Vanqa
Görünüş
Vanqa | |||
Doğum tarixi | 3 oktyabr 1911 | ||
Doğum yeri | Strumitsa | ||
Vəfat tarixi | 11 avqust 1996, 11 noyabr 1996 | ||
Vəfat yeri | Sofiya | ||
Dəfn yeri | Bolqarıstan | ||
|
Vanqa (Vangelia Pandeva Dimitrova) (31 yanvar 1911 – 11 avqust 1996) — bir çox hadisələrin baş verəcəyini əvvəlcədən söyləyən bolqar qadın.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmaqlarla mübarizə aparma, onlar elə də qorxulu deyillər, onları düzəltməyə və ya dəyişməyə çalışma. Bax, zəhlətökən səfehlər ayrı məsələ, onlar həqiqətən təhlükəlidirlər. Bir hərəkətləri ilə bütün xalqı çaş-baş sala bilərlər.
- Allah dünyada ola bilməz, Allah elə işıq deməkdir. İnsanda Allah yoxdur, amma Allahda insan var.
- Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.
B
[redaktə]- Bəşəriyyət dəliliyə doğru gedir. Bu, hakimiyyət hərisliyi və zorakılıqdır… Bəli, dünənki cinayətkarların dünyanı idarə etdiyi kimi. Yalan, pozğun, allahsız, pisliyə tabe olan və xeyirxahlığa qarşı çıxan bütün insanlar ağlayacaq.
- Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.
- Bir nəfər Vanqadan soruşur: "Niyə xoşbəxtliyi belə çətinliklə qazanıram?" O, isə fikirləşir və cavab verir: Sən güclüsən, güclü insanlar xoşbəxtliyi çətinlikə əldə edir ki, zəiflərə asan olsun…
- Bolqarlar güclüdür — bizim mahnılarımızda nə oxunduğunu görün və əcdadlarımızın necə yaşadığını anlayacaqsınız. Bayramlara hörmət edin — onlar sağ qalma vasitəsidir.
- Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.
Ç
[redaktə]- Çəkişmələrə son verin, bir-birinizi sevin. (Son sözləri)
E
[redaktə]- Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.
Ə
[redaktə]- Əgər düşmənə qalib gəlmək istəyirsənsə, onunla dostluq et.
- Əgər verdiyin vədi yerinə yetirə biləcəyinə əmin deyilsənsə, söz vermə. Çünki başqasına vurduğun yara gec-tez özünə qayıdacaq.
F
[redaktə]- Fəlakətlər planeti sarsıdacaq, axmaq insanlar qalib gələcək, oğrular, sərxoşlar, işəgötürənlər, fahişələr çoxalacaq.
G
[redaktə]- Gün gələcək ki, yalan Yer üzündən yox olacaq. Zorakılıq və oğurluq olmayacaq. Müharibələr kəsiləcək, sağ qalanlar isə həyatın qədrini bilməyə və onu qorumağa çalışacaqlar.
H
[redaktə]- Heç nədən asılı olmayaraq, öz istədiyini hər yerdə və hər zaman axtar. İstədiyini ac adamın yeməyi, susuz adamların suyu, azmış adamın evin yolunu axtardığı kimi axtar. Əgər istədiyini axtarmağı tərgitməsən, o özü sənin ixtiyarına gələcək.
- Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.
- Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə, ondan da daha çox cavabdehlik tələb edir.
- Həddindən artıq arzulamayın, siz hesablaşa bilməyəcəksiniz.
- Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.
- Hər şey göylərdə artıq müəyyənləşib. İnanan və çalışan insan gec-tez düzgün cavab tapır. İstənilən suala cavab var, ancaq sualı necə verməyi və sənə hansı cavab lazım olduğunu bilmək lazımdır. Əgər sən öz həyatına qərar verməsən, onda ömür boyu eyni sualı verəcək və ona cavab tapmayacaqsan.
- Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.
X
[redaktə]- Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.
İ
[redaktə]- İnsan qəlblərindəki xaosdan qorxuram, qorxuram ki, pislik özünə yol açır, yaxşılıq isə gizlincə geri çəkilir…
- İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.
- İstədiyinizi etməkdə azad olduğunuzu düşünməyin, heç kim azad deyil.
K
[redaktə]- Keçmişinizdə baş vermiş hadisələrə görə peşmançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.
- Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.
Q
[redaktə]- Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.
- Qədim dünya haqqında anlayışımızı kökündən dəyişdirəcək heyrətamiz arxeoloji kəşflərin şahidi olacağıq.
M
[redaktə]- Mənim hədiyyəm Allahdandır. O, məni görmə qabiliyyətindən məhrum etdi, amma mənə dünyanı gördüyüm başqa gözlər verdi — həm görünən, həm də görünməyən.
- Möcüzələr vaxtı gələcək, bir çox sirlər açılacaq! Bundan əvvəl bəşəriyyət bir çox təbii və sosial fəlakətlər və təlatümlü hadisələr yaşayacaq. İnsan şüuru tədricən dəyişəcək.
N
[redaktə]- Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.
R
[redaktə]- Ruh ölmür. Yalnız pis insanların ürəkləri qeyzlənir və onları səmaya çağırmırlar. Onlar çevrilmirlər. Yer kürəsinə yalnız ən xeyirxahlar və ən yaxşılar qayıdır.
S
[redaktə]- Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.
- Sevgi — qəribə və şıltaq quşdur, harada yaşamaq istədiyinə özü qərar verir. Bizim ürəklərimizi yalqız qoyaraq dondurub istənilən vaxt qalxa və uça bilər.
- Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.
- Siqaret çəkənlərin yanında olmaq belə təhlükəlidir, zəhər orqanizmə daxil olur və bədəndən xaric olunmur, toplanır.
T
[redaktə]- Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.
- Tələsin, amma həmişə ağılla tələsin.
- Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.