Şali rayonu
Şali rayonu | |
---|---|
Шелан кӏошт | |
43°09′ şm. e. 45°54′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Şali[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1920 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87146 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şali rayonu (çeç. Шелан кӏошт[4]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şali şəhəridir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Rayon respublikanın mərkəzi hissəsində yerləşir. Cənubda Şatoy rayonu, şərqdə Vedeno və Kurçaloyevski rayonları, qərbdə Qroznı rayonu və şimalda Arqun şəhər dairəsi ilə həmsərhəddir. Hər tərəfdən ölkənin rayonları ilə sərhəddir. Rusiyanın digər subyektləri və xarici ölkələrlə sərhədə malik deyil. Rayonun ərazisi 598,89 km²-dir[5]. Ərazisindən bir çox çay axır. Bunlardan ən böyüyü Arqun, Bass, Calka, Xulxulay və başqalarıdır.
İqlim
[redaktə | mənbəni redaktə et]İqlimi mülayim kontinentaldır. Qış mülayim keçir, tez-tez duman müşahidə edilir. Qar örtüyü qeyri-sabit olması ilə seçilir. Yanvar ayının orta temperaturu −4 ° C -dir. Yay isti və quraq havası ilə seşilir. İyulun orta temperaturu 25 ° C -dir. Orta illik yağıntının miqdarı 500 mm-dir. Yağıntı əsasən aprel-oktyabr ayları arasında düşür. Orta illik nisbi rütubət təxminən 70%-dir. Ərazisində şərq və qərb küləkləri üstünlük təşkil edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şalı rayonu 1920-ci ildə qurulmuşdur. 1921-ci ilin yazında rus həkimləri Şaliyə gəlir və burada kiçik bir dispanser, məktəb tikilir. Bir müddət sonra Şali rayonunda aqronomlar, həkimlər və müəllimlər meydana çıxır. İlk buxar dəyirmanı Şalidə inşa edilir. Torpaq milliləşdirilir, savadlılıq mərkəzləri qurulur. Bununla belə eyni zamanda rayonda uşaqlara ərəbcə oxu və yazı öyrədilən mədrəsələr də mövcud olur.
Lakin yerli əhali bolşeviklərin zorla kollektivləşdirmə üsullarını bəyənmirdi. Varlı kəndlilərin torpaq sahələri, atları və mal-qara müsadirə edilir, digərləri zorla kolxozlara göndərilir. Bu da 1929-cu ildə Qırmızı Ordunun keçmiş komandiri Şita İstamulovun silahlı qiyam qaldırması kimi hadisələrə səbəb olur. Üsyan yatırılır, bir çox dini lider tutulur və Sibirə sürgün edilir[6].
Çeçenlərin və İnquşların deportasiyası və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi dövründə, 1944–1957-ci illərdə rayon Mejdureçenski rayonu adlandırılır (RSFSR Ali Soveti Rəyasət Heyətinin avqust tarixli fərmanı ilə). 30 aprel 1944-cü ildə RSFSR Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1957-ci il tarixli Fərmanı ilə rayon yenidən əvvəlki adını alır.
70-ci illərdə Şali rayonunun sənaye potensialı artırılır. Rayonda Çeçen-İnquş sement zavodu, Şimali Qafqaz broyler quşçuluq ferması, Qazfqaz quşçuluq fabriki, dəmir-beton zavodu, kərpic zavodu, tikinti təşkilatları və regional qida emalı zavodu tikilmişdir.
SSRİ dağılmadan evlər, məktəblər, mədəniyyət müəssisələri, məişət və sosial xidmətlər tikilərək istifadəyə verilir. Ali və orta təhsilli mütəxəssislər xalq təsərrüfatında çalışırırlar.
Əhali
[redaktə | mənbəni redaktə et]Əhalisi 134 479 nəfərdir. Əhalinin sıxlığı 1 kv km-ə 211,11 nəfərdir. Şali rayonunun əhalisi ümumi əhalinin 8,98% -ni təşkil edir.
- Urbanizasiya
Rayon ərazisində ümumi əhalinin 41,81 % (Şali şəhəri) şəhərlərdə yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[7]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 111 065 | 95,77 % |
ruslar | 2 636 | 2,27 % |
qumuqlar | 368 | 0,32 % |
avarlar | 286 | 0,25 % |
qazaxlar | 216 | 0,19 % |
tabasaranlılar | 202 | 0,17 % |
digərləri | 1 046 | 0,90 % |
bildirməyənlər | 151 | 0,13 % |
ümumi | 115 970 | 100,00 % |
İnzibati ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]Şali rayonuna eyni adlı 10 inzibati ərazi vahidliyi daxildir. Ümumilikdə rayonda 1 şəhər və 9 kənd tipli yaşayış məntəqəsi mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-09.
- ↑ Закон Чеченской Республики от 04 октября 2019 года N 41-РЗ "О преобразовании, изменении границ отдельных муниципальных образований Чеченской Республики и внесении изменений в некоторые законодательные акты Чеченской Республики" Arxivləşdirilib 2021-08-30 at the Wayback Machine — С. 1822
- ↑ "Хасан и Щита Истамуловы". 20-12-2013. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-30.
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.