IBM

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
IBM
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye proqram təminatı sənayesi[d], aparat təchizatı, informasiya texnologiyaları
Məhsulları proqram təminatı[1], data mərkəzi, Təkrarlayıcı perforator, DASD, aparat təchizatı, bulud hesablama
Təsis tarixi 16 iyun 1911
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 155.971.000.000 $ (2020)[3]
Ümumi gəliri
  • 60.530.000.000 $ (2022)[4]
Xalis mənfəəti
  • 1.639.000.000 $ (2022)[4]
Əməliyyat mənfəəti
  • 1.156.000.000 $ (2022)[4]
Struktur
İşçi sayı
  • 352.600 nəf. (2019)[5]
Tərəfdaşlar Red Hat[d][6]
Rəhbərlik
Təsisçilər
ibm.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IBM (tələffüzü: ay-bi-em; ing. International Business Machines) — əsası 16 iyun 1911-ci ildə qoyulan, texnologiyakonsaltinq sahəsində ixtisaslaşmış ilk transmilli kompüter şirkətlərindən biri. IBM kompüter texnologiyaları sahəsində və satış həcminə görə dünya lideridir. IBM meynfreymləri mavi rəngli idi və buna görə də mətbuatda bu şirkəti çox zaman Big Blue ("Mavi nəhəng") adlandırırlar. Baş qərargahı Armonkda (Nyu-York olan IBM dörd şirkətin birləşməsindən yaranıb. Onlardan biri – The Tabulating Machine Company tabulyatorların istehsalı ilə məşğul idi.

  • 1935-ci ildə International Business Machines (IBM) şirkəti IBM-601 hesablayıcılarının geniş istehsalına başladı.
  • 1937-ci ildə IBM şirkətinin mühəndisləri Howard Arken və Brown ilk avtomatik kompüterini düzəltdilər. Bu IBM-in ilk modeli olan MARK-I idi.
  • 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda tranzistor əsaslı ilk kompüter, "IBM" şirkəti tərəfindən isə ilk elektron informasiya daşıyıcısı "KAMAC-305" sərt diski yaradıldı.
  • 1975-ci ildə ilk fərdi kompüter IBM 5100 İBM (IBM Portable Computer) şirkəti tərəfindən istehsal edilmişdi. Lakin IBM 5100 modelinin satışı uğursuzluğa uğramışdır. Monitorda hər biri 64 simvol olan 16 sətirdən ibarət informasiya əks olunurdu. Bu kompüterlər kiçik biznes sahələrində tətbiq üçün yaradılmışdı[7].
  • 1980–1981 kompüterlərin kütləvi istehsalı tarixi IBM şirkətinin adıyla bağlıdır. Hazırlanmasına 1980-ci ilin iyulunda başlanılan IBM PC (ay-bi-em pi-si) 5150 modeli 1981-ci ilin 12 avqustunda meydana çıxdı.
IBM 5100

1880–1929-ci illər

[redaktə | mənbəni redaktə et]

1880-ci ildən başlayaraq müxtəlif texnologiyalar yarandı və sonradan bu texnologiyalar IBM şirkətinin sələfləri oldular:

  • Julius E. Pitrap hesablayan tərəzini (computing scale) patentləşdirdi (1885)[8];
  • Aleksandr Dey zəng danışığını yazan qurğunu (dial recorder) kəşf etdi (1988)[9];
  • Herman Hollerith Elektrik Tabulyator Maşınını patentləşdirdi (1989)[10];
  • Uillard Bundi işçilərin işə gəlib getmə vaxtını kağıza yazan saat kəşf etdi (1989)[11].

1911-ci il iyunun 16-da bu texnologiyalar və onların retrospektiv şirkətləri Çarlz Ranlett Flint tərəfindən birləşdirilərək Computing-Tabulating-Recording Company (C-T-R) yaradıldı.[12] Nyu-Yorkda yerləşən şirkət 1300 işçidən ibarət idi, ofisləri Endikott ve Binqamtonda, Nyu-Yorkda, Daytonda, Ohayoda, Detroytda, Miçiqanda, Vaşinqtonda, TorontodaOntarioda var idi. O, tabulyatorlar və perforator kartları ilə yanaşı, istehsal və kommersiya tərəziləri, sənaye vaxt qeyd eden qurğuları, ət və pendir doğrayan maşınlar istehsal edib satırdı. 16 iyun 1911-ci ildə ABŞ-də əsası qoyulan ComputingTabulating Recording Company şirkəti hazırda dünyada ən böyük kompüter istehsalçılarından biri, "mavi nəhəng" IBM şirkətinə məxsus idi. IBM 22 ildir ki, ən çox patenti olan ABŞ şirkətidir. IBM-çilər öz şirkətinə il ərzində 6180-dən artıq patent qazandırıblar. Hətta İnternet nəhəngi Google şirkətin reklam strategiyasını inkişaf etdirmək məqsədilə IBM korporasiyasından xeyli patent alıb.

Flint 1914-cü ildə Thomas Vatsonu National Cash Register Company-dən şirkətə başçılıq etmək üçün işə götürür.[12] Vatson "səxavətli satış stimullarını, müştəri xidmətinə diqqəti, baxımlı, tünd kostyumlu satıcılara qarşı tələbkarlığı və hər bir işçidə şirkətə loyallığı" təmin etdi.[13]

Onun sevimli "DÜŞÜN" şüarı C-T-R əməkdaşları üçün mantraya çevrildi, C-T-R-ə qoşulduqdan 11 ay sonra Vatson onun prezidenti oldu.[13] Şirkət genişmiqyaslı, bizneslər üçün hazırlanmış xüsusi tabulator həllərinə (tabulating solutions) yönəldi, digər kiçik ofis məhsulları bazarını isə digər şirkətlərə buraxdı. Vatsonun 4 ili ərzində qazanclar $ 9 milyona kimi iki dəfədən də çox artdi, şirkətin əməliyyatları Avropa, Cənubi Amerika, Asiya ve Avstraliyaya genişləndi.[13] Şirkətin fəaliyyətinin genişlənməsi və beynəlxalq əhəmiyyət daşımağa başlaması səbəbindən[14] 14 fevral 1924-cü ildə C-T-R şirkətinin adı International Business Machines Corporation (IBM) adlandırıldı.

1937-ci ildə IBM-in tabulyasiya cihazı onun müştərisi olan təşkilatlara görünməmiş miqdarda informasiyanı emal etməyə imkan yaratdı. Məsələn, ABŞ dövləti 26 milyon işləyən əhalinin Sosial Müdafiya Aktına üçün bundan istifadə etdi.[15] Bundan əlavə 1937-ci ildə şirkətin prezidenti Adolf Hitlerle görüşüb və cihaz təchizatı barədə söhbət ediblər, 1941-ci ildə isə türməçiləri yerleşdirmək üçün düşərgələrə lizing təchizatı aparılmışdır. İkinci dünya müharibəsi vaxtında şirkət kiçik silahlar da istehsal edirmiş ("M1 Carabine", "Browning Automatic Rifle").

NASA tədqiqatçıları IBM 704 elektron verilənlərin emalı maşınından istifadə edirlər (1957)

1952-ci ildə Tomas Vatson atasının 40 illik rəhbərliyndən sonra şirkətin prezidenti oldu. 1956-ci ildə Artur Samuel IBM-in Poughkeepsie, Nyu-York laboratoriyasında çeker oynamaq üçün IBM 704-ü proqrammlaşdırdı, bununla maşın öz təcrübəsindən "öyrənə" bilirdi. Bu ilk "özündən öyrənən", süni intellekt konsepsiyasını ifadə edən proqram sayılır. 1957-ci ildə IBM FORTRAN (Formula Tərcüməsi – ing.FORmula TRANslation) elmi proqramlaşsırma dilini inkişaf etdirdi. 1961-ci ildə Tomas Vatson İdarə Heyətinin Sədri səçildi, Albert Uilliams isə şirkətin prezidenti oldu. IBM Amerika Hava Yolları (American Airlines) üçün SABRE (ing. Semi-Automatic Business-Related Environment – Yarımavtomat Biznes Əlaqəli Mühit) rezervasiya sistemini hazırladı. 1961-ci ilin iyulun 31-də istifadəyə verilmiş IBM-in "Selectric" çap maşını elektrik çap maşınları arasında çox uğurlu modeli oldu.

IBM-in "Selectric" çap maşını

1963-cü ildə IBM işçiləri və kompüterləri NASA-ya Merkuri astronavtlarının orbit uçuşunu izləməyə imkan yaratdı. Bir il sonra isə şirkətin baş qərargahı Nyu-York Sitidən (ing. New York City) Armonk, New York-a köçürüldü. Onilliyin ikinci yarısı IBM-in kosmos tədqiqatlarına dəstək verməsinin şahidi oldu, 1965-ci ildə Gemini uçuşları, 1966-cu ildə Saturn uçuşları, 1969-cu ildə insanın Aya enməsi missiyası IBM-in əməyi işə baş tutdu.

7 aprel 1964-cü ildə şirkət IBM System/360 – ilk kompüter sistemi ailəsini təqdim etdi. 1964–1978-ci illərdə satılan, bu ilk kompüterlər ailəsi idi ki, kiçikdən böyüyə həm kommersiya, həm də elmi məzmunlu applikasiyaları özünə cəmləşdirirdi. İlk dəfə olaraq şirkətlər köhnə applikasiyalarını təzədən yazdırmadan öz hesablama imkanlarını yeni model ilə yeniləyə bilərdilər.

1973-cü ildə IBM mühəndisi Corc Laurer Universal Məhsul Kodunu (barkodun xüsusi növüdür) yaratdı.[16]

IBM-in Blue Gene superkompüteri ABŞ Prezidenti Barak Obama tərəfindən 18 sentyabr 2009-cu ildə Texnologiya və İnnovasiya Milli Medalı ilə təltif olunub.

1980-ci ildən indiyədək

[redaktə | mənbəni redaktə et]
IBM PC 5150

1981-ci ildə IBM Dünya Bankı ilə tarixdə ilk svap müqaviləsini bağlamaqla maliyyə svaplarını ictimaiyyətə gətirdi.[17] Öncədən IBM 5150 kimi hazırlanan IBM PC 1981-ci ildə təqdim edildi. IBM PC sənaye standartına çevrildi. 1991-ci ildə IBM Lexmarkı satdı, 2002-ci ildə isə PwC consulting şirkətini aldı. 2003-cü ildə IBM şirkətinin dəyərlərini yenidən yazan layihə reallaşdırdı. IBM özünün Jam texnologiyasından istifadə edərək şirkət 3 gün ərzində 50000 işçi ilə vacib biznes dəyərləri barədə İnternetdə onlayn müzakirələr keçirdi. Diskussiyalar mürəkkəb mətn analizini həyata keçirən proqram (eClassifier) ilə analiz olundu. 2003-cü ildəki Jam nəticəsində şirkətin dəyərləri 3 müasir biznes, bazar və işçi baxışlarını əks etdirən dəyərlərlə yeniləndi: "Hər müştərinin uğuruna həsr edilmə", "Önəmli olan innovasiyadır – bizim şirkət və dünya üçün", "Bütün münasibətlərdə inam və şəxsi məsuliyyət"[18]. 2004-cü ildə başqa Jam keçirildi, bu dəfə 52 000 işçi 72 saat ərzində öz ən yaxşı təcrübələrini bölüşdü. Onlar daha əvvəl müəyyən edilmiş dəyərlərin tətbiqi üçün lazım olan praktik ideya axtarışında fikirlərini cəmlədilər[19].

2005-ci ildə şirkət öz şəxsi kompüter biznesini Lenovoya satdı, 2009-cu ildə isə SPSS Inc. şirkətini əldə etdi. Az sonra 2009-cu ildə IBM-in Blue Gene superhesablayıcı proqrami ABŞ prezidenti Barak Obama tərəfindən "Texnologiya və İnnovasiya üzrə Milli Medal"a layiq görüldü.

2006-cı ildə IBM "Secure Blue"-nu təqdim etdi. Bu qurğu verilənləri kodlaşdırmaq üçün hazırlanmış və mikroprosessora yerləşdirilə bilən qurğu idi[20].

2011-ci ildə IBM "Watson" süni intellekt proqramına dünyanın diqqət mərkəzində oldu. Proqram "Jeopardy!"-də nümayiş etdirilmişdi və oyun şousunda çempionlar Ken Cenninqs və Brəd Rutterə qalib gəlmişdi.[21]

29 sentyabr 2011-ci ildə IBM-in yekun dəyəri Microsoftun $ 213.2 milyard dəyərini üstələyib $ 214 milyard oldu. 1996-cı ildən sonra ilk dəfə idi ki, IBM son qiymətlərə görə rəqibini keçirdi. Buna baxmayaraq, IBM-in dəyəri hazırda Apple-in $ 362.1 milyardliq dəyərinin 2/3-nə bərabərdir.[22]

Korporativ məlumatlar

[redaktə | mənbəni redaktə et]
IBMin baş qərargahı

IBM-in qərargah kompleksi Armonkda, Şimali Kaslda (ing. North Castle), Nyu-York şəhərində (ABŞ) yerləşir.[23][24][25] 26 300 kvadrat metrlik bu bina 1964-cü ildən IBM-in baş ofisidir.[26][27] Şirkətin Almaden, Austin, Brazilia, Çin, İsrail, Hindistan, Tokio, Vatson (Nyu-York)Sürixdə 9 tədqiqat laboratoriyası var, bunlardan araşdırma və illik görüşlər üçün nəzərdə tutulan qərargahı Vatsonda yerləşir (1961-ci ildən). Başqa kampuslar Montreal, Paris ve Atlantada mərkəzlər; Raleigh-Durham, Roma ve Torontoda software laboratoriyaları; Çikaqo, Yohanessburq və Siettldə binalar; Hakozaki ve Yamatoda obyektler aiddir. Bundan əlavə şirkət IBM Elmi Mərkəzi (IBM Scientific Center), Hursley evi (Hursley House), Kanada Baş İdarəsinin Binası (Canada Head Office Building), İBM Roçester (IBM Rochester) və Somers Ofis Komplesinə (Somers Office Complex) sahibdir. Şirkətin arxitektura və dizayna verdiyi töhfələr (Çikaqoda Ludviq Mies van der Rohe tərəfindən layihələşdirilmiş 330 North Wabash binası daxil olmaqla) "Milli Tikinti Muzeyi" tərəfindən 1990-cu ildə "Şərəf Mükafatı"na layiq görülmüşdür. IBM -in 14 nəfərdən ibarət Direktorlar Şurası şirkətin ümumi idarəsinə cavabdehdir.

Tanınması və brendi

[redaktə | mənbəni redaktə et]
IBM loqosunun tarix boyunca dəyişilməsi ardıcıllığı

Fortune 2011-ci ildə IBM-i ABŞ-də 18-ci ən böyük, 7-ci ən gəlirli şirkət adlandırıb. Dünya miqyasında isə bu şirkət Forbes tərəfindən 2011-ci ilin 33-cü ən böyük şirkət kimi göstərilib. 2011-ci il üçün digər reytinqlər bunlardır:[28]

2010-cu ildə IBM brendi 64.7 milyard ABŞ dolları qiymətləndirilib.[30]

IBM 19 ildir ki, ən çox patenti olan ABŞ şirkətidir.[31] IBM-çilər öz şirkətinə il ərzində 6 180 patent qazandırıblar. 2011-ci ilin nəticələrinə əsasən patent sayına görə ABŞ-də lider şirkətlərdən IBM-ə ən yaxın olan Samsungun 4 894 patenti qeydə alınıb.[32] IBM-in fəaliyyət göstərdiyi sektorda 2-ci ən çox patenti olan Microsoft isə xeyli az — 2 312 patent əldə edib.[33] Hətta internet nəhəngi Google şirkətin reklam strategiyasını inkişaf etdirmək məqsədilə IBM korporasiyasından xeyli patent alıb.[34]

IBM-çilərin rekord sayda patent qazanmaları yeni innovasiyaların meydana gəlməsinə, həmçinin şirkətin məhsul və xidmətlərinə nəzərə çarpacaq dəyər əlavə etməyə imkan verir. Bunlara əsasən satış, bankçılıq, tibbi xidmət, nəqliyyat və digər aparıcı sahələrə verilmiş bəşəri töhfələr aiddir. Bu patentləşdirilmiş kəşflər həmçinin yeni nəslin inkişafı üçün və daha rahat həyat üçün əvəzsiz rol oynayır. Təqribi hesablamalara görə IBM tədqiqat və inkişafa 6 milyard yatırım edib və bu yatırımlar onun gəlirini əhəmiyyətli dərəcədə artırıb.[35]

border=none Əsas məqalə: IBM Global Financing

IBM-in fəaliyyətinin maliyyə əsasları onun nəzdində fəaliyyət göstərən IBM Global Financing (qısaca IGF) tərəfindən həyata keçirilir. IGF özəlliklə IBM məhsullarını və xidmətlərini effektiv, ucuz və strateji yollarla müşətərilərə çatdırmaq üçün yaradılıb. Lakin müştərilər müxtəlif maliyyələşdirmə metodlarından istifadə edərək istədikləri həm IBM məhsullarına, həm də qeyri-IBM məhsullarına asanlıqla sahib ola bilirlər.[36]

IBM-də işləmək

[redaktə | mənbəni redaktə et]

IBM işçilərlə idarəetmə təcrübəsi onun çoxillik kökləri ilə bağlıdır. 1914-cü ildə Baş İcraçı Direktor (ing. Chief Executive Officer və ya qısaca CEO) Tomas Uatson işçi idman komandaları, ailəvi əyləncələr təşkil edərək şirkət ruhunu gücləndirirdi. 1924-cü ildə 25 ildən çox iş təcrübəsi olanlara aid the "Quarter Century Club" yaradıldı, və IBM-in ilk daxili nəşri olan "Business Machines"-in birinci buraxılışı çap edildi. 1925-ci ildə Atlantik Sitidə (Nyu Cersi) IBM şirkətində öz kvotasını uğurla reallaşdırmış satışlara cavabdeh şəxslərin görüşü olan "Hundred Percent Club"-ın ilk yığıncağı baş tutdu.

IBM qrup həyat sığortası (1934), vəfat etmiş işçiyə görə ailəsinə müavinətin verilməsi (1935) və ödənişli məzuniyyəti (1937) tətbiq edən ilk korporasiyalardan idi. 1932-ci ildə IBM işçilər üçün treninqlər keçirən Təhsil Departamentini yaratdı, 1933-cü ildə isə Endikotda IBM Məktəbi (ing. IBM Schoolhouse) hazır oldu. 1935-də "Think" işçi jurnalı yarandı. Həmin ildə həmçinin IBM sistem xidmət professionalları olan qadınlar üçün ilk treninqləri keçirməyə başladı. 1942-ci ildə Topekada (Kanzas) IBM əlil insanlara təlim keçib və işə götürən proqrama start verdi. Növbəti ildə Nyu-York şəhərində dərslər başladı, az sonra şirkət Prezident yanında Əlillər üçün İş Komitəsinə qoşulmaq təklifi aldı. 1946-cı ildə şirkət ilk qara dərili satıcını işə götürdü (bu, 1964-cü ildə qəbul edilən Mülki Hüquqlar Aktından 18 il əvvəl baş verdi). 1947-ci ildə IBM işçiləri üçün "Ümumi və Daimi Əlillik Gəlirlər Planı"nı elan etdi. Zəmanət verilmiş pensiya hüquqları IBM-in təqaüd planına əlavə edildi.

1952-ci ildə Thomas Uatson şirkətin ilk bərabər imkanlar siyasəti məktubunu dərc etdi, bu ABŞ-nin Ali Məhkəməsinin analoji qərarından (Brown vs. Board of Education) bir il əvvəl və 1964-cü ilin Mülki Hüquqlar Aktınnan 12 il daha əvvəl baş verdi. 1961-ci ildə IBM-in anti-diskriminasiya siyasəti genişləndi və cins, milli mənsubiyyət, yaşa aid edildi. O biri ildə isə IBM ilk dəfə Kəşflər Mükafatı Naharı təşkil etdi və 34 məşhur IBM ixtiraçısını mükafatlandırdı. 1963-cü ildə şirkət öndə gedəm alimlərini, mühəndislərini və başqa texniki nailiyyətlərə görə seçilmiş professionallarını üçün nəzərdə tutulmuş yeni Təqaüd Proqramına 8 IBM təqaüdçüsünü layiq gördü.

21 sentyabr 1953-cü ildə şirkətin o zamankı prezidenti Tomas Uatson (Cr.) bütün IBM işçilərinə irqindən, milli mənşəyindən və ya cinsdən asılı olmayaraq ən yaxşı insanları işə götürməyi lazım olduğunu bildirən məktub göndərdi.[37] 1984-cü ildə IBM cinsi orientasiyanı da öz anti-diskriminasiya siyasətinə elavə etdi. Şirkət bildirdi ki, bu IBM-ə rəqiblər qarşısında daha bir üstünlük verir, çünki bununla IBM rəqiblərinin işə götürmədiyi istedadlı insanları işə götürür.[38]

IBM 2004-cü ildə "Working Mother" jurnalının top onluğunda yeganə, 2005-ci ildə isə iki texnologiya şirkətindən biri idi.[39][40] 10 oktyabr 2005-ci ildə İBM işəgötürmə qərarları verilərkən genetik informasiyanı nəzərə almayan dünyada ilk şirkət oldu. Bu xəbər onun Milli Coğrafiya Cəmiyyəti (ing. National Geographic Society) ilə Genografik Layihəni işləməyə başlamasından az sonra elan edildi.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
  1. National Software Reference Library.
  2. https://headquartersoffice.com/ibm/.
  3. IBM Annual Report 2020.
  4. 1 2 3 10-K forması. 2023.
  5. https://www.ibm.com/annualreport/assets/downloads/IBM_Annual_Report_2019.pdf#page=65.
  6. https://www.redhat.com/en/about/press-releases/ibm-closes-landmark-acquisition-red-hat-34-billion-defines-open-hybrid-cloud-future.
  7. "Save IBM 5110/20 from junk yards of the world-circa 1981" (PDF). 2021-08-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-10.
  8. Images of America: IBM in Endicott. Arcadia Publishing. 2005. ISBN 0-7385-3700-4.
  9. "Dey dial recorder, early 20th century". UK Science Museum. 23 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
  10. "Hollerith 1890 Census Tabulator". Columbia University. 20 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
  11. "Employee Punch Clocks". Florida Time Clock. 11 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
  12. 1 2 Lee, Kenneth. Trouncing the Dow: A value-based method for making huge profits. McGraw-Hill. 1998. səh. 123. ISBN 0-07-136834-5. İstifadə tarixi: 1 January 2011.
  13. 1 2 3 Mathews, Ryan. What's your story?: Storytelling to move markets, audiences, people, and brands. Pearson Education. 2008. səh. 138. ISBN 0-13-227742-5. İstifadə tarixi: 1 January 2011.
  14. "1920s". IBM. 24 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
  15. DeWitt, Larry. "Early Automation Challenges for SSA". April 2000. 2016-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2011.
  16. "The history of the UPC bar code and how the bar code symbol and system became a world standard". Cummingsdesign. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2011.
  17. Fundamentals of Corporate Finance (9th, alternate). McGraw Hill. 2010. səh. 746.
  18. "Speeches". IBM. 2004-04-27. 2011-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-25.
  19. "Leading Change When Business Is Good: The HBR Interview--Samuel J. Palmisano". Harvard Business Review. Harvard University Press. 2004.
  20. "IBM Extends Enhanced Data Security to Consumer Electronics Products". April 10,2006. 2021-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-15.
  21. "IBM Breaks U.S. Patent Record", Scientific Computing, Advantage Business Media, scientificcomputing.com, January 12, 2012, March 4, 2012 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: January 15, 2012
  22. "IBM Tops Microsoft to Be Second-Most Valuable in Technology". September 30, 2011. March 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012.
  23. "Contact Us Arxivləşdirilib 2020-12-30 at the Wayback Machine." IBM. Retrieved on October 20, 2009.
  24. "Armonk CDP, New York[ölü keçid]." U.S. Census Bureau. Retrieved on October 20, 2009.
  25. "North Castle town, Westchester county, New York[ölü keçid]." U.S. Census Bureau. Retrieved on October 20, 2009.
  26. "IBM Corporate headquarters Arxivləşdirilib 2011-07-04 at the Wayback Machine." The Whiting-Turner Contracting Company. Retrieved on October 21, 2009.
  27. Fuchs, Marek; County Lines: Onward in Armonk Arxivləşdirilib 2021-04-25 at the Wayback Machine, New York Times, February 24, 2002
  28. "Arxivlənmiş surət". 2013-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
  29. "Dell, HP, IBM top Newsweek's 2010 Green Rankings". 2011-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
  30. "Arxivlənmiş surət". 2011-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-21.
  31. "Ibm.com — IBM Breaks U.S. Patent Record; Tops Patent List for 19th Consecutive Year". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-19.
  32. "Ificlaims.com — IFI CLAIMS® 2011 Top 50 US Patent Assignees". 2017-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
  33. "Qwe.az - Rəşad Mehbaliyev: 19 il dalbadal ABŞ-nin ən çox patent alan şirkəti". 2012-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-20.
  34. "Rabita.az – Google IBM şirkətinin 1023 patentini alıb". 2011-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-18.
  35. "Kayzen.az — Rəşad Mehbaliyev: 19 il dalbadal ABŞ-nin ən çox patent qazanan şirkəti". 2015-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-24.
  36. "Ibm.com – Why IBM Global Financing". 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-05.
  37. "IBM's EO Policy letter is IBM's foundation for diversity". IBM. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
  38. "IBM Valuing Diversity: Heritage - 1980s". IBM. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
  39. "100 best companies for working mothers 2004". Working Mother Media, Inc. 2004-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-04.
  40. "100 best companies 2005". Working Mother Media, Inc. 2004-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-06-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]