Young Leaders Academy

Young Leaders Academy

Professional Training and Coaching

Bakı, Nərimanov rayonu 33 followers

Sabahın uğurlu lideri sizin evinizdə!

About us

Sabahın uğurlu lideri sizin evinizdə!

Website
https://youngleaders.az
Industry
Professional Training and Coaching
Company size
51-200 employees
Headquarters
Bakı, Nərimanov rayonu
Type
Educational

Locations

  • Primary

    Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi

    Bina-6, mərtəbə-6

    Bakı, Nərimanov rayonu Az 1029, AZ

    Get directions

Updates

  • 21-ci əsrdə istənilən sahədə tələb olunan bacarıqlar arasında bədən dili, marketinq və satış əsas yer tutur. Akademiyamızda təşkil olunan dərslərdə siz, bu mövzular haqqında ətraflı və simulasiyalar üzərindən öyrənəcəksiniz. 📞 ( 99455) 506 50 06 📍Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi, Bina-6, mərtəbə-6

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Yumşaq bacarıqlar, uşaqları fərqləndirə bilər, çünki bu bacarıqlar uşaqların sosiallaşmağında, akademik uğurunda və ümumi həyat keyfiyyətində mühüm rol oynayır. Bu bacarıqları qazanan uşaqları, digərlərindən fərqləndirən bəzi nümunələr. 🔹Ünsiyyət: Yaxşı ünsiyyət bacarığı olan uşaqlar öz emosiyalarını daha yaxşı ifadə edə və başqaları ilə daha effektiv ünsiyyət qura bilirlər. Bu da onlara daha yaxşı ünsiyyət qurmağa və problemli vəziyyətləri daha effektiv həll etməyə imkan verir. 🔹Özünüidarəetmə: Özünü idarə edən uşaqlar məqsədlərinə çatmaq üçün səy göstərə və stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gələ bilərlər. Bu, onların akademik uğurlarını artıra və müsbət vərdişlər inkişaf etdirməyə kömək edə bilər. 🔹Qərar vermə: Qərar verməyi öyrənən uşaqlar öz həyatlarına daha çox nəzarət edirlər və daha yaxşı nəticələr əldə etmək üçün məlumatlı seçimlər edə bilərlər. 🔹Problemin həll etmə: Problem həll etmə bacarığı olan uşaqlar qarşılaşdıqları çətinlikləri daha yaradıcı və effektiv şəkildə aradan qaldıra bilirlər. Bu, onlara yenilikçi düşünməyə və inamlı olmağa imkan verir.

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Uşaqların maliyyə savadlılığının önəmi Müasir dövr hər kəsdən bir çox bacarıqlara sahib olmağı tələb edir. Bu bacarıqlardan biri də maliyyə savadlılığıdır. Maliyyə savadlılığı uşaqlara pul ilə necə davranmalı olduqlarını öyrədir. Məsələn, mağazada təkbaşına alış-veriş edərkən, bakomatdan pul çıxararkən, gündəlik pul əməliyyatlarını yerinə yetirərkən uşaqların maliyyə bacarıqlarının olması onları yaşıdlarından fərqləndirir. Maliyyə savadlılığı uşaqlarda pul, gəlir, maaş, qənaət, xərc, investisiya, büdcə, kredit kimi konseptlər haqqında da bilik və bacarıqların inkişafını əhatə edir.

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    "Young Leaders Academy" vasitəsilə övladlarınız iş dünyasına sərbəst addım atacaq, müasir dövrün sürətli dəyişiklikləri ilə daha rahat şəkildə tanış ola biləcəklər. 🔸 Təlim proqramı, maraq dairəsindən və gələcəkdə karyerasını hansı sahədə qurmaq istəməsindən asılı olmayaraq hər bir gənc üçün nəzərdə tutulmuşdur. 📞 ( 99455) 506 50 06 📍Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi, Bina-6, mərtəbə-6 #GələcəyinBugünküÜnvanı #ÖzGələcəyiniziFormalaşdırın #Developia #YoungLeadersAcademy

  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Siz də övladınızı ""Məktəbdə Öyrədilməyənlər"" proqramına qeydiyyat edərək , maliyyə savadlılığı, ünsiyyət bacarıqları, problem həll etmə bacarığı, komanda işi və texnologiya bilikləri kimi əsas bacarıqları öyrənməyinə, iş dünyasında görkəmli şəxsiyyət kimi yetişməyinə dəstək ola bilərsiniz. Əlavə məlumat və qeydiyyat üçün şərhə “➕” qoymağınız kifayətdir. 📞 ( 99455) 506 50 06 📍Əhməd Rəcəbli küçəsi, Çinar Park Biznes Mərkəzi, Bina-6, mərtəbə-6 #GələcəyinBugünküÜnvanı #ÖzGələcəyiniziFormalaşdırın #YoungLeadersAcademy

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Övladımızı gələcəyə necə hazırlamalıyıq? Məktəb və universitetdə öyrədilməyənlər !!! Aralarında Developia Engineering, Gauss Engineering, Developia EA və Developia Kids şirkətlərinin də olduğu son 8 ildə 10 firmanın təsisçisi Novruzov Anar, seçəcəyi 30 nəfər tələbəyə 8 ay müddətində mentorluq edəcək, bilik və təcrübələrini bölüşəcək. Mentorluq proqramımız, ildə cəmi 2 qrup (15 15) 12-16 və 16-22 yaş aralığında olan yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Təlimimiz 4 moduldan ibarətdir; 1 – Maliyyə savadlılığı 2 – Texnologiya 3 – Liderlik bacarıqları 4 – Biznes və karyera Bu layihə, sadəcə gənclərlə bilik və təcrübələrimizi bölüşmək üçün deyil, həm də onlardan öyrənmək və birlikdə böyümək, eləcə də bizim buraxdığımız yanlışları, çəkdiyimiz çətinlikləri yeni nəslin yaşamaması üçün əla bir fürsətdir. Sizin də övladınız seçmə mərhələsinə qatılıb 30 nəfərdən biri ola bilər və həyatı yaxşı bir təlimlə tamam dəyişə bilər.

  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Bu gün sizə övladlarımızın gələcəyini formalaşdırmaq üçün gözəl bir fürsətdən bəhs etmək istərdik: “Gənclər üçün karyera planlaması”. Hər bir gənc böyüdükdə nə olmaq istədiyini xəyal edir. Buna görə də “Young Leaders Academy” olaraq, bu xəyalları reallığa çevirmək üçün "Gənclər üçün Biznes Təhsili" proqramını sizlərə təqdim edirik. Bu proqramda tədris olunacaq mövzulardan biri də "Karyera Planlaması" dır. 🌟 Karyera planlaması nədir? Uşaqlar üçün karyera planlaması gənc fərdlərin maraq, istedad və istəklərinin tanınması prosesidir. Bu proses onlara gələcəkdəki karyera seçimlərini daha yaxşı anlamağa və lazımi addımları atmağa kömək edir. 🎯 Karyera planlaması gənclərə nə qazandırır? - Özünü Kəşf: Onlar maraqlarını və güclü tərəflərini kəşf edərək kim olduqlarını daha yaxşı başa düşürlər. - Özgüvənin inkişafı: Onlar öz bacarıqlarını tanıdıqca və məqsədlərinə doğru addımladıqca, özlərinə inamları artır. - Planlaşdırma bacarığı: Onlar karyera məqsədlərinə çatmaq üçün lazım olan addımları planlaşdırmağı öyrənirlər. Bizim ən böyük məqsədimiz övladlarımızın ən yaxşı şəkildə böyüməsini təmin etmək və arzularını həyata keçirməyə kömək etməkdir. Sevgi və ümidlə, Young Leaders Academy

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Fürsətlər və düzgün strategiyalar həyatda uğur qazanarkən karyeranızın formalaşmasında əsas rol oynayan amillərdən biridir. Uğura aparan yolda atdığınz hər addım sizi arzularınıza bir addım daha yaxınlaşdırır. Uğur, strategiya və karyera; Bu üç element gedəcəyiniz yolların ən əsas kəsişməsini təşkil edir. 💫 Uğur: - Uğur, sizə gözlənilməz fürsətlər təqdim edən həyat axınının əsas tərkib hissəsidir. Bununla belə, unutmaq olmaz ki, uğuru özünüzə cəlb etməyə çalışmaq lazımdır. 💫 Strategiya: - Strategiya, uğurun müəyyənedici amillərindən biridir. Məqsədinizə çatmaq üçün atdığınız addımlar və hədəflərinizi həyata keçirmək üçün qurduğunuz planlar, uğura gedən yolunuzu istiqamətləndirir. 💫 Karyera: - Həyatınızın böyük bir hissəsini təşkil edən və davamlı inkişafla sizi bir addım irəli aparan bir uğurdur. Özünə inam və çalışmaq əzmi karyeramızın qurulmasında bizə rəhbərlik edir.

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    ✒️ Gələcəyin liderlərini yetişdirmək, onları iş dünyasının tələbləri və imkanları ilə tanış etmək qədər mühüm vəzifədir. ✅ Buna görə yaradıcı təfəkkürü ilə seçilən və etik dəyərləri mənimsəyən liderlər yetişdirmək üçün sizə "Gənclər üçün Biznes Təhsili" proqramını təklif edirik. Bu proqram vasitəsilə övladınız gənc yaşlarında iş dünyasının qapılarını açıb, gələcəyin uğurlu şəxsiyyətləri kimi yetişmək üçün böyük bir addım atacaq. Təhsil proqramının məqsədi: - Qlobal iqtisadiyyatın və iş dünyasının əsas dinamikasını başa düşmək - İş etikasını və peşəkar davranış qaydalarını öyrənmək, - İnnovativ sahibkarlığın təşviqi, - Komandada işləmək və liderlik bacarıqlarını inkişaf etdirmək, - Maliyyə savadlılığının və büdcə idarəçiliyinin əhəmiyyətini öyrənmək, - Texnologiyanın iş dünyasına təsirini anlamaq. 😎 Gələcəyi birlikdə qurmağı səbirsizliklə gözləyirik!

    • No alternative text description for this image
  • View organization page for Young Leaders Academy, graphic

    33 followers

    Bu gün ünsiyyət, uğura aparan yolda ən vacib vasitələrdən birinə çevrilib. Sosial əlaqələrdən akademik müvəffəqiyyətə, biznesdən şəxsi inkişafa qədər olan yolda ünsiyyət bacarıqları böyük üstünlük təşkil edir. 🌟 Yaxşı, siz "ünsiyyət bacarıqları" nı öyrənməkə hansı üstünlükləri əldə edirsiniz? 1. Şifahi və yazılı ünsiyyətdə təsirli olma bacarıqlar əldə edəcəksiniz. 2. Empatiya və dinləmə bacarıqlarınız inkişaf edəcək. 3. Qrup daxilində effektiv ünsiyyət və işbirliyi bacarıqlarını öyrənəcəksiniz. 4. Rəqəmsal ünsiyyətin incəliklərini öyrənərək, virtual aləmdə effektiv ünsiyyəti yollarını öyrənəcəksiniz. Unutmayın, ünsiyyət bacarıqları sizə həyatın bütün sahələrində kömək edərək, yeni dostluqlar və fürsətlər gətirəcək. Ünsiyyətdə bir addım irəli getmək üçün "Young Leaders Academy" sizin yolunuzu gözləyir.

    • No alternative text description for this image

Similar pages