Hipotenuz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Düzbucaqlı üçbucaq. h-hipotenuz, c1c2 isə katetlərdir.

Hipotenuz (yun. ὑποτείνουσα – dartılmış) — düzbucaqlı üçbucağın düz bucaq qarşısında olan tərəfi adlanır.

Hipotenuz üçün aşağıdakı xassə doğrudur (düzbucaqlı üçbucaq üçün Pifaqor teoremi):

Hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.