Susami (qəsəbə)
Susami | |
---|---|
yap. | |
33°13′00″ şm. e. 135°30′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Kansai regionu]] |
Prefektura | [[Vakayama prefekturası]] |
Mer | Tsutomu İvata |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 31 mart 1955 |
Sahəsi | 174,71 km² |
Saat qurşağı | UTC 9 |
Əhalisi | |
Əhalisi | 4 291 nəfər (2014) |
Sıxlığı | 24,56 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 〒649-2621 |
Digər | |
town.susami.lg.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Susami (すさみ町, Susami-chō?) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.[1].
Əhali
[redaktə | mənbəni redaktə et]2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]
|
Simvolika
[redaktə | mənbəni redaktə et]Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.[3].
Maraqlı fakt
[redaktə | mənbəni redaktə et]Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür.[4] Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "国土数値情報 行政区域データの詳細" (jp). Counsellor, National and Regional Planning Bureau. 2012-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
- ↑ Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.
- ↑ [www.town.susami.lg.jp/gaiyou/02.html#hana "町の木・花・鳥・魚"] (#bad_url) (jp). Администрация посёлка Сусами. 2012-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
- ↑ "Arxivlənmiş surət". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "Pink Tentacle: Underwater mailbox". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- town.susami.lg.jp — Rəsmi saytı (yap.)