Azərbaycan coğrafi göstəriciləri
Azərbaycan coğrafi göstəriciləri — Azərbaycan mənşəli məhsullara verilən coğrafi göstərici adları.
Tarixi
[redaktə | mənbəni redaktə et]2021-ci ildə Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri coğrafi göstəricilər və mənşə adları ilə bağlı Gürcüstan təcrübəsini öyrənmək üçün bu ölkəyə səfər etmişdir.[1]
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Əqli Mülkiyyət Agentliyi tərəfindən azad edilmiş ərazilərdə coğrafi göstəricilərin qorunması üçün onların qeydiyyata alınması istiqamətində işlər aparılır.[2]
Qanunvericilik
[redaktə | mənbəni redaktə et]Azərbaycanda coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və istifadəsi ilə bağlı münasibətlər 1998-ci ildə qüvvəyə minmiş "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməkdədir.[3]
Coğrafi göstəricilərin siyahısı
[redaktə | mənbəni redaktə et]Azərbaycan qeydiyyatı
[redaktə | mənbəni redaktə et]İçkilər
Yemək və şirniyyatlar
- Limon dolması (Lənkəran)[6]
- Quru dolma (Qax)[6]
- Ağ şanı dolması (Bakı)[6]
- Zeytun dolması (Abşeron)[6]
- Qıra dolması (Kəngərli)[6]
- Qoz dolması (Qəbələ)[6]
- Alma dolması (Quba)[6]
- Balıq dolması (Salyan)[6]
- Pip dolması (İsmayıllı)[6]
- Guba dolması (Ordubad)[6]
- Naxçıvan qovurması[6]
- Şəki halvası[6]
Xalçalar
- Bəhmənli xalçası[4]
- Çələbi xalçası[4]
- Qarabağ xalçası[4]
- Bəhmənli (Talış) xalçası[4]
- Butalı Qarabağ xalçası[4]
- Qarabağ müasir xalçası[4]
- İrəvan xalçası[3]
- Əştərək xalçası[3]
- Zəngəzur xalçası[3]
Kəlağayılar
- Basqal kəlağayısı[4]
- Yalxı ispirək kəlağayısı[3]
- Duvağ kəlağayısı[3]
- Heyratı kəlağayısı[3]
- 7 rəng kəlağayısı[3]
- Qoşa haşiyə[3]
- Abbasəli kəlağayısı[3]
Digər
Avropa İttifaqı qeydiyyatı
[redaktə | mənbəni redaktə et]Yeməklər
- Limon dolması (Lənkəran)[7]
- Quru dolma (Qax)[7]
- Ağ şanı dolması (Bakı)[7]
- Zeytun dolması (Abşeron)[7]
- Qıra dolması (Kəngərli)[7]
- Qoz dolması (Qəbələ)[7]
- Alma dolması (Quba)[7]
- Balıq dolması (Salyan)[7]
- Pip dolması (İsmayıllı)[7]
- Guba dolması (Ordubad)[7]
- Naxçıvan qovurması[7]
- Şəki halvası[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cəmilə Babayeva. "Azərbaycan coğrafi göstəricilər üzrə Gürcüstan təcrübəsini öyrənir". report.az. 1 noyabr 2021. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ Aytac Sahəd. "COPAT: Qarabağda coğrafi göstəricilər qeydiyyata alınır". APA. 24 dekabr 2021. 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Coğrafi göstərici statusu verilə biləcək əmtəə və məhsulların siyahısı hazırlanıb". marja.az. 24.07.2017. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ 1 2 3 4 5 6 7 8 GEOGRAPHICAL INDICATIONS OF AZERBAIJAN (PDF). Baku: Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi. 2022. səh. 20.
- ↑ ""Ağdam şərabı" əmtəə nişanı və coğrafi göstəricisi dövlət qeydiyyatına alınıb". Azertac. 23.05.2023. İstifadə tarixi: 2023-11-23.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Azərbaycanda sənaye nümunələrinin, coğrafi göstəricilərin və əmtəə nişanlarının analitik icmalı. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi. Bakı, 2020
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Information Notice – Public Consultation — Names from Azerbaijan to be protected as Geographical Indications in the European Union. (2019). Official Journal, C 167, 26–28. CELEX: https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX:52019XC0516(03)[legislation[ölü keçid]]