Reç Pospolita
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tarixi dövlət | |||||
Reç Pospolita | |||||
---|---|---|---|---|---|
pol. Rzeczpospolita Obojga Narodów lit. Lenkijos Karalystė ir Lietuvos Didžioji Kunigaikštystė | |||||
|
|||||
«lat. Si Deus Nobiscum quis contra nos (Allah bizimlədirsə, bizə qarşı kim ola bilər?) XVIII əsrdə: lat. Pro Fide, Lege et Rege (Din, kral və qanun uğrunda)» |
|||||
|
|||||
|
|||||
Paytaxt | Krakov, Varşava (1596-dan) | ||||
Dilləri | polyak dili, Ruthen dili, latın dili[1][2][…], Litva dili[1][2][…], erməni dili[1][2][…] | ||||
Rəsmi dilləri |
Polyak dili Latın dili Litva dili Alman dili |
||||
Dövlət dini |
Katolik Pravoslav Protestant İslam İudaizm |
||||
Valyuta | polyak zlotı[d], Polşa zlotı | ||||
Ərazisi |
1580 — 865 000 km² 1650 — 878 000 km² 1771 — 718 000 km² |
||||
Əhalisi |
1580 — 7,5 mln. nəfər 1650 — 11 mln. nəfər 1771 — 12,3 mln. nəfər |
||||
İdarəetmə forması |
irsi monarxiya (1569-1573 və 1791-1795) seçkili monarxiya (1573-1791) |
||||
Vikianbarda əlaqəli mediafayllar |
Reç Pospolita[3] (pol. Rzeczpospolita) — Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölünməsi ilə ləğv edilmişdir.
Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı. Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi.
Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi. Lakin Osmanlı dövləti buna imkan vermədi. Rusiya əleyhdarı Stefan Batori Reç Pospolita kralı seçildi.
Yaranması
[redaktə | mənbəni redaktə et]Şəhərlərin, sənətkarlığın və ticarətin inkişafı XV əsrin sonu XVI əsrin əvvəllərində Polşa şəhərinin inkişaf periodu olmuşdur. Onların çoxunda kəndlilərin şlyaxtaların, xaricilərin axıb gəlməsi nəticəsində əhalinin sayı artdı. Poznanda XV əsrin sonunda 4 min sakin, yüz il sonra isə 20 min sakin, Varşavada XV əsrin ortalarında 10 min, həmin əsrin sonlarında isə 20 min insan, Qdanskda isə XVI əsrin sonunda 40 min, 50il sonra isə artıq 75 min sakin olmurdu. Krakov, Vroslavda məskunlaşma əhəmiyyətli dərəcədə artmışdır. Ölkənin bir sıra bölgələrində yeni şəhərlər əmələ gəldi, onlara bəzi maqnat latifundiyalarında da yaranmışdı. Şəhərin böyük hissəsi Böyük Polşada, eləcə də Seleziyada və Qərbi Sahil boyunda idi.
Şərqi sahil boyu, xüsusən də Qdansk böyük rubi yoxlardan istifadə edirdi. Qdansk Mərkəzi limanın açılması və bağlanması hüququna malik idi, öz qoşunu və milisi vardı, yalnız kralın ali hakimiyyətini tanıyaraq müstəqil daxili siyasət aparırdı. Bu bir şəhərin gəliri bütün dövlətin gəlirinə bərabər idi. Odansk, Torum və Elblang Prusiya seyminə nümayəndə göndərmişdilər. XV əsrin sonu XVI əsrdə Kustar istehsalı intensiv sürətdə inkişaf etdi. Sənətdə xüsusən, parça mallarda çoxdan baş vermiş əmək bölgüsü müşahidə edilirdi. XVI əsrdə hər yerdə su enerjisi tətbiq edilməyə başlandı. Sexlər sənətin əsas təşkilatçısı olaraq qalırdılar. Sənətin ixtisaslaşması yeni sexlərin yaranmasına eləcə də, sexdən istehsalın artmasına səbəb oldu. Dəri istehsalında da böyük uğurlar əldə edildi. Mahud istehsalı güclü şəkildə inkişaf etdi. XV əsrin sonu XVI əsrin əvvəllərində çapçılığın əmələ gəlməsi ilə əlaqədar olaraq kağız istehsalı əmələ gəldi. Bir sıra sahələrdə ilkin kapiatalist münasibətlərinin elementləri əmələ gəldi. Muzdlu əməyə əsaslanan manufakturaya əsaslanan keçid prosesi daha aydın surətdə XV–XVI əsrlərdə Kiçik Polşa və Sileziyada cəmlənən mədən işi və metallurgiyada hiss edildi. Texnikanın inkişafına yeni əməl vasitələrinini tətbiqi böyük xərc tələb edirdi. XV əsrin ortalarında sənayedə ticarət kapitalının axını başlandı. Zəngin tacirlər böyük gəlir gətirən gümüş, qızılı, qurğuşun, mis duzun əldə edilməsinə xüsusi maraq gəstərirdilər. Ticarət kapitalı bir sıra digər sənətkarlıq sənayesində də yayılırdı.
XV əsrin sonu XVI əsrlərdə daxili və xarici ticarət əlaqələri gücləndi. Ölkənin mühüm ticarət mərkəzləri, Ordansk, Torum, Vraşava, Lyublində daxilli mal dövriyyəsini mərkəzdə mühüm rol oynayan yarmarkalar keçirildi. Ölkənin müxtəlif rayonlarında artan iqtisadi inkişaf XVI əsrin 60-cı illərində Seym tərəfindən çəki və ölçünün vahidləşdirilməsi haqqında qərar qəbul edilmısinə səbəb oldu. Əsas ticarət yolu Visladan Ordanska və daha sonra xaricə gedirdi. Əsas ixrac predmetləri, çərək, kətan, dəri, öküz dərisi, taxta, kül idi. Kənd təsərrüfatı məhsulları və meşə malları Fransa, Hollandiya, İngiltərə, İspaniya, Portuqaliya və digər Avropa ölkələrinə aparıldı. Mahud, nazik kətan, ipək parçalar, dəmir, polad və metal məmulatları aparıldı. Polşa balıq, şərab, qənd və ədviyyatı çox alırdı. Rus torpaqları ilə canlı ticarət aparıldı. Ordan yerli və import mahud, metal məmulatı və digərlərinin əvəzində dəri, xəz, mum və s. gətirilirdi. Polşanın Sileziya ilə sıx ticarər əlaqələri var idi. Qərbi sahil boyu ilə iqtisadi münasibətlər inkişaf edirdi. Polşadan Sileziyaya və Qərbi sahil boyuna əsasən kənd təsərrüfatı məhsulları, Sileziyadan isə Polşa oraq kərənti, bıçaq, pikə, kağız, şüşə və digər malları alırdı. Seçim tacirləri Polşaya əsasən Qərbi Avropa malları gətirdilər. Şəhərlərdə sosial, siyasi, milli və dini ziddiyyətlər şiddətlənirdi. Plebs patrisiatlarla, eləcə də orta təbəqə şəhər əhalisi ilə sex sahibləri, tacirləri ilə mübarizə aparırdı. Sonuncular siyasi hüquqlar əldə edərək patrisələrə qarşı çıxırdılar. Bu mübarizə Ordanskda daha geniş vüsət aldı və 1521-ci ildə üsyana çevrildi. Bir sıra şhərəin orta təbəqəsi ciddi səylər nəticəsində XVI əsrəd dövləti idarəetmə orqanlarında bir neçə iştirak əldə etdilər. Reformasiya və əks reformasiya dövründə şəhərlərdə, eləcə də dini ziddiyyətlər kəskinləşdi.
Təərrüfatın biyar-mülk sisteminə keçid xüsusən Polşa torpaqlarında da orta zadəgan torpaq sahibliyi üstünlük təşkil etməyə davam edirdilər. Belə ki, xüsusi çəkisi azaldı, xüsusən XVI əsrin sonlarında. Eyni vaxtda maqnat torpaq sahibliyi güclü şəkildə inkişaf etdikcə Polşa torpağı olmayan Reç Pospolita torpaqlarında XVI əsrin sonlarından üstün oldu. Bir sıra latifundiyalar çox böyük miqyasa çatdılar. Y. Zamoyskaya 11 şəhər və 200 kənd məxsus idi. Bundan başqa onun ömürlük sahibliyində 12 şəhər və 612 kənddən ibarət kral mülkü var idi. K. Ostorjski XV–XVII əsrdə sərhərddə −100 şəhər v qala və 1300 kənddə malik idi və bunların illik gəliri 1 mln zlotedan çocx idi. Əsas torpaq sahili maqnatların icarəsində idi.
XVII əsrin ortalarına qədər daxili müstəmləkələşdirmə davam edirdi və ölkədə məskunlaşmanın həcmi artırdı. Kənd təsərrüfatı malları təkmilləşirdi. Taxılın yığılmasında orağı sıxışdırıb aradan çıxaran kərənti (dəryan) tətbiq edilməyə başlandı, XVI əsrdə geniş yayılmış əkinçilik vasitələri kimi dəmir dişli daraqlar oldu. Taxılın Orta məhsuldarlığı XVI əsrin sonuna əkiləndən 4,5 dəfə artıq oldu. Əmtəə pul münasibətlərinin güclü inkişafı kəndlərdə əmlak təbəqələşməsi prosesini sürətləndirdi. Bəzi varlı kəndlilər ticarət və şəhərciklə məşğul olurdular. Şəhər məskunlaşmasının artması çörəklə və kənd təsərrüfatı xanalarına tələbatı artırdı. Kəndlər öz növbəsində daha çox sənət və digər mallar almaqla başladılar. Şəhər və kəndlər arasında ticarətin rtması yerli baxzarların yaranması və ümumi Polşa bazarının elementlərinin əmələ gəlməsinə səbəb oldu. ZXVI əsrin ortalarında xarici bazarda kənd təsərrüfatı məhsullarına tələbat güclü şəkildə artdı. Bununla əlaqədra çörəyin ixracı daim artırdı. Hələ XV əsrin sonunda Odanskdan bir neçə min laşt (laşt- 2,25 t) taxıl, VVI əsrin II yarısının əvvəllərində isə 40–50 minə, XVII əsrin I rübünün sonunda isə artıq illik 80 min laştdan çox taxıl aparırdılar. Çörəyə olan tələbat qiymətlərin artması ilə müşayiət edilirdi. XV əsrə nisbətən XVI əsrdə Avropada onu 2,5–6 dəfə Polşanın müxtəıif rayonlarında 7–8 dəfə çox ödəyirdilər. "Qiymətlər inqilabı" feodalların iqtisadi və siyasi vəziyyətini gücləndirərək onları zənginləşdirdi
Ticarət münasibətlərinin inkişafı, tələbin artması və qiymət artımı kənd təsərrüfatı məhsullarına daxili və xarici bazarda satış üçün kənd təsərrüfatının xammalını istehsalı kiçik mülklərin, mülkədar torpaqlarının əmələ gəlməsi böyüməsi üçün ilkin zəmin oldu. Kiçik mülklərin yayılmasında mühüm rolu Polşada azad torpaqların olması oynadı. Təsərrüfatın bujar-mülk sisteminə keçid Polşada XV əsrin II yarısı, Sileziya və Qərbi Kiçik malikanələr kəndli torpaqların, otlaqların şumlanması, meşələrin və kolların təmizlənməsinə hesabına əmələ gəldi və artdı. Feodallar həm də sulduzlara məxsus torpaqları almağa və kiçik mülklərinə birləşdirməyə çalışırdılar.
Kəndlilərin vəziyyəti
[redaktə | mənbəni redaktə et]Kiçik mülklərin inkişafı və kəndli məskunlaşmasının artması nəticəsində tam paylı kəndlilər kmetlərin sayının azalması və yarım nadelli az torpaqlı və torpaqsız kəndlilərin sayı artdı. Sərhəddə XV–XVI əsrlərdə hər yerdə kmt təsərrüfatı üstünlük təşkil edirdi, XVI əsrin sonlarında və onların sayı qəfildən azaldı, Kiçik Polşada isə onların yerlərini yarılen təsərrüfatına verdi. XVII əsrin ortalarında eyni vəziyyət ölkənin digər rayonlarında da baş verdi. Kiçik mülklərin işçi qüvvəsi ilə təmiri asılı sakinlərin biyarın icrasına cəlb edilməsi, mülklərdə nökərin artması və ucuz mövsümi işçilərin istifadə edilməsi yolu ilə təmin edildi. Məcburi biyar haqqında ilk qanun seymdə 1520-ci ildə qəbul edildi. Orda deyilir ki, len torpağına malik bütün kəndlilər həftədə 1 dəfə biyarda olmalıdırlar. Eym bir sıra ərazilərdə mövcud olan mülkədarlar işləmə rentasına daha yüksək normasını müəyyən etdi və biyarr mükəlləfiyyətinin sonrakı artımı haqqında hədd müəyyən etmədi. XVI əsrin I yarısında kmetlər len torpağında həftədə 1–2 gün töycü, XVI əsrin sonu XVII əsrin əvvələrində 3–4 gün, XVII əsrin ortalarında rayonlarda kiçik mülk sisiteminin inkiçafı ilə bağlı olaraq həftədə 4–6 gen müəyyən edldi. Biyardan artma meyilli başqa mükəlləfiyyətlər var idi. Onlardan ə Sasları: malqaranı oturmaq üçün istifadə edildi. Hertiyə qoyulmuş əkin yeri bütün kəndlilərin ildə bir neçə dəfə mövsümü işlərə çıxmaq (biçənək, biçin), aöa qoyunlarını qıxrmaq mal-qaranın otarılması, pliyin hazırlanması və s. Ən çətini və daim artan araba mükəlləfiyyəti idi və bu kəndlilərin kiçik məhsullarının bazara çıxarılması və feodal üçün alınan malların şəhərdən gətirilmısindən ibarət idi. Bununla bərabər biyar kəndlərində natural və pul münasibəti qalırdı. Kiçik mülk norma sisteminin zəif inkişaf etdiyi kəndlərdə onlar əhəmiyyətli dərəcədə artırdı. XVI əsrin sonundan kənddə əsas rolu feodal monopoloyaları oynamağa başladı. Kəndli taxılı öz ağasının dəyirmanında üyüdməli idi, eləcə də arağı, pivəni, duzlu malları yalnız onun meyxanasından almalı idi. Kəndlilər verginin böyük hissəsini ölüm cəzasına ödəyirdilər. Xüsusəndə XVII əsrin I yarısı müharibə vaxtı 1629-cu ildə tüstü hesabına alınan vergi müəyyən edildi və bu əvvəlki torpaq vergisinin 2 qatı idi. Kəndlilər öz feodallarının xidmətçici qismində hərbi yürüçlərdə istifadə etmək rolu, hərbi ehtiyaclar üçün at araba verməlı idilər və s. XVI əsrin sonundan əksreformasiya qələbəsi ilə bağl olaraq katolik kilsəsinin xeyrinə ödəmə və mükəlləfiyyətlər artdı. Təsərrüfatın biyar mülk sistemi kənd əhalisinin hüququ vəziyyətinin pisləşməsinə səbəb oldu. Seym konstitusiyası XV sonu XVI əsrin I yarısında hüququnu hüquq baxımdan təsdiq etdi. 1496-cı il Petrkovski statyasına əsasən kəndli torpağını keçməli, alıınması, kilsə vəzifəsinin tutulması və s hüququndan məhrum edildi. Feodalların əlinə təbəələri üzərində məhkəmə hakimiyyəti keçdi. Sileziya və Knyaz Prussiyasında təhkimçilik hüququ XVI əsr, Qərbi sahil boyunda XVI əsrin II yarısı –XVII əsrin əvvəllərində təsdiq edildi. Feodal təhkimçilik təzyiqinin güclənməsi kənddə sinfi mübarizəni artırdı. Onun əsas formasına kəndlilərin qaçması oldu. 1587–1589 Sileziya kəndlilərinin üsyanı oldu.
Şlyaxta və maqnatlar arasında mübarizə
[redaktə | mənbəni redaktə et]XV əsrin sonu XVI əsrin əvvəllərində Polşada hələ dövlətin mərkəzləşməsi prosesi davam edirdi. Bu ölkə üçün mühüm problem idi. Belə ki, Avropanın şərqində və qərbində eyni vaxtda Avropanın şərqində və qərbində sosial və iqtisadi inkişafında mühüm rol oynayan və öz ölkəmizin müdafiəsini təmin edən Qərbi Avropa şərtlərində kapitalist münasibətlərinin inkişafına səbəb olan mərkəzləşmiş güclü dövlət formalaşmışdı. Polşada XV əsrin sonu XVI əsrin əvvəllərində kral hakimiyyəti güclü idi. O, yüksək məmurları və yepiskopları təyin edir, və əlində xarixi siyasəti, ali məhkəməni və hərbi hakimiyyəti əlində saxlayırdı. Öz istəyinə görə seymləri çağırır, onların iclaslarını müəyyən edir, qanun verici hüquqa və seym qərarlarını imza edir və s. Belə ki krallra maqnatlarla mübarizədə şlyaxtalara arxalanırlar və buna görə də onların tələblərini yerinə yetirməyə məcbur olurdular. Knyazlıların artması maqnatlar kimi kral hakimiyyətini də sarsıtdı. Nəticədə XVI əsrdə mərkəzləşmə tendensiyası zəiflədi, siyasi həyatda şlyaxtaların rolu artdı, sonra isə maqnat aliqarxiyasının rolu artdı. Şəhərlərin siyasi zəifliyi və onların bəziləri də alman patrsilərinin olması, kralın güclü ordunu saxlaması üçün kifayət qədər fasilənin olmaması dövlətin mərkəzləşməsinin tamnamlanlmasına Polşada silki monorxiyanını tamamilə artmasına səbə oldu. 1505-ci ildə Çlyaxta kral Aleksandrdan (1501–1506) Nihil növü ()yeni keçmə sözləri ilə başlanan Rada Konstitusiyaının qəbuluna nail oldular. Bu akt seymin rəsmiləşdirilməsi prosesini və şlyaxta demokratiya qurluşunun formalaşdırılmasını həyata keçirdi. Kral hər 2 palatanın senat- və səfir divanxanasının razılğı olmadan qanun qəbul eəd bilməzdi. 1505-ci il konstitusiyası yeni pespektivlər açdi. İlk növbədə isə Orta Şlyaxtaların maraqlarını ifadə edən səfir divamxanası üçündür. İndi şlyaxtalar nəinki maqnat və katolik kilsəsinə qarşı mübarizədə eləcə də, onlrala ittifaq bağlamağa hazırlaşan krala qarşı mübarizədə müstəqillik əldə etdilər. İqtisadi və siyasi həyatda ghəll edici vəziyyət almağa çalışaraq Şlyaxtalar bi rsıra proqresiv tələblər irəli sürdülər. Onların izlərinə humanizm və reormasiya ideyaları müəyyən təsir göstərmişdir ki, və bu orta şlyaxtalar ilə baölı idi. Maqnatların mövqelərinin sındırılması və dövlətin vəziyyətinin yaxşılaşdırılması üçün şlyaxtalar XVI əsrin I yarısında kral mülkünün maqnatların əlində olan hissəsini geri qaytarmaq (reduksiya) və ya hüquq və torpaqların tutulmasına cəh edə bilər. 1562–1563-cü illərdə seymdə maqnatların qarşıdurması qırıldı və onlar kral mülklərinin 1504-cü ildə əldə etdikləri və ya arendaya götürdükləri kral mülklərini geri qaytarılmasına razı oldular. Amma bu qərar yerinə yetirilmədi. Şlyaxta 1528 — xüsusi müstəqil məhkəmə instansiyasının Kral tribunalının yaradaılmasına nail oldular. Bundan başqa onlar maqnatlar səfir divanxanasından uzaqlaşdıdılar. Şlyaxtların bir sıra tələbləri katolik kilsəsinə qarşı yönəlçişdir. Şlyaxtalar dini mülklərdən vergilərin alınmasına, ölkənin müdafiəsində ruhanilırin iştirakına, kilsə hakimlərinin hakimiyyətinin məhdudlaşdırılmasına, torpaq sahiblərinin desyatin (1/10/) ödəməkdən azad edilməmiş, ruhnilərdən torpaqların alınmasına və s. çalışırdılar.
Maqnatlarla mübarizə dövründə şlyaxtalar arasından sol qanad ayrıldı və bunlar nisbətən daha proqressiv olan orta şlyaxta təbəqəsinin və şəhər əhalisinin maraqlarını təmsil edirdilər. Onun ən mühüm nümayəndələri A. Fırç, Modjevski, M. Rey və başqaları olmuşdur. Onlar bütün təbəqədən vergilərin alınması daimi ordunun yaradılmasına, dövlətin sonrakı mərkəzləşməsinə kral hakimiyyətinin güclənməsinə, polşanın papadan asılı olunmasına və krala tabe olan əkilli kilsəsinin yaradılmasına görə vergilərin alınması yolu ilə nail olmağa çalışırdılar. Amma bu proqressiv tələblər seymin əkəsriyyəti tərəfindən rədd edildi. Ordu düşərgəsini maqnatların gücünün məhdudlaşdırmaq və dövlətdən hakimiyyət uğrunda mübarizə cəhdləri birləşdi. Məhkəmə hökmünü yürinə yetirənlərin əksəriyyəti kral hakimiyyətii üzərində şlyaxta nəzarətinin yaradılması fikrini söyləyirdilər. Kəndli və şəhər əhalisinə münasibətdə şılyaxtlarda fikir ayrılğı yox idi, onlar bilrlikdə kəndlərə və şəhərlərə getməyə davam edirdilər. Kralın dövləti yaxşılaşdırmaq və ordunu gücləndirmək cəhdləri şlyaxtalar tərəfindən rədd edildi. Birinic Siqizmunt (1506–1548) şlyaxtalardan alınan vergilər hesabına saxlanılmalı olan muzdlu ordunun yaradılması proyekti ilə çıxış etmişdir. Amma şlyaxtalar bu təklifə mənfi cavab verdilər, beləki, onlar vergi vermək istəmirdilər və imtiyazlarının saxlanılmasını qarantiya edən vahid hərbi qüvvə olmaq hüququndan məhkum olmaq istəmirdilər. Onlar qorxurdular ki, kral muzdlu ordunun köməyi vasitəsilə öz hakimiyyətini gücləndirə bilər və buna görə də kralınışlyaxtalar tərəfindən seçilmə prinsipini saxlayan qaydanın qorunub saxlanılması üçün yeni qarantiyalar əldə etdilər. 1538 — və 1539-cu ildə Seymdə Siqizmunt mövcud qanunları pozmamaq və seymin razılığı olmadan yeni qanun qəbul etməmək haqqında ittizam verməyə məcbur oldu. Bu seyymlərdə o elan etdi ki, onun oğlu Siqizmond II Avqustun (1548–1572) ölümündən sonra yeni krallar bütün şlyaxtalar tərəfindən seçiləcək. Beləliklə, XVI əsrin ortalarında orta şlyaxtanın siyasi vəziyyəti əhəmiyyətli dərəcədə gücləndi. Amma maqnatların iqtisadi gücünün ciddi surətdə dağıtmaq mümkün olmadı.
XVI əsrin II rübündə məgkəmə hökmünü yürinə yetirmək hərəkatında zəifləmə baş verdi. Bu şlyaxta radikal reformasiya hərəkatından qorxması, maqnatlarla mübarizədə qismən qazanması, eləcə də əks reformasiyasının baş verməsi ilə bağlı idi. Məhkəmə hökmünü yerinə yetirən ordunun dağlmasından öz tərəfinə çəkdilər. Onların təsiri altında şlyaxta öz qüvvəsini Şərqdə aqressiv siyasətin aparılmasına yönəltdi. Səfirlik divanxanası mürtəci xüsusiyyəti əldə etdi. Maqnatların güclənməsi və şlyaxta artasında ayrılma artıq Polşa kralının I seçkiləri vaxtı əmələ gəlmişdi. 1572-ci ildə Yagellon sülaləsinin axırıncı nümayəndəsi Siqizmond II Avqust oldu. Orda şlyaxta və maqnatlar arasında polşa taxt-tacına namizəd uğrunda qızğın mübarizə başladı. Son nəticədə seçki fransız prinsi Henrix Valnaya düşdü. Kral omaq üçün o şlyaxta və maqnat tərəfindən irəli sürülən və Henrix Arikulu adı ilə məşhur olan tələbləri qəbul etdi. Burda yeni monarx kralın bütün şlyaxtalar tərəfindən seçilməsi prinsirini təsdiq etdi, daimi olaraq 2 ildən sonra 3-cü il sonra 6 həftəsdən çox olmayan, müddətə seymi toplamaq. Seymin razılığı olmadan pospolit yığıncağını ayırmamamq və 16 senatordan ibarət daimi şuraya mailk olmaq vəzifəsi ilə cəmləndirildi. Artikullar seymin razılığı olmadan yeni vergilırin, rüsumlarını tətbiq edilmısinə icazə vermədilər. Senatın razılığı olmadan Kral müharibə elan edə, sülh müqaviləsi və digər beynəlxalq traktatlar bağlaya bilmız. Artikulun maddələrindən birinin pozulması maqnat və şlyaxtaları krala tabe olmaqdan azad edirdi. Sonradan feodallar silahlı hərəkat təşkil edərək bu hüquqdan geniş şəkildə istifadə etdilər.
Beləliklə, Henrix artikulları mərkəzi hakimiyyətin zəifləməsi və maqnat şlyaxtaların mövqelərinin güclənməsi ilə əmələ gəldi. Henrix Vahra farnsız jarlı olan qardaşınını ölümünüöyrənərək, 1574-cü ildə ölkəsinə qaçır və orda onu kral elan eetdilər. Uzun və şiddətli kralsızlıq dövrü əmələ gəldi. Buna Semiqrad knyazı Stefan Batoriyanın (1576–1586) taxta seçilməsi səbəb oldu. Kralın bütün şlyaxta tərəfindən birinci 2 seçkisinin tarıxı səltənət fasiləsinin və ölkənin dövlət suvereniteti üçün hakimiyyət uörunda mübarizənin fəlakətini göstərdi. Monarxin seçilməsi ölkəni, onun mərkəzi hakimiyyəti zəiflədi orda xarici təsirin güclənməsinə səbəb oldu. Onlar tədricən kralın seçilməsində şlyaxtaların rolunu heçə endirdilər.
Reç Pospolitada reformasiya
[redaktə | mənbəni redaktə et]Reformasiya hərəkatı Polşanın XV əsrin sonu XVI əsri I yarısında sosial iqtisadi və siyasi inkişafı ilə əlaqədar əmələ gəldi. Bu hərəkat proqressiv əhəmiyyətə malik idi, belə ki, katolik kilsəsinin ideoloji və iqtisadi mövqeyini feodal irtica istinadgahını dağıtdı. Ruhanilər çox böyük təbəqə idi. O, xüsusi imtiyazlardan istifadə edirdi. Bütün təhsil müəssisələri, xəstəxanalar və ittifaqlar onların əlində idi. Böyük torpaq sahiblərindən biri olaraq onlar böyük sərvətə malik idilər. Buna görə də ruhanilər ümumi narazlıq əmələ gətirirdilər. Polşada reformasiya hərəkatının xüsusuiyyəti ondan ibarət idi ki, onun hərəkətedici qüvvəsi şlyaxta, xüsusən də orta şlyaxta idi. Milli reformasiya şəhər kasıblığı və kəndlərin maraqlarına cavab verəcək burda böyük ölçüyə malik deyildi. Bu ilk növbədə Polşa şəhərlərinin siyasi zəifliyi və qorajan polşalılarının etibar etmədikləri alman patrisələrinin onların çoxunda hökmran olması ilə bağlı idi. Kəndlilər şlyaxta xarakteri daşıyaraq hərəkatdan kənarda qaldılar. Reformasiya hərəkatı əsasən lüteranlıq və kalvinizminin formalaşmasında inkişaf etdi. Birinci XVI əsrin II rübündə Sileziya Böyük Polşada və Sahil boyu ərazidə yayılan işdi. Lüter nəzəriyyəsinin ilk öncə şəhərin alman əhalisi, bir hissəsini şlyaxtalar bəzi maqnatlar və aşağı ruhanilərin böyük hissəsi qəbul etdi. Hökmran sinfin nümayəndələri lüteranlıqla sosial radikalizmin pisləşməsi cəzh etdi. Kalvinizm XVI əsrin ortalarında şlyaxtalar arasında, xüsusəndə Kiçik Polşada geniş yayıldı. Kalvinizmdə şlyaxta və maqnatlara kral hakimiyyətinin məhdudlaşdırılması uğrunda mübarizə aparılmasına imkan verən respublika momentlərini maraqlandırdı. Eyni vaxtda onlar kalvinizmin burjuaziya ideyalarını inkar edirdilər. Böyük Polşa feodalları və qorojonlar arasında "çex qardaşlıqları" nəzəriyyəsi yayılmışdı. Protestantlar əhəmiyyətsiz milli kilsənin yaradılması, desyatinin (410) ləğvi, üçün çalışırdılar. Ruhanilərin dövlət vergisində iştirakına nail oldular kilsə, yurisdiksiyasına qarşı çıxdılar. Protestanizm düşərgəsində pleblərini, sənətkarların, kəndliləri qruplaşdıran anti feodal müxalifətini bu tələblər etmirdi. Zaman keçdikcə arian (polşa qardaşlıqları) adını almış xüsusi radikal cərəyanına ayrıldı. Onlar feodal mülkiyyətini pisləyir, sosial bərabərsizliyinə və feodal imtiyazlarına qarşı çıxır, bütün insanların bərabərliyini tələb edir və təhkimçilik istismarının ləğvini tələb edir, fiziki əməyi pisləyirdilər. Arianın sol qanadı əmlakı, evin və qidanın ümumiliyinin tətbiq edilməsini, dövlət hakimiyyətinin ləğvini, hərbi mükəlləfiyyətin ləğvini və s. tələb edirdilər. Amma Polşa reformasiyasının bu qanadı zəif idi. XVI əsrin II yarısında reformasiya hərəkatı zəiflədi, daxili və xarici irtica qüvvələri hesabına onunla başa çıxmaq asan oldu. Ruhanilərlə mübarizədə bir sıra uğur qazanan şlyaxtalar katolik kilsəsinin və onun ideologiyasının mövcud quruluşu ən etibarlı müdafiəçisi olduğuna əmin olaraq reformasiyadan uzaqlaşmağa başladılar. Reformasiya dövründə kilsə imtiyazı güclü şəkildə dağılmadı, beləki dünyəvi və dini feodallar arasında sıx əlaqə vardı, ruhanilər isə bir qayda olaraq şlyaxtalar arasından əsgər aparılırdılar. Şlyaxtalar və şəhərin yuxarı təbəqələrinin rormasiyadan uzaqlaşmasına böyük təsiri xalq kütlələri arasında radikal reformasiya cərəyanın yayılması oldu. Feodalların reformasiyadan uzaqqlaşmasında əhəmiyyətli rolu XVII əsrin I yarısında güclənən şərqi ekspansiya (yayılma) oynadı. Onlar Ukrayna, Belorusiya və Üərbi rus torpaqlarının müstəmləkələşdirilməsində katolik kilsəsini etibarlı tərəfdar kimi görürdülər. Əks reformasıyanın uğuruna Avropada ümumi katolik irticasının əmələ gəlməsi səbəb oldu. Reformasiyaya qarşı mübarizədə zərbəçi ordunu ölkəyə 1564-cü ildə dəvət olunan yezuitlər təşkil etdi. 1575-ci ildə artıq onlar öz ordenlərinin xüsusi polşa əyalətlərini yaratdılar. XVII əsrin ortalarına yaxın əks reformasiya tamamilə qələbə qazandı. Protesteantlara qarşı məhkəmə prosesləri və onların başçılarına şiddətli divan tutma başladı. Güclü Sluzura aparıldı, reformasiya nəşrləri müsadirə edildi və məhv edildi, katolik fanatizm və dini dözülməzlik artdı. Reformasiya hərəkatının dağılması sonra yeziutlər və digər irtioca qüvvələr katolizmin şərqi slavyan əhalisi arasında yayılması lə bağlı siyasətin sürətli şəkildə aparılmasına başladılar. Katolisizmin və umyalılığın zorakı şəkildə yayılması Ukrayna və Belorusiya əhalisi tərəfindən güclü müqavimətlə üzləşdi və uzunmüddətli milli-dini mübarizəyə gətirib çıxartdı. Zəifliklə sosiaı məhdudiyyətə baxmataraq, reformasiya Polşada ictimai fikrin və fəlsəfənin, mədəniyyət və dilinin inkişafında böyük rol oynadı. O rassionalizmə yol aşdı və polşa xalqını özünün dərkini yaratdı və gücləndirdi.
Reç Pospolitanın xarici siyasəti
[redaktə | mənbəni redaktə et]XV əsrin sonu –XVI əsrdə Polşa Avropanın siyasi həyatında mühüm rol oynadı. 1466-cı ildə Torun sülhü Polşanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmlətdi və Macarıstana və Çexiyaya münasibətdə öz siyasətini aktivləşdirməyə imkan verdi. Kazimir IV Yadelançik Çexiya və macara taxtına öz oğullarını qoya bildi və bunun nəticəsində XV əsrin son qəzinəsində Yadellansk sülaləsinin hakimiyyəti altında eyni vaxtda 4 ölkə oldu, Polşa, Litva, Çexiya və Macarıstan. Aktiv Dunay ətrafı siyasət proqressiv xarakter daşıyır, beləki Polşaya Çexiyanın tərkibinə daxil olan Sileziyada öz təsirini saxlamağa yol verdi və müəyyən dərəcədə almana və türk təcavüzünün qarşısını almağa icazə verdi. Belə ki, 4 dövlətin bloku müvəqqəti idi və ölkələr tərkibinə daxil olaraq müxtəlif maraq və məqsədlər izləyirdilər.
XVI əsrin I rübünün sonralarında o Qabsburqların təzyiqi altında dağıldı. Polşanın Qabusburqa güzəştə getməsinin əsas səbəbi Polşa feodallarının şərqdə təcavüzkar siyasət aparmaları idi. Avstriya və Polşanın hakimiyyət orqanlarının yaxınlaşmasında əhəmiyyətli rolu reformasiya hərəkatı ilə mübarizəsi oynadı. 30 illik müharibə dövründə Polşanın Qabusburq meyilli mövqeyi, XVI əsrin I rübünün sonundan Qabusburq monorxiyasının tərkibində olan Silerziyanı qaytarmaq üçün onu Avstriyanı zəifləməsindən istifadə etməmək imkanlarından məhrum etdi. Xeyli dərəcədə onlarla yaxınlaşma Polşaya türk-tatar hücumlarının artmasına səbəb oldu. 1466-cı ildə Torun sülhündən sonra Tevton ordeni len asılılığından azad olmağa və itirilmiş torpaqları geri qaytarmağa cəhd etdi. 1511-ci ildə böyük magistr Branden burqlu Qoqançeller sülaləsindən olan Albrext oldu. Amma onun 1516-cı ildə Polşa ilə başladığı müharibə uğursuz oldu. Barışıq vaxtı Albrext ordenin dünyəviləşdirilməsi və onun dünyəvi dövlətə çevrilməsi təklifi ilə çıxış etdi. 1525-ci ildə I Siqizmund Albrextin xahişini təmin etdi. Onlar tərəfindən idarə edilən knyaz Prussiya paytaxtı Keniqsberqlə birgə özünü Polşanın vassalı qəbul etdi. Nəticədə Qoqluşellər nəslindən olan Branderburq markqrafları üçün Prusiya tacına varis olmaq hüququ müəyyən edilməsi tanındı. Polşanın XV əsrin sonundan xarici siyasətinin əsasını Litva ilə sıx əlaqə təşkil edirdi və bu siyasətin xarakterik əlamətlərindən biri Rusiya hökuməti ilə mübarizə idi. Rusiyanın güclənməsi ilə ukraynalıların və belarusların rus xalqı ilə yenidən birləşmə cəhdləri artdı. Amma Litva və Polşa feodalları buna qarşı idilər və Şərqi Slavyan torpaqları üzərində öz hökmranlığını saxlamağa istəkləri onları birləşdirdi. Polşa şərqdə hərbi hərəkata cəlb edilmişdi və fasilələrlə XVI əsrin ortalarına qədər davam etdi, amma bu nə ona, nə də Litvaya uğur gətirmişdi. Şərqdə işğalçılıq məqsədlərini güdərək Polşa feodalları Böyük Litva knyazlığını Polşanın tərkibinə daxil edən Krev ittifaqlarının şərtlərini yenidən gözdən keçirməyə nail oldular.
Amma Litva maqnatı tamamilə bunun əleyhinə idilər. Yeni ittifaqların bağlanması üçün uğurlu şərait başlayan Livon müharibəsi ərəfəsində əmələ gəldi. Luitva və Polşa Rusiya hökumətinə qarşı çıxdılar. Beləki, onlar onun güclənməsini istəmirdilər və məhz özləri Livanı iddia edirdilər. Bir sıra məğlubiyyətdən sonra Litva çox çətin vəziyyətdə olduqda Polşa feodalları bundan istifadə etdilər və 1569-cu ildə onu yeni ittifaqa məcbur etdilər. Lyublendə keçirilən ümumi seymdə Polşa səfirlərini hər iki dövlətin birləşməsi nəticəsində Polşa şlyaxtalarının malik olduqları kimi, imtiyazlar bəsləməy ümid edən Litva və qisməndə Ukrayna feodalları dəstəklədilər. Bu və digərini Şərqdə ümumi təcavüzkar məqsəd də birləşdirdi. Lyublen ittifaqına əsasən, Polşa və Litva bir dövlətdə — Reç Pospolita da birləşdilər. Qanun verici hakimiyyətin ali orqanı burda seym oldu. Reç Pospolitada vahid pul tətbiq edildi və vahid xarici siyasət elan edildi. Amma ittifaq Polşa (taxttac) və Litvanın daxili muxtariyyətini ayrıca idarəçiliyini, məhkəməni, büdcəni və dövlətin hər 2 hissəsində ordunu asaladı. 1569-cu ildə Seymdə bu vaxta qədər Litvanın hakimiyyəti altında olan Ukrayna torpaqlarının taxt-taca birləşdirilmıəsi haqqında qərar qəbul edildi. Lyublen ittifaqı Polşa –Litva ittifaqlarının alman təcavüzü ilə müharibə vasitəsindən Şərqdə feodal ekspansiyası vasitəsinə çevrilmə prosesini həyata keçirdi. O, Litvada, Belorusiyada v Ukraynada maqnat sahibliyinin güclü şəkildə artmasına, Polşa və irtica və siyasi anarxiyanı təmsil edən polyaklaşdırılmış Litva və Ukrayna maqnatlarının iqtisadi və siyasi qüdrətini güclənməsinə səbəb oldu. 1569-cu ildən sonra Belorusiya və Ukraynada aşkar Polşa katolik müstəmləkələşdirmə başladı. Burda nəinki sosial həm də milli-dini təqib (zülən) gücləndi və bu Ukrayna xalqlarının azadlıq mübarizəsinin qalxmasına gətirib çıxartdı. Onun yatırıldılması və Rusiya dövlətinə münasibətdə təcavüzkar siyasət həqiqətdə Reç Pospolitanın bütün gücünü aldı. Lyüblen ittifaqından sonra Livon müharibəsi davam edirdi. O 1582-ci ildə Yam Zapolskidə barışıqla qurtardı və buna görə də Liflandiya (livoniya) Reş Pospolitay; Kurlandiya özünü daha əvvəl Polşanın len sahibi (vassal) qəbul etdi.
Barışıq bağlayaraq papa hakimiyyəti tərəfindən həvəsləndirilən Reç paspllota feodalları Rusiya dövləti ilə yeni müharibəyə hazırlaşmağa başladılar. XVII əsrin əvvəllərində onlar onun daxili işlərinə qarışdılar və aktiv şəkildə fırıldaqşıları müdafiə etdilər. 1609-cu il kral II Siqizmund (1587–1632) Rusiyada açıq müdaxilə başladı. Polşa litva ordusu bir sıra rus boyarlarının köməyi ilə Moskvanı tutdular. Boyarların satqınların bir hissəsi Siqizmondun oğlu Vladislavı çar kimi tanıdılar. Amma 1612-ci ildə işğalçılar Moskvadan qovuldular. Belə ki, 1618-ci ildəOleulinsk barışığına qədər Reç pospolitanın tərkibində Smolensk, Çerniqov, Yeni şəhər və şimal torpaqları qalmışdı. Yalnız sonralar, yeni müharibədən sonra (1632–1634) IV Vladislav (1632–1648) artıq Polşa kralı olaraq rus taxt-tacına iddiasından əl çəkdi. Şimalda Reç pospolita Baltik dənizində öz hegemonluğunu sübut etməyə çalışan İsveçlə toqquşdu. Onunla olan münasibət Polşanın Liflandiyanı tutmasından sonra gərginləşdi. Pribaltikada rəqabətin yenidən gərginləşməsi III Siqizmondun isveç taxt-tacına iddiası ilə bağlı idi. XVII əsrin I qəzinəsində İsveç- Polşa müharibəsi Reç pospolita üçün uğursuz başa çatdı. O liflandiyanı itirdi. Rusiya dövləti və İsveçlə müharibəyə başı qarışan Polşa XVII əsrinəvvələrində knyaz Prussiyasında len asılığının zəifləməsinə yol verdi. Burda Brandenburqun mövgeyi gücləndi. Polşanın Baltik dənizi ilə çıxışını sıxışdıraraq Qdans sahil boyunda alman feodallarının güclü təhlükəsi əmələ gəldi. Beləliklə, Reç pospolita feodallarının şərqdə təcavüzkar siyasəti dövlətlərin cənubda, qərbdə, şimalda mühüm vəzifələrin həllindən uzaqlaşdıraraq onun beynəlxalq mövqelərini pozdu, milli maraqlara ziyan vurdu.
Siyasi quruluşu
[redaktə | mənbəni redaktə et]Əsasən müasir Polşa, Ukrayna, Belarus, Litva, Latviya və qismən Rusiya, Estoniya, Moldova və Slovakiya torpaqlarında yerləşmişdir. Dövlət başçısı funksiyasını seym tərəfindən ömürlük seçilən monarx icra edirdi. Reç Pospolitada mövcud olan spesifik siyasi quruluş şlyaxta demokratiyası adlandırılır.
1575-ci ildə Stefan Batori hakimiyyətə gəldi. Onun Rusiya ilə münasibəti yaxşı deyildi. Stefan Batori Livoniya müharibəsinə başladı və müharibə Rusiyanın məğlubiyyəti ilə başa çatdı. Stefan Batorinin ölümündən sonra kral III Sigizmun hakimiyyətə gəldi.
Reç Pospolita — Rusiya müharibələri
[redaktə | mənbəni redaktə et]- Reç Pospolita -Osmanlı müharibəsi 1620–1621
- Reç Pospolita -Osmanlı müharibəsi 1633–1634
- Reç Pospolita — Rusiya müharibəsi 1632–1634
- Reç Pospolita — Rusiya müharibəsi 1654–1667
- Reç Pospolita -Osmanlı müharibəsi 1672–1676
- Reç Pospolita -Osmanlı müharibəsi 1683–1699
- Reç Pospolita — Rusiya müharibəsi 1792
Zəifləməsi
[redaktə | mənbəni redaktə et]Livoniya müharibəsi 1583-cü ildə Reç Pospolitanın xeyrinə qurtardı. Bu dövlət XVI əsrin sonu və XVII əsrin əvvəllərində Rusiyada hökumət böhranından istifadə edib onu parçalamaq istəyirdi.
Reç Pospolita I Yalançı Dmitri və II Yalançı Dmitridən istifadə edib Rusiyada hakimiyyəti ələ keçirməyə çalışırdı. Polşa Rusiyaya qarşı açıq müdaxiləyə başladı. 1609-cu ildə Reç Pospolitanın kralı III Sigizmundun qoşunları Rusiyaya hücum etdi. Rusiya boyar və zadəganları onun oğlunu hakimiyyətə dəvət etdilər. Rus xalqının polyaklara qarşı azadlıq mübarizəsi Polşa müdaxiləsini iflasa düçar etdi.
Rusiyanın təhlükə törədə biləcəyini nəzərə alan Reç Pospolita feodalları 1609-cu ildə Rus çarlığı ərazisinə ordu yeritdi. Lakin Reç Pospolita kralı III Sigizmundun Moskvanı tutmaq istəyi boşa çıxdı. 1618-ci ildə Rus çarlığı ilə Reç Pospolita arasında Duelino sülh müqaviləsi imzalandı. Smolensk və Çerniqov-Seversk torpaqları Reç Pospolitaya verildi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bardach, Juliusz; Lesnodorski, Boguslaw; Pietrzak, Michal. Historia panstwa i prawa polskiego. Warsaw: Paristwowe Wydawnictwo Naukowe. 1987.
- Brzezinski, Richard. Polish Armies (1): 1569–1696 (Men-At-Arms Series, 184). Osprey Publishing. 1987. ISBN 0-85045-736-X.
- Brzezinski, Richard. Polish Armies (2): 1569–1696 (Men-At-Arms Series, 188). Osprey Publishing. 1988. ISBN 0-85045-744-0.
- Suziedelis, Saulius A. Historical Dictionary of Lithuania (2). Scarecrow Press. 2011. ISBN 978-0810875364.
- Henryk Litwin, Central European Superpower, BUM Magazine, October 2016.
- ↑ 1 2 3 https://web.archive.org/web/20171003194750/http://www.archives.gov.ua/Publicat/Documents/Foreword.php#.
- ↑ 1 2 3 http://elib.bsu.by/bitstream/123456789/89996/1/армяне РП-модель культурной адаптации.pdf.
- ↑ Әбәди сүлһ (1686) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 129.Әбәди сүлһ (1686)&rft.btitle=Азәрбајҹан Совет Енсиклопедијасы: ['"`UNIQ--templatestyles-00000012-QINU`"'10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000016-QINU`"'Бакы&rft.pages='"`UNIQ--templatestyles-0000001B-QINU`"'С. 129&rft.pub='"`UNIQ--templatestyles-00000017-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1982&rfr_id=info:sid/az.wikipedia.org:Reç Pospolita" class="Z3988">