Mixail Xodorkovski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mixail Xodorkovski
rus. Михаил Ходорковский
M.B.Xodorkovski 2001-ci ildə
M.B.Xodorkovski 2001-ci ildə
Şəxsi məlumatlar
Doğum tarixi (61 yaş)
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Təhsili
  • D. Mendeleyev Rusiya Kimya Texnologiyası Universiteti[d],
  • G.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti[d]
Fəaliyyəti sahibkar, xeyriyyəçi
Atası Boris Moiseyeviç
Anası Marina Filippovna
Həyat yoldaşı İnna Valentinovna
Uşağı 4
khodorkovsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib,[1] Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb .

1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur.[2][3][4] 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir.

Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər.[5][6][7]

"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.[8] Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmiş.[9] Eyni zamanda AİHM hesab etmişdir ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmamışdılar.[10][11][12]

24 iyul 2012-ci ildə Xodorkovskinin şikayəti əsasında Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi V.M. Lebedev tərəfindən nəzarəti icraatı başlandığı məlum oldu.[13] 20 dekabr 2012-ci ildə Moskva şəhər məhkəməsinin rəyasət heyəti qanunvericiliyin liberallaşması ilə əlaəqdar həbs müddətini 13 ildən 11 ilədək azaltmışdır. 29 may 2013-cü ildə Rusiya Federasiyası Ali Məhkəməsi Xodorkovski və Lebedevə daha yüngül cəzanın təyin olunmasının mümkünlüyü ilə əlaqədar yenidən nəzarət icraatına başladı.[14]

Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi.[1] Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxdı.[15]

  1. 1 2 "Суд смягчил приговор М. Ходорковскому и П. Лебедеву :: Политика :: Top.rbc.ru". 2013-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-27.
  2. The 500 richest people in the world, according to Forbes magazine Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine  (ing.)
  3. World’s Richest People 2004. Mikhail Khodorkovsky[ölü keçid]
  4. World’s Richest People 2003. Mikhail Khodorkovsky[ölü keçid]
  5. "Каспаров. Ru | Михаил Ходорковский". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. "Аргументы и Факты". 2009-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-14.
  7. [1] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine[2] Arxivləşdirilib 2021-06-16 at the Wayback Machine
  8. Russian businessmen declared prisoners of conscience after convictions are upheld Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine, Amnesty International, 24 May 2011
  9. "ОБОБЩЕНИЕ - Через 6 лет после осуждения Ходорковского ЕСПЧ не нашел в его аресте политики". 2013-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-13.
  10. CASE OF KHODORKOVSKIY v. RUSSIA (Application no. 5829/04) Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine, JUDGMENT, STRASBOURG, 31 May 2011
  11. ЕСПЧ не признал дело Ходорковского политически мотивированным Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine. — РИА Новости, 31 мая 2011 года
  12. "Дело ЮКОСА — ЕСПЧ не признал политически мотивированным уничтожение компании ЮКОС". 2011-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  13. "Глава Верховного суда вмешался в дело М. Ходорковского и П. Лебедева :: Общество :: Top.rbc.ru". 2013-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  14. "Arxivlənmiş surət". 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  15. "Указ о помиловании Михаила Ходорковского, 20 декабря 2013 года, 12:00". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-20.