Maqnum Foto

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maqnum Foto
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi Kooperativ
Sənaye fotoqrafiya[1], fotojurnalistika[2]
Məhsulu fotojurnalistika
Təsis tarixi 1947
Baş qərargahın yeri Nyu-York, Paris, London, Tokio
Rəhbərlik
Təsisçilər Anri Kartye-Bresson, Robert Kapa, Devid Seymur, Corc Rocer
Magnum Photos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, LondonTokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid SeymurCorc Rocer tərəfindən yaradılmışdır.

Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita VandivertMariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer AfrikaYaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert AvropaABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi.

Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi.

Yeni üzvlərin seçilməsi

[redaktə | mənbəni redaktə et]

Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi. 1955-ci ildə bu günə qədər qüvvədə qalan üç mərhələli üzvlük sisyemi yaradıldı.

Nyu-Yorkda, Parisdə və yaxud Londondakı ofislərində ildə bir dəfə - iyun ayının sonuncu həftəsində görüşən Maqnum fotoqrafları korporasiyanın işlərini müzakirə edirlər. Bu görüşlərin bir günündə potensial yeni üzvlərin müraciətlərinə, portfoliolarına baxılıb səsvermə keçirilir. Qəbul olunmuş müraciətçi "Üzvlüyə namizəd" olmağa dəvət edilir. Bu üzvlük kateqoriyası namizədlə üzvlərin bir-birini tanımasına şərait yaradır, heç bir tərəf üzərinə heç bir məsuliyyət qoymur.

"Üzvlüyə namizəd"likdən iki il sonra fotoqraf "Müxbir üzv" olmaq üçün başqa yeni bir portfolio təqdim edir. Əgər uğurlu olarsa, fotoqraf agentliyin qaydaları ilə yaxından tanış olur, onun imkanlarından və ümumdünya təqdimatlarından yararlanır. "Tam üzv"lə "Müxbir üzv" arasındakı əsas fərq ondan ibarətdir ki, müxbir üzv korporasiyanın mühüm qərarlarında səsvermə hüququna malik deyil. "Müxbir üzv" iki ildən sonra "Tam üzv" olmaq istəyirsə, yeni bir portfolio təqdim edir, üzvlər onun işlərinə səsvermə ilə qiymət verirlər.

Üzvlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
Adı Milliyyəti Əməkdaşlıq etdiyi müddət
Abbas Attar İran İran 1981-
Kristofer Andersson ABŞ ABŞ 2005-
Ansel Adams ABŞ ABŞ 1956
Eve Arnold ABŞ ABŞ 1951-
Oliviya Artur Böyük Britaniya Birləşmiş Krallıq 2008-
Miça Bar-Am İsrail İsrail 1968-
Bruno Barbey Mərakeş Mərakeş 1964-
Yonas Benediksen Norveç Norveç 2004-
İan Berri Böyük Britaniya Birləşmiş Krallıq 1967-
Hiroşi Hamaya Yaponiya Yaponiya 1960-1999
Verner Bişof İsveçrə İsveçrə 1949-1954
Brayan Breyk Yeni Zelandiya Yeni Zelandiya 1957-1966
Maykl Kristofer Braun ABŞ ABŞ 2013-
Rene Burri İsveçrə İsveçrə 1955-
Kornell Kapa Macarıstan Macarıstan 1954-2008
Robert Kapa Macarıstan Macarıstan 1947-1954
Anri Kartye-Bresson Fransa Fransa 1947-2004
Çien-Çi Çanq Çin Respublikası Tayvan 1995-
Antuan D'Aqata Fransa Fransa 2004-
Brüs Devidson ABŞ ABŞ 1956-
Karl De Keyzer Belçika Belçika 1990-
Luk Delahaye Fransa Fransa 1994-2004
Raymond Depardon Fransa Fransa 1978-
Biek Depurter Belçika Belçika 2012-
Tomas Dvorzak Almaniya Almaniya 2004-
Nikos Ekonomopulos Yunanıstan Yunanıstan 1990-
Elliott Ervitt ABŞ ABŞ 1953-
Martin Frank Belçika Belçika 1980-2012
Stüart Franklin Böyük Britaniya Birləşmiş Krallıq 1985-
Leonard Frid ABŞ ABŞ 1956-2006
Kristina Qarsiya Rodero İspaniya İspaniya 2005-
Jan Qomi Fransa Fransa 1977-
Brüs Gilden ABŞ ABŞ 1998-
Bört Qlinn ABŞ ABŞ 1951-2008
Mark Qodfrey ABŞ 1974-1981
Cim Qoldberq ABŞ ABŞ 2002-
Filipp Cons Qriffits Böyük Britaniya Birləşmiş Krallıq 1966-2008
Harri Qruyaert Belçika Belçika 1981-
Ara Gülər Türkiyə Türkiyə
Ernst Haas Avstriya Avstriya 1950-1986
Filipp Halsman ABŞ ABŞ 1951-
Çarlz Harbutt ABŞ ABŞ 1964-1981
Erik Hartmann ABŞ ABŞ 1951-1999
Devid Alan Harvey ABŞ ABŞ 1993-
Bob Henrikes ABŞ ABŞ 1957-1961
Tim Heterinqton Böyük Britaniya Birləşmiş Krallıq 2011-
Abigeyl Heyman ABŞ ABŞ 1970-
Tomas Hoepker Almaniya Almaniya 1964-
Devid Hörn Böyük Britaniya Birləşmiş Krallıq 1965-
Riçard Kalvar ABŞ ABŞ 1975-
Cozef Kudelka Çexiya Çexiya 1971-
Kent Kliç İsveç İsveç 1998-2002
Hiroci Kubota Yaponiya Yaponiya 1971-
Dorotea Lanq ABŞ ABŞ 1956-
Serxio Larrain Çili Çili 1959-2012
Rassell Li ABŞ ABŞ 1956-
Gi lö Keres Fransa Fransa 1976-
Erix Lessinq Avstriya Avstriya 1950-
Herbert List Almaniya Almaniya 1951-1975
Pol Louv Böyük Britaniya Birləşmiş Krallıq
Denni Lion ABŞ ABŞ 1966-1968
Aleks Macoli İtaliya İtaliya 1996-
Konstantin Manos ABŞ ABŞ 1963-
Meri Elen Mark ABŞ ABŞ 1977-1981
Piter Marlou Böyük Britaniya Birləşmiş Krallıq 1982-
Fred Mayer İsveçrə İsveçrə 1967-2009
Don MakKallin Böyük Britaniya 1968 1969-
Stiv MakKarri ABŞ ABŞ 1986-
Suzan Meyselas ABŞ ABŞ 1976-
Ueyn Miller ABŞ ABŞ 1958-2013
İnge Morat Avstriya Avstriya 1953-2002
Dominik Nahr İsveçrə İsveçrə 2010-
Trent Park Avstraliya Avstraliya 2002-
Martin Parr Böyük Britaniya Birləşmiş Krallıq 1988-
Paolo Pelleqrin İtaliya İtaliya 2001-
Gil Peres Fransa Fransa 1970-
Georgi Pinxasov Rusiya Rusiya 1986-
Mark Pauer Böyük Britaniya Birləşmiş Krallıq 2002-
Raqu Ray Hindistan Hindistan 1977-
Eli Rid ABŞ ABŞ 1983-
Mark Ribud Fransa Fransa 1955-
Ejen Riçards ABŞ ABŞ 1983-
Migel Rio Branko Braziliya Braziliya 1978-
Corc Rocer Böyük Britaniya Birləşmiş Krallıq 1947-1995
Sebastiyan Salqado Braziliya Braziliya 1979-1994
Moises Saman İspaniya İspaniya 2010-
Alessandra Sanginetti Argentina Argentina 2007-
Liz Sarfati Fransa Fransa 1997-
Fernando Sianna İtaliya İtaliya 1982-
Cerom Sesini Fransa Fransa 2012-
Devid Seymur Polşa Polşa 1947-1956
Merlin Silverstoun ABŞ ABŞ 1964-
Ejen Smit ABŞ ABŞ 1957-1958
Yakob Ou Sobol Danimarka Danimarka 2007-
Alek Sot ABŞ ABŞ 2004-
Kris Stil Perkins Böyük Britaniya Birləşmiş Krallıq 1979-
Dennis Stok ABŞ ABŞ 1951-2009
Zo Straus ABŞ ABŞ 2012-
Mixail Subotski Cənubi Afrika Respublikası CAR 2007-
Krin Takonis Niderland Niderland 1954-1960
Nikolas Tixomirov Rusiya Rusiya 1959-
Larri Touell Kanada Kanada 1988-
İlkka Uimonen Finlandiya Finlandiya 2002-
Bark Azzl ABŞ ABŞ 1967-1983
Piter van Aqtmael ABŞ ABŞ 2008-
Uilyam Vandivert ABŞ ABŞ 1947-1948
Con Vink Belçika Belçika 1993-
Aleks Uebb ABŞ ABŞ 1976-
Donovan Uili Böyük Britaniya Birləşmiş Krallıq 1992-
Patrik Zaşman Fransa Fransa 1985-
  • Amerika böhranda (America in Crisis). 1969
  • Maqnum: əlli il tarixin ön cəbhəsində (Magnum: Fifty Years at the Front Line of History). 1999
  • Maqnum hekayələri (Magnum Stories). 2004
  • Fokusda bizim dünyamız (Our World In Focus). 2004
  • Pop altmışıncılar (Pop Sixties). 2008
  • Maqnumu oxumaq: müasir dünyanın vizual arxivi (Reading Magnum: A Visual Archive of the Modern World). 2013
  1. https://www.magnumphotos.com/about-magnum/overview/.
  2. https://davidseymour.com/.