. Bununla ümumi işimizə kömək etmiş olarsınız. Sizə işlərinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 19:41, 14 sentyabr 2011 (UTC)Cavabla

İstifadəçi:Rbrausse

redaktə

Hi Sultan11,

sorry for writing English, unfortunately I don't speak Azerbaijani.

You moved İstifadəçi:Rbrausse/Mükafatlar to İstifadəçi:Rbrausse and hinted me to your user renaming page. But I wasn't trying to rename myself - instead I intended to secure Baskervill's barnstar (on the sub page) and get a "red" (=deleted) user page again: I'm editing in about 150 Wikimedia projects and *everywhere* my own page is non-existent; somehow I prefer it this way.

Could you please revert your page move and delete my user page?

Thanks in advance, Rbrausse 16:12, 16 sentyabr 2011 (UTC)Cavabla

Çox sağ olun! Rbrausse 16:45, 16 sentyabr 2011 (UTC)Cavabla


Şəkil

redaktə

Şəkilə baxdım.Xahiş edirəm o şəkilə necə lisenziya əlavə edə biləcəyimi mənə deyəsiniz.Şəkil url-si budur.http://az.wikipedia.org/wiki/Şəkil:Bloom_believix.jpg Hörmətlə.Rızayeva Leyla 17:02, 16 sentyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Bir daha salam. Bağışlayın bir az gec cavab yazdım. Qeyd edim ki, şəkilə mənbə və lisenziya əlavə etmək heç də elə çətin deyil. Bunun üçün şəkil yerləşən səhifənin yuxarısındakı redaktə düyməsinə çıqqıldatmaqla başlamaq olar.

Bu şəkilin (faylın) nümunə üçün mənbə və lisenziyasını redaktə edirəm. Siz də bu qayda üzrə bütün yüklədiyiniz şəkilləri redaktə edə bilərsiniz. Sualınız olarsa tərəddüd etmədən bir daha yaza bilərsiniz. Sizə uğurlar. Hörmətlə: --Sultan11 13:29, 19 sentyabr 2011 (UTC)Cavabla

E-mailiniz

redaktə

Vikipediya idarəçilərindən və bir neçə aktiv üzdən müsahibə almaq və dərc etmək fikrindəyik, mənə e-mail ünvanınızı yaza bilərsinizmi? Mənim e-mailim: [email protected]

Lisenziya

redaktə

Salam Sultan müəllim.Şəkili düzəltməyi tapa bilmədim.Xahiş edirəm şəkili siləsiniz.Onun yerinə başqqa şəkil əlavə edəcəm.Çox sağ olun.Hörmətlə Rızayeva Leyla 05:37, 19 sentyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Şəkili dəyişməyə ehtiyac yoxdur. Onun mənbəsini əlavə etməniz lazımdır. --Sultan11 13:33, 19 sentyabr 2011 (UTC)Cavabla

Barışıq layihəsi

redaktə

Salam, Sultan11. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:30, 19 sentyabr 2011 (UTC)Cavabla

Təşəkkür...

redaktə

Salam. İstiqamətləndirməyə görə təşəkkür... Yeni olduğuma görə bəzi çətinliklərim var. Köməyə görə mimmətdaram. Hətta burda yazmağı çətinliklə tapdım ))))... Ilash 12:31, 19 sentyabr 2011 (UTC)Cavabla

Yeni istifadəçilərə kömək etmək bizim borcumuzdur. Nə vaxt hər hansı sualınız olarsa müraciət edə bilərsiniz. Sizə yeni-yeni uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 12:47, 19 sentyabr 2011 (UTC)Cavabla

Şəkil

redaktə

Salam Sultan müəlllim.Öyrətdiyinə görə sağ olun.Şəkil deyəsən düzəltdim.Xahiş edirəm baxasınız.Düzgün düzəlmişəm?? Şəkil budur.http://az.wikipedia.org/wiki/Şəkil:Bloom_believix.jpg#Lisenziya

Hörmətlə.Rızayeva Leyla 07:58, 21 sentyabr 2011 (UTC)Rızayeva LeylaCavabla

Mükafat

redaktə

Mükafatınıza görə təşəkkür edirəm mükafatınıza layiq olmağa inşallah çalışaram --Capay 16:57, 21 sentyabr 2011 (UTC)Cavabla

Təşəkkür etməyə dəyməz. Bu kiçik mükafat sizin haqqınızdır. Siz daha yüksək mükafatlara layiqsiniz. Sizə uğurlar. --Sultan11 17:04, 21 sentyabr 2011 (UTC)Cavabla

Xoş gəldin

redaktə

.....

Məndə yuxarıda deyilənlərə qoşuluram. Bir daha xoş gəlmisiniz. --Sultan11 08:55, 28 sentyabr 2011 (UTC)Cavabla

Çox sağ olun. --Əmir İbrahimi *danışıq* 12:54, 29 sentyabr 2011 (UTC)Cavabla

Xoş gördük

redaktə

Salam Sultan bəy.Mən təxminən 4 aydır(kompüterimdə nasazlıq olduğu üçün) vikipediyaya məqalə vermirəm.Bu günlərdə vikipediyaya girdim və "Akateqoriya" adlı(səhv etmirəmsə nəzarətçidir)bir nəfər,güya mənim məqalələrimin qəzet yazısını xatırlatdığını və aşağı səviyyəli olduğu göstərib.Ona yaza bilmədiyim üçün, yazımı sizə ünvanlamağa məcbur oldum.Birincisi mən verdiyim məqalələrdə çalışdığım qədər orfoqrafik səhvlərə yol vermirəm.İkincisi isə bu məqalələri özümdən yazmıram ki,nəsə qeyri-adi bir şeyə bənzəyə.Sizdən xahiş edirəm ki,verdiyim səhv məqalələri mənə göstərəsiniz.(Həmin şəxsin ünvanını bilmədiyim üçün məktubumu sizə ünvanladım).Təşəkkürlər. — Bu imzasız yazı Elvin Bağışov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salamlar

redaktə
salamlar.:Bu maddənin qoruyun.Fars viki dan hücumu təxribat etmək var. Thank.-- E thp 18:03, 6 oktyabr 2011 (UTC)Cavabla
Nə Maddə silindi.-- E thp 18:50, 6 oktyabr 2011 (UTC)Cavabla
sizədən təşəkkür edirik.Mümkünse məqaləda فارس söze عرب Edin.-- E thp 18:55, 6 oktyabr 2011 (UTC)Cavabla

 Y Salamlar. Hər şey qaydasındadır. Mən məqalənin adını dəyişmək istərkən siz bunu məndən əvvəl etdinizdən belə alınmışdır. Sizə uğurlar, Hörmətlə:--Sultan11 19:04, 6 oktyabr 2011 (UTC)Cavabla

salamlar. Körfəz Region, Fars körfəzi adı ilə. Bu Latın variantını edir (Fars körfəzi). Bir mənbə görə, bu maddə Körfəz Ərəb köçürülüb? Bu təxribat deyil. محسن عبدالهی 19:04, 6 oktyabr 2011 (UTC)Cavabla

Salam محسن عبدالهی. Xahiş edirəm fikirlərinizi mənbə göstərməklə həmin məqalənin müzakirə səhifəsində əsaslandırıb digər istifadəçilərlədə razılaşdıqdan sonra bu məqalənin adını dəyişin. Sizə uğurlar. Hörmətlə:--Sultan11 19:24, 6 oktyabr 2011 (UTC)Cavabla

Edirəm ki, onlar maddə müzakirəsi səhifə iştirak onların bildiribem.Sultan Bir daha təşəkkür edirik sizdan-- E thp 19:12, 6 oktyabr 2011 (UTC)Cavabla

Fars körfəzi & عرب کورفزی

redaktə

سلام

لوطف الیوپ و مقالنه موحافظت الیوپسیز.

فقط من باشا توشمدم هانسه دوزده؟

اوراجان که من بولیرم، آذزبایجان دا فارس کورفزی دوزده

Fars körfəzi

لوطف الین و مقالنه فارس کورفزی دیشن

ساق اولاسیز In fact 19:04, 6 oktyabr 2011 (UTC)Cavabla

Salam. Xahiş edirəm redaktələri geri qaytarmaq əvəzinə həmin məqalənin müzakirə səhifəsində öz fikrinizi əsaslandırıb digər istifadəçilərlədə razılaşdıqdan sonra bu məqalənin adını dəyişin. Sizə uğurlar. Hörmətlə: --Sultan11 19:13, 6 oktyabr 2011 (UTC)Cavabla

Dəvət

redaktə
 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Sibir yupikləri məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Sibir yupikləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə, --Baskervill 13:49, 10 oktyabr 2011 (UTC) Cavabla

Muxtar Əfəndizadə

redaktə

Salamlar, mənim yaratdığım məqalə daha köhnə, daha dolğun idi. Siz niyə onu pozub, məlikovMəmmədinkimi saxladınız? İnsaf yaxşı şeydi... Hörmətlə:--Enver62 20:27, 28 oktyabr 2011 (UTC)Cavabla

Salam, Enver62. Doğrusu məqalələrin yaranma tarixinə nəzər salıb hansının əvvəl yaradılmasına əsaslanıb bunu etdim. Əgər etirazınız varsa redaktəmi geri qaytara bilərəm. Hörmətlə: -- ■ Sultan mesaj 20:33, 28 oktyabr 2011 (UTC)Cavabla

Qətiyyən etirazım yoxdur. Mən hansının daha köhnə olduğunu bilmək istərirdim. Hörmətlə: --Enver62 20:36, 28 oktyabr 2011 (UTC)Cavabla

Budigər səhifəyə nəzər sallın. Sizə uğurlar arzusu ilə -- ■ Sultan mesaj 20:46, 28 oktyabr 2011 (UTC)Cavabla

Azvikinin bürünc medalı

redaktə

Mən də təbriklərə qoşuluram. Sizə yeni-yeni uğurlar arzu edirəm. Hörmətlə: -- ■ Sultan mesaj 19:23, 4 noyabr 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. --Babək Akifoğlu 20:11, 4 noyabr 2011 (UTC)Cavabla

Şəkil məsələsi

redaktə

Salam Hörmətli Sultan11. Mənim şəkillərə olan problemim yəgin ki, sizə tanışdır. İndiyə qədər az vikiyə tərəfimdən əlavə edilən şəkillərə heç bir şablon əlavə etmirdim. Ancaq belə hərəkət etməklə necə böyük səhv etdiymi indi anladım. İndiyə qədər bu sahədə səhlənkarlıq etdiymə görə sizdən üzr istəyirəm. Mən bu şəkildə olan məsələni həll etdim. Əgər hər şeyi düzgün etmişəmsə lütfən mənə məlumat verin. Dərin Hörmətlə --Baskervill 10:30, 5 noyabr 2011 (UTC)Cavabla

Salam hörmətli həmkarımız Baskervill. Sizin yüklənən şəkillərlə olan probleminizi hər zaman izləmişəm. Bunu biməyərəkdən etdiyinizi anlayırdım. Odur ki, üzr istəməyə dəyməz. Sizin simanızda bütün həmkarlarımın qiymətli əməyini dəyərləndirirəm. Apardığınız düzəlişlər isə bu gün üçün tam düzgündür. Dərin hörmətlə: -- ■ Sultan mesaj 15:22, 7 noyabr 2011 (UTC)Cavabla

Xankəndi

redaktə

Salam hörmətli Sultan11. Diqqətinizi Xankəndi məqaləsinə yönəltmək istəyirəm. Bu məqaləyə son dövrlər Maqdaun adlı istifadə tamamilə yersiz, heç bir əsası olmayan bir çox dəyişikliklər edir. Mən səhifəni düzəldərək yenidən normal qaydaya saldım, amma Maqdaun yəqinki yenidən bu səhifəni dəyişməyə cəhd edəcək. Xahiş edirəm ya məqalənin dəyişdirilməsi məhdudlaşdırılsın, ya da Maqdauna qarşı bir tədbir görülsün. Hörmətlə, --Thunder Storm 08:00, 12 noyabr 2011 (UTC)Cavabla

Salam, Verman1. İstifadəçi MAQDAUNun bütün fəaliyyətinə nəzarət edilir və vaxtaşırı təftiş edilir. Bu istifadəçinin yeni olduğunu nəzərə alıb bir müddət ona köməklik etməyi, etdiyi səhvləri düzəltməyi daha yaxşı vasitə hesab edirəm. Xankəndi məqaləsinin dəyişdirilməsi isə bir müddətlik məhdudlaşdırılmışdır. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram və inanıram ki, gələcək fəaliyyətinizdə daha çox uğur qazanacaqsınız. Hörmətlə: -- ■ Sultan mesaj 13:47, 12 noyabr 2011 (UTC)Cavabla

Müdaxilə etdiyinizə görə təşəkkür edirəm. Sizə həm də bir kiçik yalnışlıq barəsində məlumat vermək istəyirəm. Sizin imzanızın mesaj hissəsinə olan keçid istifadəçini sizin müzakirə səhifənizə deyil, Sultan adlı istifadəçinin müzakirə səhifəsinə aparır. --Thunder Storm 14:00, 12 noyabr 2011 (UTC)Cavabla

Yanlışlıq aradan qaldırıldı. Bu yanlışlığı aradan qaldırmaqda yardımçı olduğunuz üçün sizə çoxx-çox təşəkkür edirəm. Hörmətlə: -- ■ Sultan mesaj 14:13, 12 noyabr 2011 (UTC)Cavabla

Səsvermə

redaktə

Salam. Xahiş edirəm bu səsvermədə iştirak edəsiniz. --Thunder Storm 07:51, 19 noyabr 2011 (UTC)Cavabla

Ədalətli istifadə

redaktə
Bu kategorideki dosyalar açık bir şekilde telif ihlalidir ancak siz dosyaları silmiyorsunuz!--Reality 15:42, 17 dekabr 2011 (UTC)Cavabla
Adil kullanım politikasına göre (Azerice: Ədalətli istifadə) yaşayan insanların fotoğrafları adil kullanım olarak kullanılamaz. Özellikle de kayda değer olmayan sadece kullanıcı olan kişilerin fotoğrafları.--Reality 15:49, 17 dekabr 2011 (UTC)Cavabla

Doğrudur Ədalətli istifadə qaydalarına əsasən müəllif hüququ olan şəkillərin istifadəsi üçün müəllifdən icazə istənmədən, məhdud olaraq istifadə edilməsinə icazə verilir. Əlbəttə mənbə göstərilməklə. Bu kateqoriyada olan şəkillər isə Vikipediya istifadəçilərinin öz şəkilləridir. Yəqin etmək olar ki, şəkil müəllifləri onların özləridir(şəxsi fikrimdir). Bu şəkillərin silinməsi düzgün olmaz. Ən azından bu şəkillər sadəcə lisenziyalaşdırılmamışdır. Buna səbəb isə uyğun lisenziya şablonunun olmamasıdır. Onuda qeyd edim ki, bu şəkillər digər məqalələrin səhifələrinin tərtibi üçün istifadə olunmamalıdır.

Onu da sizin nəzərinizə çatdırmaq istərdim ki, şəkilləri silinməsi üçün {{sil}} şablonundan müstəsns hallarda istifadə edilə bilər.

P.S. Fayıllar üzərində hal-hazırda müəyyən işlər aparılır. Bir müddət sonra bütün fayılar təftiş edilərək mənbəsiz, etiketsiz, kateqoriyasız fayıllar azad şəkillərlə əvəzlənəcək. -- ■ Sultan mesaj 16:44, 17 dekabr 2011 (UTC)Cavabla

salam mellim men acdigim vikiye sekil elave etmek isteyirem amma bu hec alinmir, zehmet olmasa mene komek edesiniz. — Bu imzasız yazı 94.20.161.235 (m) tərəfindən əlavə edilib;

Əhəmiyyətli bi problem

redaktə

Hörmətli sultan 11 [14] səhifəsindəki TRT 2 deyil TRT Xəbərə olacaq. Türkçe maddəsində 11 Martda tezliyini TRT Xəbərə vermiştir.Düzeltmeye imkanınız olsa düzəldə bilərsiniz. indidən təşəkkürlər. --ZErGoo 19:00, 20 dekabr 2011 (UTC)Cavabla

 Y Salam, ZErGoo. Problem aradan qaldırıldı. Sizə fəaliyyətinizdə uğurlar. -- ■ Sultan mesaj 19:35, 22 dekabr 2011 (UTC)Cavabla

Teşekkürler yaxşı günlər --ZErGoo 18:06, 23 dekabr 2011 (UTC)Cavabla

Salam

redaktə

Salam Sultan bəy. Yeni iliniz mübarək. Mənim müzakirə səhifəmdə olan 3 şəkildən ikisinin problemini deyənsən həll etdim. Zəhmət olmasa bunlara baxın, 1, 2 sonuncu şəkili isə mən facebookdan götürmüşəm. Yəni onun mənbəsi yoxdur. Bir daha hər iki bayramınız mübarək.--Baskervill 14:17, 31 dekabr 2011 (UTC)Cavabla

Salam, Baskervill. Sizin də hər iki bayramınız mübarək! Bu şəkil artıq mənbədən silinmişdir. Ona görə də çalışın mənbələr əsaslı olsun. Digər şəkildə isə bir az düzəliş apardım. Mənbəsi olmayan şəkilləri isə yükləməməyi sizdən xahiş edirəm. Şəkillərin gələcək taleyini bu gün, yerindəcə həll etmək lazımdır. Fəaliyyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: -- ■ Sultan mesaj 10:07, 1 yanvar 2012 (UTC)Cavabla

"Sultan11/Arxiv 2" istifadəçi səhifəsinə qayıt.