İbadulla Əliyev

Əliyev İbadulla Ağaməli oğlu və ya Əliyev İbad Əli oğlu (1879, Bakı1938) — Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim.

İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu
Doğum tarixi 1879
Doğum yeri
Vəfat tarixi 1938
Fəaliyyəti mühəndis

Həyatı

redaktə

İbadulla Ağaməli oğlu Əliyev 1879-cu ildə Bakıda anadan olmuşdur.

Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909).

Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar-Bakı su kəmərinin müdiri olub.

Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub.

1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib.

9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib).

Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.

1928-30-uncu illərdə yenə Azərneft xəttiylə İranda müvafiq məsələlərin həlli üzərində çalışıb ("Semnanneft"in direktor müavini olaraq).

İrandan qayıtdıqdan sonra Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasında müəllim (1930-32) və assistent (1935-1937) işləyib, ASSR yüngül sənaye xalq komissarının müavini (7.2.1933-dən), SSRİ Xarici Ticarət Xalq Komissarlığının ASSR-də səlahiyyətli nümayəndəsinin müavini (23.2.1935-dən), ASSR Yüngül Sənaye Xalq Komissarlığının təchizat-satış bölümünün rəisi (1935-1937), SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsində (EAZFAB) elmi işçi vəzifələrində bacarıqla çalışıb.

"Almaniya casusu" utdurma ittihamı ilə həbs edilib (25.7.1937) və 7 yanvar 1938-ci idə tam günahsız olduğu halda güllələnib.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə