Məzmuna keç

Yurd



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır. Füyuzat jurnalı
  • Azərbaycan - mayası nur, qayəsi nur ki...

Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. Məmməd Araz

  • Ey ürəyimin ən əziz ölkəsi, uca arzuların yurdu, Azadlıq qurbangahında ruhunu təmizlə: Çünki sərkərdələr dayanana qədər əzab çəkməlisən, döyüşməlisən, Bütün xalqlar azadlıq və sülh içində başlarını qaldıracaqlar... Henri Cekson van Dayk
  • Xəyanət etmək. Böyük sözdür. Xəyanət nə deməkdir? Bir insanın yurduna, dostlarına, sevgilisinə xəyanət etməsi anlamındadır. Əslində insanın xəyanət edə biləcəyi tək bir şey vicdanıdır. Jozef Konrad
  • Xristianlıq, müstəsna olaraq səmavi işlərlə məşğul olan, tamamilə mənəvi bir dindir. Xaçpərəstin ata yurdu bu dünyadan deyil. O, öz borcunu yerinə yetirir və bu bir həqiqətdir. Lakin, o, bunu səylərinin müvəffəqiyyətinə və ya uğursuzluğuna dərin bir laqeydliklə edir. Təki onun özünü qınamağa bir şey olmasın və yerdə hər şeyin yaxşı və ya pis olması onun üçün vacib deyil. Jan Jak Russo
  • İstəyirsən ki, ürəklərdə özünə yurd salıb seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış. Nuşirəvan Adil Xosrov
  • Oba köçüb, yurd ağlayır. Azərbaycan atalar sözləri/O
  • Odlu Yurd! Bu iki söz türkcə kəlmənin – Azərbaycanın müqabil olduğunu söylərsək, məsələ yarı-yarıya anlaşılmaz olur. Yarı-yarıya deyirik, çünki hal-hazırda bir deyil, iki Azərbaycan vardır. Rus istiqlalına pərdəlik rolunu oynayan “qızıl Azərbaycan” ilə qəlbində hürriyyət və istiqlalın sönməz adını daşıyan milli Azərbaycan! Məhəmməd Əmin Rəsulzadə
  • Yaxşı igid yurd düzər, yaman igid yurd pozar. Özbək atalar sözləri
  • Yəhudilərin milli yurdu üçün fəryad məni çox cəlb etmir. Bunun üçün sanksiya İncildə və yəhudilərin Fələstinə qayıtdıqdan sonra can atdıqları əzmdə axtarılır. Niyə onlar da yer üzünün digər xalqları kimi doğulduqları, dolandıqları yerləri öz yurdlarına çevirməsinlər? Mahatma Qandi
  • Yurd yeri - guman yeri. Azərbaycan atalar sözləri/Y
  • Yurd - tono, ailə - valideyn, dövlət - elm üzərində dayanır. (Tono - yurdun yuxarı dayağı olan dairəşəkilli ağac, tüstü çıxmaq üçün yer). Monqol atalar sözləri
  • Yurdda sülh, cahanda sülh! Mustafa Kamal Atatürk
  • Yurddan çıxsan da, eldən çıxma. Azərbaycan atalar sözləri/Y
  • Yurdu sarmış qabalıq, yaltaqlıq,
    Yüksəliş varsa, səbəb alçaqlıq... Hüseyn Cavid

İstinadlar

[redaktə]
  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.59
  2. Məhəmmədhüseyn Şəhriyar. Seçilmiş əsərləri. Bakı, Kitab Klubu, 2014.