Titanomaxiya
Titanomaxiya | ||||||
---|---|---|---|---|---|---|
Titanların süqutu | ||||||
| ||||||
Münaqişə tərəfləri | ||||||
Titanlar: Kron, Krios, Hiperion, Atlas, Menetiy |
Olimp tanrıları: Zevs, Poseydon, Aid, Hestiya, Demetra, Hera | |||||
Titanomaxiya (yun. Τιτανομαχ Titanlar müharibəsi) — qədim yunan mifologiyasında Olimp tanrıları ilə titanların Ofris və Olimp dağları arasında qərar tutan müharibəsi.
Hakimiyyət uğrunda mübarizə
[redaktə | mənbəni redaktə et]Zevsin doğulması
[redaktə | mənbəni redaktə et]Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçidiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Qisas
[redaktə | mənbəni redaktə et]Boyüyüb başa çatdıqdan sonra Zevs zəhər içirdərək atası Kronu əvvəlcə daşı , sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Sonra Zevs bacı-qardaşları ilə birlikdə Kronun Tartara salmış olduğu yüzqollular və təpəgözləri azad edir və titanlara qarşı müharibə elan edirlər. Titanlar Ofris, Zevs və müttəfiqləri isə Olimp dağında qərar tuturlar.
Savaş
[redaktə | mənbəni redaktə et]Titan ilahələr Teya, Reya, Temis, Mnemosina, Feba və Tefida baxmayaraq ki, qardaşları titanlar ilə nigahda idilər müharibədə onların tərəfini saxlamamışdırlar. Bu nigahlar dünyaya müxtəlif növ tanrılar gətirmək məqsədi güdürdü. Müharibə on il davam etsə də bu və digər tərəf üstünlüyü əldən vermir. Bu zaman Geya Kronun bir vaxtlar Tartara salmış olduğu yüzqollular və təpəgözlər azad etməsini məsləhət görür. Azad edildikdən sonra olimplərə köməyə gələn təpəgözlər Zevsə şimşək və ildrımı, Aidə "kineyi" – közəğörünməz edən, it dərisindən olan, papağı verirlər. Zevs ildırım və şimşəyi sağa-sola çaxdıraraq hər tərəfi oda, alova qərq edir, okeanı qaynadır. Üç yüzqollular isə malik olduqları üçyüz əl-qol vasitəsilə düşmən istiqamətinə nəhəng qayaları atırlar. Titanlar nəhəng sal qayalar altında qalaraq əzilmiş olurlar, beləliklə də müharibənin taleyi həll edilmiş olur. Qaliblər məğlubları zəncirləyərək Tartara atırlar. Zevs yüzqolluları tartara salınmışların bir daha geri qayıda bilməmələri üçün gözətçi təyin edir.
Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Yerin, dənizin və axirətin hakimləri
[redaktə | mənbəni redaktə et]Qardaşları Aid və Poseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onu taxt-tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.