39°54′27″ şm. e. 46°25′10″ ş. u.HGYO

Nağdalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nağdalı
39°54′27″ şm. e. 46°25′10″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nağdalı xəritədə
Nağdalı
Nağdalı

NağdalıAzərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.[1]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kənd Şamkənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin yaşı 500 ildən çoxdur.

Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi, 50 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS- fəaliyyət göstərirdi.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşir. Kəndin ətrafından hər tərəfə geniş yayalaqlar başlayır. Şimaldan DQMV-i, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi, şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir. Nağdalı çayı kəndi iki hissəyə ayırır.

Kəndin ilkin əhalisi türklər olmuşdur.[2]

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Şərqiyyə Vəliyeva- Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana
  2. Seyid Yusif Ağa - Qarabağın tanınmış seyidlərindən biri.
Şəhidlər
  1. Abdulla Bədəl oğlu Abdullayev (1930 - 28.08.1992)
  2. Fərman Abdulla oğlu Abdullayev
  3. Səadət Abdulla qızı Abdullayev
  4. Əvəz Baxşeyiş oğlu Cəfərov
  5. Səmayə Aydın qızı Kərimova
  6. Hümbət Əbülqasım oğlu Mehdiyev
  7. Qənirə ibrahimxəlil qızı Mehdiyeva
  8. Fikrət Hümbət oğlu Mehdiyev
  9. Ayna Hümbət qızı Mehdiyeva
  10. Mehdi Hümbət oğlu Mehdiyevv
  11. Rəhbər Məhəmməd oğlu Mehdiyev
  12. Nübar Muradxan qızı Mehdiyeva
  13. Gülayə Əli qızı Mehdiyeva
  14. Sürayə Məhmməd qızı Mehdiyeva
  15. Səfər Azad oğlu Mirzəyev
  16. Hürzaman Qara qızı Hümbətova (1959 - 28.08. 1992)
  17. Elçin Vəzir oğlu Hümbətov
  18. İsmayıl Vəzir oğlu Hümbətov
  19. Nəbadi Vəzir oğlu Hümbətov
  20. Bəxtiyar Vəzir oğlu Hümbətov
  21. Gülnar Vəzir qızı Hümbətov
  22. Elnur Vəzir oğlu Hümətov
  23. Canpolad Vəzir oğlu Hümbətov (1992 - 28.08.1992)
  24. Eyavaz İsmayıl oğlu Hümbətov
  25. İsa Qılman oğlu Həşiomov
  26. Qənahət Əkbər oğlu Quliyev
  27. Bəyim Aydın qızı Mehdiyeva
İtkin düşənlərː
  1. Yusif Pənah oğlu Əliyev (1938-?)
  2. Asif Pənah oğlu Əliyev( 1954-?)
  3. Hənifər Züfüqar qızı Əliyeva (1938-?)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Heyvandarlığın, əkinçiliyin inkişafi üçün bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi olduğundan əhalinin əsas məşğuliyyəti heyvandarlıqəkinçilik olmuşdur. Heyvandarlıq çox güclü inkişaf edərək əsas sahələrdən birinə çevrilmişdir. Kənddə hər biri 10 ədəd hər biri 200 baş malqara tutantutan müasir tipli mal-ferması, taxıl anbarı, dəmir boru ilə çəkilmiş su xətti vardır. Əkinçilik kəndin iqtisadiyyatında ikinci yeri tutur. 1741 hektar əkinə yararlı torpaq sahəsi vardır. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir və başqa dənli bitkilər, eləcə də çoxillik yem bitkiləri becərilir. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilir.

Bunlardan əlavə toxuculuq çox yaxşı inkişaf etmişdir. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalcalar toxunurdu. Dəmirçilik, arıçılıq, taxta-şalban istehsalı, dərman bitkilərinin toplanıb təhvil verilməsi də əhalinin məşğuliyyət növlərindəndir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]