Aşağı Malax
Aşağı Malax | |
---|---|
41°22′ şm. e. 46°59′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 670 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi.
Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir[1].
Əhalisi
[redaktə | mənbəni redaktə et]1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Aşağı Malax kəndində milli tərkibi ləzgilərdən ibarət 41 ailə yaşayırdı.[2] Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 92 təsərrüfatda hər iki cinsdən toplam 305 nəfər əhali yaşamaqdadır.[3]
Hazırda əhalinin mütləq əksəriyyətini müxtəlif Oğuz-Qıpçaq tayfalarından ibarət Azərbaycan Türkləri təşkil edir. Bununla belə kəndə başqa etnikli insanlarada rast gəlinir.[4][5]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Aşağı Malax oyk., mür. Qax r-nunun Qaşqaçay i.ə.v.-də kənd. Qaşqaçayın sahilindədir. Keçmişdə bu zonada Malax adlı iki kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax və Qacar Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar. Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "aşağıda yerləşən Malax kəndi" deməkdir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Qax rayon İcra Hakimiyyəti. Aşağı Malax
- Aşağı Malax kənd əsas məktəb [ölü keçid]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 79.
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168
- ↑ Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
- ↑ Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 167–169.
- ↑ "Macarıstandan Kəşmirə qədər yayılmış qədim türklər - Muğallar". Yeni Azərbaycan (ingilis). 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |