Saçaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xalça saçaqları

Saçaq — bəzi əşyaların (adətən pərdənin, paltarın, xovlu və xovsuz xalçaların aşağı və həm də yuxarısından sallanan iplər) kənarları boyunca tikilən çox sıx, sallanan ip telləri[1].

Saçağı əslində əriş yığımı təşkil edir. Azərbaycan xalçalarında başlarında qotaz sallanan saçaqlar da düzəldilir[2].

Saçaqlar həmin ərişin uzantısından əmələ gəlir. Bəzən əriş müxtəlif rəngli iplərdən təşəkkül tapır ki, bu da saçaqların rəngbərəng olmasına səbəb olur.[3]

  1. Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. IV cild, səh.8.
  2. "Saçaq". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  3. Saçaqlar[ölü keçid]