Xain Əhməd Paşa
Xain Əhməd Paşa | |
---|---|
Əvvəlki | Gözəlcə Qasım Paşa |
Sonrakı | Parqalı İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Misir əyaləti, Osmanlı imperiyası |
Vəfat səbəbi | başın kəsilməsi |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Xain Əhməd Paşa (Albaniya – 1524, Misir) — Sultan Süleyman Qanuni dönəmi vəzirlərindəndir.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]I Səlim dönəmində saraya alınmış, təhsilini bitirdikdən sonra miraxur rütbəsi almışdır. 1516-1517-ci illərdə Məmlüklərə qarşı çıxılan səfərlərdə iştirak etmiş, 1519-cu ildə Rumeli bəylərbəyliyinə yüksəldi. Ardından Sultan Süleyman Qanuni ilə birlikdə Belqrad səfərinə qatılmış, Böyürdələn qalasının alınmasında (8 iyul 1521) önəmli rol oynamışdır. Belqrad səfərindəki uğurları səbəbilə vəzirlik rütbəsilə mükafatlandırıldı. Rodos səfərinə əvvəlcə üçüncü vəzir olaraq qatılmış, ancaq səfər əsnasında səfərin sərdarı olaraq təyin olunmuşdur. Yunanca bildiyi üçün Rodos cəngavərləri ilə birbaşa danışıqlara girmiş, təslim olma şərtlərini müzakirə etmişdir.
Sədrəzəm Piri Mehmed Paşanın əleyhinə çıxmış və onun sədarətdən alınmasında mühüm rol oynamışdır. Ancaq saray qanunlarına uyğun olmayaraq bu vəzifəyə İbrahim ağa gətirilmiş, bunun ardından öz istəyilə Misir hakimi təyin olunmuşdur (19 avqust 1523).