Marinaleda
Marinaleda | |
---|---|
37°22′16″ şm. e. 4°57′29″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 205 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 41569 |
Nəqliyyat kodu | SE |
Vikianbarda əlaqəli mediafayllar |
Marinaleda — İspaniyanın Aralıq dənizi sahilindəki Əndəlüs bölgəsinin Sevilya əyalətinin şərqində yerləşən Syerra-Sur-de-Sevilya rayonunda bələdiyyə.
Kooperativin qurulması
[redaktə | mənbəni redaktə et]Ölkədə Franko faşist rejimi süqut etdikdən sonra keçirilən ilk demokratik seçkilərdə kənddə Kollektiv İşçilər Birliyi - Əndəlüs Sol Cəbhəsi (isp. CUT-BAI) qələbə çalır. Həmin vaxta qədər Madriddə yaşayan bir aristokrata aid torpaqlarda günəmuzd olaraq işləyən marinaledalı kəndlilər, "Tarlalarda kim çalışırsa, tarlalar onundur" şüarı ilə çıxışlar etməyə başlayırlar. Kəndlilər 1250 hektarlıq tarlaların onlara verilməsini tələb edirdi. Kəndli çıxışlarına əvvəllər müəllimlik etmiş və hazırda kəndin bələdiyyə başçısı olan Xuan Manuel Sançes Qordillo başçılıq edirdi. Onların aclıq aksiyaları, tətillər, mitinqlər, polis hücumları, həbslər və s. şəklindəki mübarizəsi illərlə davam edir; lakin öz mübarizələrindən geri çəkilmirlər. Çünki, günəmuzd olaraq çalışmağı onlar köləlik hesab edirdilər. Aldıqları məvaciblər dolanışıqlarını təmin etməyə çatmırdı; üstəlik yarıtmaz halda olan komalarda qalmaq məcburiyyətində idilər. Əvvəllər ərik, paxla, bibər, zeytun kimi tərəvəzlərin yetişdirildiyi tarlalarda əkib-becərdikləri məhsullar əllərindən alındığı üçün aclıq və yoxsulluq içində həyatlarını davam etdirmək məcburiyyətində qalırdılar.
Marinaledalı kəndlilərin mübarizəsi nəticəsində Əndəlüs bölgə hökuməti 1991-ci ildə torpaqları aristokratlardan alır və ictimailəşdirib Marinaleda kəndlilərinin qurduğu kooperativə təhvil verir. Həmin vaxtdan indiyə kimi kənddə hər şey bu kooperativ ilə həyata keçirilir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kəndin 2 min 700 nəfər sakini var.
Şüarları
[redaktə | mənbəni redaktə et]Marinaledadakı evlərin divarlarında çoxlu sayda şüarlar yazılıb. Ən çox rast gəlinən şüar "Utopiyaya səfər"dir. Bir divarda isə "Kapitala qarşı sosial müharibə" yazısı var. Bələdiyyənin emblemində isə belə bir deviz vardır: "Sülhə aparan utopiya".
Xalq Evi
[redaktə | mənbəni redaktə et]Marinaledada iclas üçün istifadə edilən binaya "Xalq Evi" adı verilib və girişində "Başqa bir dünya mümkündür" yazılıb. Təqaüdçülər, qadınlar boş vaxtlarını bu binada mədəni və ictimai fəaliyyətlərdə keçirirlər.
Xalq yığıncağı
[redaktə | mənbəni redaktə et]Xüsusi mülkiyyətin olmadığı, tarlaların ictimaiyyətin malı olduğu bu kənddə bütün qərarlar xalqın iştirak etdiyi yığıncaqlarda alınır. Nə qədər vergi veriləcəyinə, əldə edilən gəlirin necə xərclənəcəyinə də bu yığıncaqlarda qərar verilir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kənddəki tarlalarda işləyən hər kəsə gündə 6 saat iş müqabilində 47 avro zəhmət haqqı ödənilir. Əldə edilən gəlirin hesabına kənddə idman qurğuları, böyük bir park tikilmiş və çoxlu sayda yaşıllıqlar salınmışdır.
Sosial vəziyyət
[redaktə | mənbəni redaktə et]Marianaledada kirayə problemi də çoxdan həll edilib. 70 illiyinə kirayəyə götürülən evlər üçün aylıq 15 avro kirayə ödəyirlər. Müqayisə üçün bildirək ki, qonşu kəndlərdə isə kirayə haqqı orta hesabla 500 avrodur. Evin istehsalı üçün lazımi vəsaitlər kənd kooperativinin kassasından ödənilir.
Evi tikilən adama inşaatda çalışması şərti qoyulub. Kənddəki 350 ev bu şəkildə inşa edilib. 90 kv.metr iki mərtəbəli evlərin 100 kvadrat metrlik bağçası və bir də avtomobil qarajı var.
Oxşar vəziyyət uşaq bağçalarında da eynidir. İstəyən ailə ayda 12 avro qarşılığında uşağını bağçaya göndərə bilər. Müqayisə üçün bildirək ki, bölgənin paytaxtı Sevilyada bağça pulu 200 avrodur.
İbtidai məktəb, orta məktəb və liseydə isə şagirdlər yeməklərini ödənişsiz olaraq, bufetdə yeyirlər. 2012-ci ilin yanvarında bölgə hökumətinin məktəb bufetlərini xüsusi bir firmaya verməsi marinaledalıların Təhsil Nazirliyinə hücum etməsinə səbəb oldu və onlar bufetin özəlləşdirilməsinə qarşı çıxdılar. Sonda bölgə hökuməti geri çəkilmək məcburiyyətində qalır.
Bələdiyyə məclisi
[redaktə | mənbəni redaktə et]Marinaleda bələdiyyə məclisinin 11 üzvü var. 9-u bələdiyyə başçısı Xuan Manuel Sançes Qordillonun qurduğu Birləşmiş Sol partiyasından, ikisi də sosial demokrat partiyasındandır. Məclisə seçilənlərə maaş verilmir. Hamısı da tarlalarda işləyirlər. Məclis üzvlərinin yaşı 25-35 arasındadır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Böhranın ortasındakı möcüzə. Arxivləşdirilib 2014-02-08 at the Wayback Machine 1937.az (az.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- marinaleda.com — Rəsmi saytı