Moonchild Sanelly

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Moonchild Sanelly
Ümumi məlumatlar
Doğum tarixi 20 noyabr 1987(1987-11-20) (36 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2006-cı ildən
Janr elektronik musiqi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Moonchild Sanelly (əsl adı: Sanalisive Tvişa; 20 noyabr 1987, Port-Elizabet, Şərqi Keyp vilayəti) — CAR-dan olan müğənni, rəqqas.[1] Yazıb ifa etdiyi mahnılar özünün yaratmış olduğu "Future ghetto funk" üslubundadır.[2] Sanelly Xosa[ing.] xalqındandır və mahnılarında tez-tez bu xalqın dilindən istifadə edir.

Moonchild Sanelly musiqiçi ailəsində anadan olmuşdur. Anası caz ifaçısı, qardaşı hip-hop prodüseri, xalası uşaqları isə rəqqasdır.[3] 2005-ci ildə o, dəb üzrə təhsil almaq üçün Durban şəhərinə köçüb.[4] Orada 6 il yaşayıb, təhsildən əlavə musiqi ilə də məşğul olub. Sonralar musiqi karyerasını davam etdirmək üçün Yohannesburqa köçüb.

O, Texasın Ostin şəhərindəki SXSW və Barselonadakı Primavera Sound festivallarında canlı çıxışlar etmişdir. Bədənini nümayiş etdirməkdən və seks haqqında danışmaqdan çəkinmir. Moonchild Sanelly həmçinin CAR-da formalaşan hip-hop qrupu Die Antwoord ilə Avropa turuna çıxıb.[5] 2020-ci ildə virtual qrup Gorillaz ilə əməkdaşlıq edib. Onun Deymon Albarn ilə ifa etdiyi "With Love To An Ex" mahnısı Gorillaz-ın "Song Machine, Season One: Strange Timez" albomunun delüks versiyasında yer alır.

Studiya albomları

  • Rabulapha! (2015)
  • Phases (2022)
  1. "32-year-old Moonchild survives malaria scare". dailysun. 12 October 2019. 5 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2020.
  2. Marunya, Kundai. "SA act to headline Shoko Festival". The Herald. 8 September 2018. 7 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2019.
  3. Staff Reporter. "Singer Moonchild Sanelly reaches for the stars". Mail & Guardian. 14 December 2014.
  4. Nkoyana, Ayanda. "As I long as I can remember. I grew up around music – Moonchild Sanelly". W24 Celebs. 19 February 2018. 10 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2019.
  5. Mathaba, Nosipho. "Moonchild heads for Europe". Sowetan Live. 13 July 2018. 7 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]