DOM Teatrı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
dOM Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 2016-cu il
Heyət
Direktor Tərlan Rəsulov
Bədii rəhbər Tərlan Rəsulov

dOM Teatrı — Azərbaycanda ilk interaktiv teatrdır, 2016-cı ildə bu teatrın rəhbəri, rejissor, pedaqoq və prodüser Tərlan Rəsulov tərəfindən yaradılıb. Tam müstəqil yaradıcı strukturdur.

dOM adı bu teatrın əsas konsepsiyasını ifadə edən "with/out play" söz birləşməsində baş hərflərin (WOP) əks tərəfə çevrilməsindən yaranmışdır. Burda "play" sözü həm tamaşa, həm pyes, həm də oyun mənasını daşıyır. Bu birləşmədə olan söz oyunu pyes/tamaşa/oyunla, ondan kənar və onsuz anlayışlarını bildirir[1][2][3].

dOM Teatrının dramaturq İsmayıl İmanın əsəri əsasında "Limbo" tamaşası (rejissor Tərlan Rəsulov) 2019-cu ildə, VII Türkdilli Teatrların Beynəlxalq "Tuğanlıq" festivalında "Yeni səhnə məkanı və tamaşaçı ilə kommunikasiya üsullarının mənimsənilməsi" nominasiyasında xüsusi mükafat qazanmışdır. Bu, "Tuğanlıq" festivalının proqramında ilk immersiv tamaşa nümayişi olmuşdur[4].

BMT-nin Qaçqınların Məsələləri üzrə Agentliyinin (UNHCR) dəstəyi ilə "Limbo" immersiv tamaşası qaçqın və məcburi köçkünlərin problemlərinə həsr olunmuşdur. Öz evlərini tərk edib müvəqqəti çadır düşərgələrində məskunlaşan insanlar ömürlərinin ən çətin və ağır məqamlarından birini yaşayırlar. Tamaşaçılar öz aralarında adi insanların əhvalatları nümayiş olunur: uşağını itirmiş qadın, əvvəlkihəyat barədə xatirələr, məişət münaqişələri və hətta bu xaos içində yaranan məhəbbət. Limbo cənnətlə cəhənnəm arasında olan məkandır, bura nə cəhənnəm əzablarına, nə də behiştə layiq olmayan ruhlar düşür. Tamaşanın personajlarından birinin sözü ilə:"bu yer burda, bizim yaşadığımız aləmdədir".[5][6]

Teatrın seçilmiş layihələri və tamaşaları

[redaktə | mənbəni redaktə et]

1. sentyabr, 2016 – yanvar, 2017 — "Məndən yaxşı gör" – Əlilliyi olan insanlar üçün İcma Teatrı ("Culture and Management Lab" (Gürcüstan) və Cənubi Qafqaz Əməkdaşlıq Təşkilatının (İsveçrə) dəstəyi ilə)

2. oktyabr, 2016 – yanvar, 2017 — "Error" eksperimental teatr layihəsi ("Culture and Management Lab" (Gürcüstan) və Cənubi Qafqaz Əməkdaşlıq Təşkilatının (İsveçrə) dəstəyi ilə)

3. dekabr, 2017 — mart, 2018 — "Bir Günəş Altında" forum teatr layihəsi (British Council-Azerbaijan, Azərbaycan Respublikası Təhsil Nazirliyi (Sabah qrupu), Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirliyinin dəstəyi ilə)

4. iyun, 2018 — "Limbo" immersiv tamaşa (Rookie Art Production və BMT Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyiilə)[7][8]

5. iyul, 2018 — "Şağ" eksperimental tamaşa (YARAT Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə)[9]

6. dekabr, 2018 — "Etiraf" tamaşası (Mədəniyyət Nazirliyinin "Söz" Ədəbi Layihəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsinə həsr edilmiş bədii gecə)

7. mart, 2019 — "Səni əlaltı vasitələrlə necə xoşbəxt etmək" sayt-spesifik tamaşa (ARTIM ROOMS dəstəyi ilə)

8. mart-iyun, 2019 — "İki amerikano və çizkeyk" spontan eksperimental tamaşa (Tik-Talk antikafenin dəstəyi ilə)[10]

9. noyabr, 2019 — "İclas" immersiv tamaşa (Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə)[11]

10. yanvar, 2020 — "Proses" immersiv tamaşa (Mahnı Teatrının dəstəyi ilə)[12]

11. mart, 2020 — "Romeo hardadır?" interaktiv tamaşa (Musiqili Teatrın dəstəyi ilə)

12. yanvar, 2022 — "Cəhənnəmə gedən özünə yoldaş axtarar" eksperimental tamaşa (ARTIM PROJECT SPACE)

13. noyabr, 2022 — "Bir damla Günəş, bir nəfəs külək, bir az da sevgi" interaktiv tamaşa ("O" incəsənət layihəsi çərçivəsində Latviya Respublikası səfirliyi, Norveç Krallığının Ankaradakı səfirliyi, BMT Azərbaycan nümayəndəliyinin dəstəyi ilə)[13]

  1. Kulis.az. ""dOM" teatrının direktoru: "Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin" –Müsahibə" (az.). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Sözügedən Promenad yaxud immersiv teatrın daha doğrusu, tamaşanın bir nümunəsini bizə Tərlan Rəsulovun rəhbərliyi ilə yenicə yaranmış "dOM" teatrı göstərdi". Kaspi.az. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. ""Müstəqil teatrlar yalnız müstəqil düşüncə deyil, həm də demokratik cəmiyyətin göstəricisidir"". 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. tatar-congress.org. "В Уфе VII Международный фестиваль тюркоязычных театров «Туганлык» назвал победителей" (rus). 31.05.2019. İstifadə tarixi: 10.03.2023.
  5. "Независимый театр dOM из Баку не даст зрителям покоя..." (PDF). “ITI-info” № 2 (47) 2019. 2023-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6.  Video “Müstəqil teatrlar yalnız müstəqil düşüncə deyil, həm də demokratik cəmiyyətin göstəricisidir”
  7. "Спектакль «Лимбо», поставленный при поддержке Верховного Комиссариата ООН по делам беженцев, посвящён проблемам людей, вынужденных покинуть свои дома и поселиться в перевалочных лагерях". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "Второй Международный фестиваль актуального театра ХАОС". 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. Mirzə / Qaynarinfo.az. "Azərbaycanda ilk dəfə: Spontan, interaktiv, canlı teatr.... - Tərlan Rəsulov danışır" (rus). 12.07.2018. 2018-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. "Бакинцам представили необычный спектакль". Sputnik. 2023-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. "Yeni dram, yeni dramaturgiya - Əli Əmirli yazır". 525.AZ. 2023-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. Sputnik / Kemale Aliyeva. "Вместо спектакля зрители попали в зал суда и решили судьбу обвиняемого" (rus). 29.01.2020. 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. Вугар Иманов. "Премьера в Баку! Немного лучика солнца, немного дыхания ветра и еще немного любви" (rus). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.03.2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  1. Тарлан Расулов: «Большая часть актеров не уважает свою профессию»
  2. «Я предпочту сломать содержание в угоду форме». Режиссер Тарлан Расулов о сути профессии и методе спонтанной игры
  3. Founder of dOM interactive theatre shares his thoughts on theatre development in country [EXCLUSIVE]
  4. "İZLƏYİCİ İLƏ EKSPERİMENT" www.regionplus.az
  5. Грань между зрителем и актером стерта – В Азербайджане появился первый интерактивный театр dOM theatre www.news.day.az
  6. Основатель dOM theatre Тарлан Расулов: "Старая техника приучила актеров к лени" www.news.day.az
  7. "dOM" Teatrından reportaj: "Bu şəxsən mənimçün təzə deyil" www.teatro.az
  8. "DOM" Teatrı "Tuğanlıq" festivalında mükafat qazanıb www.mediapress.az
  9. dOM teatrında premyera olacaq: "İclas" www.kulis.az
  10. "dOM" teatrının direktoru: "Elə oynamalısan ki, tamaşaçı oyuna qatılmaq istəsin" –Müsahibə www.kulis.az
  11. "İnteraktiv teatrda improvizə deyil, aktyor texnikası önəmlidir" www.medeniyyet.az
  12. Создатель театра dOM Тарлан Расулов — деньги приходят сами по себе www.zerkalo.az
  13. "Туганлык-2019: Лимбо", спектакль www.poufe.ru
  14. Израильский, азербайджанский и белорусский спектакли представят международную программу фестиваля "ХАОС" в онлайн-показах ведомостинсо.рф
  15. "Bir Günəş Altında" pyesi səhnələşdiriləcək www.asanradio.az
  16. "YARAT"ın səhnəsində yeni tamaşa -"Bir günəş altında" www.senet.az
  17. Bir Günəş Altında www.itylife.az
  18. "Bir günəş altında" tamaşası təqdim olunub www.medeniyyet.az
  19. "Yaxşı, əgər bunlar yoxdursa, siz nə ilə məşğulsunuz?" www.moderator.az