Orqanellər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tipik heyvan hüceyrəsinin sitoplazma komponentləri ilə (orqanellərlə) birlikdə. 1. Nüvəcik 2. Nüvə 3. Ribosom 4. Vezikula 5. Kələ-kötür endoplazmatik retikulum 6. Qolci aparatı 7. Hüceyrə divarcığı 8. Hamar endoplazmatik retikulum 9. Mitoxondriya 10. Vakoul 11. Hialoplazma 12. Lizosom 13. Hüceyrə mərkəzi

Orqanellər (lat. organella, q.yun. organon — alət, orqan) hüceyrə daxilində bir sıra funksiyaları yetirən quruluşlar. Orqanellər adətən lipid membran vasitəsilə bir-birindən və sitoplazmadan ayrılaraq, hüceyrə daxilində fəaliyyət vahidi əmələ gətirirlər. Orqanel termini bu quruluşların hüceyrədəki rolunun orqanların bədəndəki roluna oxşadığına işarə edir, hərfi mənada "orqancıq" mənasına gəlir.

Orqanellər hüceyrədə dayaq, hərəki və yığılan, həssas, yaxud reseptor, hücum və mühafizə, həzm, ekskresiya, sekresiya və s. kimi fəaliyyətlər göstərə bilirlər. Orqanellərə əsasən eukariot hüceyrələrdə rastlansa da, prokariot hüceyrələrdə də funksional olaraq xüsusiləşmiş mikrobölmələr olur[1].

  1. Kerfeld, Cheryl A., et al. "Protein structures forming the shell of primitive bacterial organelles." Science 309.5736 (2005): 936–938.